Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev binada yaradılan şərait barədə məlumat verib.
Dövlətimizin başçısı və birinci xanım əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə də baxıblar.
Əhalinin sosial müdafiəsi istiqamətində son illər görülən işlərlə bağlı da məlumat verilib.
Sonra DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi barədə videoçarx nümayiş olunub.
Vurğulanıb ki, hazırda dünya təcrübəsində oxşar layihələr olsa da, DOST mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihədir. Ona görə də DOST mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində Azərbaycanın yeni brendinə çevriləcəyi gözlənilir. Agentlik DOST mərkəzləri vasitəsilə “bir pəncərə” prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərəcək. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, DOST mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərəcək. “Gənc DOST” könüllülər proqramı hazırlanıb və artıq 50 könüllü işə başlayıb. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DOST Agentliyinin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüblər.
Agentliyin işçilərini və “Gənc DOST” könüllülərini salamlayan Prezident İlham Əliyev deyib: “Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır.
Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli addımdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır.
Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var.
Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.
Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.
Sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun”.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  10-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA