Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır

Dövlətimizin başçısı Çinin Sinxua agentliyinə müsahibə verib
Aprelin 17-də Çinin Sinxua agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsini dərc edib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Ötən il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edilib. Cənab Prezident, Siz Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə dair nə deyə bilərsiniz? Azərbaycanın xarici siyasətində Çinlə bağlı mövqeyi necədir?
- 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çinə səfər etdi və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoydu. Həmin vaxtdan bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Azərbaycan və Çin dost ölkələrdir. Mənim Çinə 2005-ci ildəki rəsmi və 2015-ci ildəki dövlət səfərlərim ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirməklə yanaşı, birgə iradəmizi bir daha təsdiq etdi.
Fəal siyasi təmaslarımız mövcuddur. Eyni zamanda, iqtisadiyyat sahəsində də fəal əməkdaşlığımız var. Azərbaycan Çinin təşəbbüsünə qoşularaq, Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və biz daha çox Çin şirkətlərini ölkəmizdə investor, ticarətçi və podratçı qismində görmək istəyirik. Azərbaycanda çox münbit sərmayə mühiti olduğundan biz sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərini görməyə ümid edirik.
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər.
Humanitar sahədə əməkdaşlığımızın yaxşılaşdırılması münasibətlərimizin inkişafında vacib rol oynaya bilər. Düşünürəm ki, təhsil sahəsində daha fəal əməkdaşlığa ehtiyac var.
Azərbaycan özünün turizm sənayesinin inkişafına böyük diqqət ayırır və biz son illər bu istiqamətdə mühüm uğurlar əldə etmişik. Azərbaycana səfər edən Çin turistlərinin sayında 53 faiz artım var. Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir. Vizanı Azərbaycanın beynəlxalq hava limanlarında əldə etmək olar. Azərbaycan və Çin arasında müntəzəm birbaşa uçuşlar həyata keçirilir.
Çinlə əlaqələr bizim xarici siyasətimizin prioritetlərindəndir. Əminəm ki, qarşıdan gələn illərdə Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edəcək və güclənəcəkdir.
- Sizin 2015-ci ildə Çinə səfəriniz zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalandı. Son illər ərzində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığı üçün hansı sahələr prioritet təşkil edəcəkdir?
- Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.
Biz dəmir yolu infrastrukturumuzun müasirləşdirilməsinə sərmayə yatırırıq. Ötən ilin may ayında biz Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq liman istifadəyə verdik. Ehtiyac olduğu təqdirdə, onun imkanları 25 milyon tona qədər artırıla bilər. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur. 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınmışdır.
Coğrafi yerləşməmizdən istifadə edərək, biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək Yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb.
- Bildiyiniz kimi, bu ay Pekində “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu keçiriləcəkdir. Əməkdaşlığın dərinləşdirilməsi və bəşəriyyət üçün birgə gələcəyin qurulması baxımından bu layihə ilə bağlı gözləntiniz nədən ibarətdir?
- Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq.
“Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir. Ümid edirəm ki, “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq.
- Bu il Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü qeyd olunur. Son illər ərzində Çinin inkişafını necə qiymətləndirirsiniz?
- Əsrlər boyu Çin xalqı özünün qədim tarixi ənənələri və zəngin mədəniyyəti ilə bəşər sivilizasiyasının inkişafına töhfəsini verib. Çin Xalq Respublikası yarandığı tarixdən böyük inkişaf yolu keçib. Çin rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkə misilsiz nailiyyətlər əldə edib. Güclü iqtisadi inkişaf, ölkədaxili sabitlik və təhlükəsizlik, əhalinin yüksələn rifahı bunun aydın göstəricisidir. Biz Azərbaycanda Çinin müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri maraqla izləyirik.
Əminəm ki, Çin inkişaf, firavanlıq və tərəqqi yolu ilə getməkdə davam edəcəkdir. Bu işdə Çin xalqına və onun rəhbərliyinə yeni uğurlar diləyir, Çin Xalq Respublikasının yaranmasının qarşıdan gələn 70-ci ildönümü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 
  • Oxunub:  8130  |  
  • Tarix:  18-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb
16 Sentyabr 11:36
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub
16 Sentyabr 11:24
Azərbaycan Tibb Universitetində Bilik günü qeyd olunub
16 Sentyabr 11:12
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
16 Sentyabr 11:10
Şəhidlərin xatirəsinə ehtiram
16 Sentyabr 10:53
Dövlət İdarəçilik Akademiyasında “Bilik günü” təntənə ilə qeyd olunub
16 Sentyabr 10:51
Milli Məclisin deputatları İsveçrədə seminarda iştirak edəcəklər
16 Sentyabr 10:44
Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
16 Sentyabr 10:43
Yardımlı rayonunda Tunc İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkarlanıb
16 Sentyabr 10:39
Bu gündən Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
16 Sentyabr 10:24
Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb binası Bilik Günündə istifadəyə verilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA