Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat veriblər.
Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisisteminin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə salıb.
Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kubmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, müxtəlif ağac və gül kolları əkilib.
Dövlətimizin başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirib.
Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham Əliyev deyib: “Təbrik edirəm. Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.
Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”.
* * *
Respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir. Bu, iqtisadi cəhətdən istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artırılmasına və digər texniki imkanların genişləndirilməsinə şərait yaradır. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.

 
  • Oxunub:  9000  |  
  • Tarix:  06-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 12:38
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8