Ana səhifə »  Gündəm »  Bakı şəhərinin nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir
A+   Yenilə  A-
Bakı şəhərinin nəqliyyat infrastrukturu kompleks şəkildə yenilənir

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib.
Prezident İlham Əliyevi salamlayan Sabunçu qəsəbəsinin sakini Arazxanım Mərdanova deyib: “Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladlarımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimizin davamçısısınız. Biz Sizə güvənirik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakinlər adından Sizə “Sağ olun!” deyirik”.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?”.
Sakinlər: Sağ olun, minnətdarıq.
Prezident İlham Əliyev: Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?
Sakin Əkbər Hüseynov: Adi bir qəsəbədə belə gözəl vağzal inşa olunub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki, burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun. Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək.
Sakin Əkbər Hüseynov: Əlbəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.
Prezident İlham Əliyev: Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.
Sakinlər: Təşəkkür edirik, sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəlib, alıcılar və satıcılar ilə söhbət edib.
Qarabağ müharibəsi əlili Məzahir Orucov: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Şəhid anası Səyyarə Nəzərova: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun, necəsiniz?
Səyyarə Nəzərova: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.
Məzahir Orucov: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.
Prezident İlham Əliyev: Ticarət necə gedir?
Səyyarə Nəzərova: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.
Prezident İlham Əliyev: Məhsulların neçə faizi yerli mallardır?
Satıcı: Demək olar ki, 90 faizi.
Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına layihə üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub.
Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Hər üç mərtəbədə ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlərin rahatlığını təmin edəcək. İşçilərin əmək fəaliyyəti üçün bütün lazımi imkanın olduğu binada, eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün də xüsusi şərait yaradılıb. Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu polisinin üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.
Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.
Qeyd edilib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.
Bu gün Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan Dövlət proqramları bu sahədə islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır.
Dövlətimizin başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış olub.
Dayanacağın ümumi sahəsi 7 min kvadratmetrdir. Burada iki turniket binası və platforma tikilib. Bundan başqa, 16 turniket, uzunluğu 30 metr, eni 3,9 metr olan yerüstü piyada keçidi inşa edilib. Bakıxanov dayanacağının ərazisində yaşıllıqlar salınıb, avtomobillər üçün dayanacaq yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin rahatlığı üçün hər cür şərait var.
Bildirilib ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir. Dayanacaqda iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri, oturacaqlar quraşdırılıb.
Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ümumi sahəsi 10 min kvadratmetr olan Keşlə dayanacağında da iki turniket binası tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeraltı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görülüb, avtomobillər üçün dayanacaq yaradılıb. Platformada müasir işıqlandırma və yanğınsöndürmə sistemi quraşdırılıb.
Diqqətə çatdırılıb ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.
Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.
Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  5340  |  
  • Tarix:  22-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA