Ana səhifə »  Gündəm »  Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
A+   Yenilə  A-
Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Martın 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.
Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşüb.
Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ziyafətdə çıxış edərək deyib: “Zati-aliləri, cənab Prezident.
Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar.
Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək”.
Hədiyyə dövlətimizin başçısına təqdim edilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayil Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun”.
Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.
Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  15-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA