Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq

Dövlətimizin başçısı məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox Fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Paşa Holding” şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat veriblər.
Bildirilib ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə, ümumilikdə, onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də, 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub.
Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olundu ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.
“Qobu Park-2” yaşayış kompleksinin ərazisində uşaq bağçası da fəaliyyət göstərəcək. Bağça ilə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, 220 yerlik uşaq bağçası da lazımi inventarla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün imkanlar var.
Bu bağçanın timsalında da aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi üçün dövlət səviyyəsində olduqca əhəmiyyətli layihələr icra olunur. Ölkəmizdə müasir səviyyədə uşaq bağçaları, körpələr evlərinin yaradılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin də mühüm əhəmiyyəti var.
Sonra yaşayış komplekslərinin maketləri ilə tanışlıq olub. Bildirilib ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Qobu Park-2” yaşayış kompleksindəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd olunub ki, kompleksdə bir, iki, üç və dördotaqlı olmaqla, ümumilikdə, 1300 mənzil var. Bütün mənzillər zəruri inventarla təchiz edilib.
Sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəridə Cabbarovanın ailə üzvləri ilə görüşüb söhbət ediblər.
Prezident İlham Əliyev: Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzilə köçürsünüz. Bu münasibətlə sizi və digər bacı-qardaşlarımızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir.
“Qobu-1” yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və “Qobu-3” yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi - yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, - yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, - onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.
Ancaq əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu uzun illər Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.
Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.
Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm.
Fəridə Cabbarovanın qardaşı Elxan Qasımov: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz bu günə qədər harada yaşayırdınız?
Elxan Qasımov: Lökbatan qəsəbəsində.
Prezident İlham Əliyev: Kirayədə?
Elxan Qasımov: Xeyr, müvəqqəti verilmiş fin evlərdə.
Prezident İlham Əliyev: O evlər nə vaxt tikilmişdi - bəlkə də 50-60 il bundan əvvəl. Onlar indi söküldü?
Rövşən Rzayev: Bəli, qamış evlərdə yaşayanların hamısı “Qobu Park-1”ə köçürüldü. Mən məruzə etmişdim. Mehriban xanımın tapşırığı var idi, ən çətin vəziyyətdə, zirzəmilərdə, həm də qamış evlərdə yaşayanların hamısı son nəfərə qədər köçürüldü və indi “Qobu Park-1”də yaşayırlar.
Prezident İlham Əliyev: Bu problemi mən çoxdan bilirəm. Çünki mən ilk dəfə Qaradağ rayonundan deputat seçilmişdim. Hələ o vaxt mənim təşəbbüsümlə “Ümid” qəsəbəsi salındı. Mən o vaxt millət vəkili idim. “Ümid” qəsəbəsində təqribən, 300 mənzil inşa etmişdik. Sonra növbəti mərhələdə daha da genişləndi.
Rövşən Rzayev: İndi orada 500 mənzil var.
Prezident İlham Əliyev: Eyni zamanda, Lökbatan qəsəbəsində mənim təşəbbüsümlə bir beşmərtəbəli bina da tikilmişdi və o binanın açılışına Ulu Öndər Heydər Əliyev də gəlmişdi. O vaxt bu, bir yenilik idi. Çünki dövlətin o qədər də böyük vəsaiti yox idi. Ona görə o vaxt mən təşəbbüs göstərmişdim, bu təşəbbüsə qoşulanlar da oldu, bu addımları atdıq. Yadımdadır, o qamış evlər həmişə narahatlıq yaradırdı. Çünki onlar vaxtilə müvəqqəti tikilmişdi və yaşamaq üçün tamamilə yararsız idi.
Rövşən Rzayev: Mehriban xanımın tapşırığı ilə mən orada olmuşdum və bütün şəkilləri təqdim etmişdim. İndi onlar “Qobu Park-1”də yaşayırlar. Bütün ailələr hər zaman təşəkkürlərini bildirirlər.
Fəridə Cabbarova: Cənab Prezident, Sizi xoş gördük. Siz bilirsiniz ki, bütün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, o cümlədən bütün Azərbaycan vətəndaşları Sizi çox istəyir, Sizin fəaliyyətinizə çox böyük dəyər verirlər. Mən yuxumda belə görməzdim ki, Sizinlə, Mehriban xanımla görüşərəm, bir süfrə arxasında əyləşərəm. Bu gün mənim üçün ikiqat bayramdır ki, həm bizə ev verildi, həm də Sizinlə - Ali Baş Komandanımızla bir çay süfrəsi arxasında əyləşmişik. Sizə böyük təşəkkür edirik.
Siz bizim qürur yerimizsiniz. Sizin cəsarətiniz danılmazdır. Bu yaxınlarda beynəlxalq tədbirdə Dağlıq Qarabağ haqqında cəsarətlə dediyiniz sözlərə görə, Sizinlə fəxr edirik. Qürur duyuruq ki, bizim arxamızda Sizin kimi dəyərli Vətən oğlumuz, qardaşımız var.
Sizə bütün qaçqınlar, məcburi köçkünlər, şəhid ailələri adından böyük təşəkkür edirik. Sizin daimi diqqətiniz şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin üzərindədir. Bunu heç kim dana bilməz. Bunu danmaq üçün gərək kar, kor olasan ki, bu gözəllikləri, bu diqqəti hiss etməyəsən.
Özüm haqqında deyim ki, biz əslən laçınlıyıq. Faciədən doqquz ay öncə Xocalı şəhərinə köçmüşdük. Yoldaşım təhsilli idi, o vaxt Xocalı gözəlləşir demişdilər, ora iş üçün getmişdi. Bir aydan sonra dedi, mən utanaram xocalılılardan ki, burada vəzifə axtarım. Mən hərbçi olacağam. Həmin gün Xocalı özünümüdafiə batalyonuna yazıldı və son damla qanına qədər döyüşdü. Övladlarımız Nicat doqquz aylıq idi, Fuad isə iki yaşında. Yoldaşım dedi ki, “Fəridə, səni qohumlarım çıxaracaq. Mən arxada döyüş yoldaşlarımın üzünə baxa bilmərəm, bir kişi kimi başımı qaldıra bilmərəm”.
O gündən də Vətəni üçün getdi, heç məzarı da yoxdur. Övladlarım atalarına layiq böyüdülər, təhsil alıb, hərbi xidmətlərini kişi kimi başa vurub, çavuş rütbəsi ilə gəldilər. Hər ikisinə təhsil vermişəm, Fuad ixtisasca qarmon müəllimidir, Nicat universitet bitirib. Aprel döyüşlərində mən gecə saat 4-də bildim ki, hər iki övladım eyni döyüş bölgəsindədir. Mənə demədən bir-birinə məsləhət ediblər. Fuad deyib, “Nicat, sən subaysan, sən getmə, anamı, ailəmi saxla, mən gedim”. Nicat da deyib ki, “Yox, Fuad, sən anaya, ailə-uşağa bax, mən gedim”. Yəni, mən fəxr edirəm ki, onları atalarına layiq böyüdə bilmişəm. Nəinki mənim oğlanlarım, şükür Allaha ki, bütün şəhid övladları layiqli vətənpərvər oğullardırlar. İnşallah torpaqlarımız sülh yolu ilə alınsın, amma belə olmasa, onların hər biri Sizin əmrinizlə torpaqlarımızı azad etməyə hazırdır.
Çox sevindim. Bugünkü sevincimi bəlkə də 27 ildə yaşamamışdım. Bəlkə də mənim gözlərim sevincdən bu günə qədər dolmamışdı. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev: Çox sağ olun. Gözəl övladlar böyütmüsünüz, onlar Vətən uğrunda vuruşmağa hər an hazırdırlar. Azərbaycan gənclərinin mütləq əksəriyyəti vətənpərvərlik ruhunda tərbiyə alır, Vətənə bağlıdır və Vətən üçün hər bir addım atmağa hazırdırlar.
O ki qaldı, şəhid ailələrinin sosial müdafiəsinə, bu, daim diqqət mərkəzindədir. Şəhid ailələri üçün həm maddi təminat təşkil edilib, eyni zamanda, onlara mənzillər verilir. Minlərlə şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Mən deyə bilərəm ki, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı doğrudan da bir örnəkdir. Çünki bu gün biz də, siz də bütün dünyada gedən prosesləri izləyirik, görürük ki, müxtəlif ölkələrdə qaçqınlar böhranı yaşanır, o cümlədən Avropada və o qaçqınlar hansı vəziyyətdə yaşayırlar. Onların bir çoxu dənizdə batır, bir çoxu isə elə bil ki, xüsusi qəfəs içində saxlanılır. Onlara qeyri-insani münasibət göstərilir, şəxsiyyəti alçaldılır və bir çoxları tamamilə yararsız yerlərdə yaşayır. Televizorda bunu görürük. Mən 2003-cü ildə bəyan etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam.
Fəridə Cabbarova: Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz.
Prezident İlham Əliyev: Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin.
Birinci xanım Mehriban Əliyeva: Artıq bilirsiniz nə zaman olacaq?
Prezident İlham Əliyev: Tarixi məlumdur?
Fəridə Cabbarova: Bəli, deyərik.
Prezident İlham Əliyev: Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik.
Birinci xanım Mehriban Əliyeva: Böyük məmnuniyyətlə gəlib iştirak edərəm.
Prezident İlham Əliyev: Bilirsiniz ki, Mehriban xanım da bu məsələ ilə çox ciddi məşğuldur. Onun yeni fəaliyyət dövründəki ilk tədbiri məhz məcburi köçkünlərin problemlərinə həsr edilmişdir. Bu məsələni daim diqqətdə saxlayır və bu şəhərciklərin ərsəyə gəlməsində də onun böyük əməyi vardır.
Fəridə Cabbarova: Bəli, biz onu bilirik. Mehriban xanım keçən dəfə də buraya gəlmişdi. Hətta onu o qədər öpdülər ki, mən dedim, ay Allah Mehriban xanımın nə qədər səbri var. Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Hər ikinizə minnətdarıq, Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.
Elxan Qasımov: Yeni evimizdə ilk qonaq Siz olduğunuz üçün çox sağ olun. Sizin sözləriniz bizə ruh verir. Biz Sizin rəhbərliyinizlə Qarabağı azad edəcəyik, səhhətimdə problem olsa da, Sizin hər bir əmrinizə hazıram. Sağ olun.
Fəridə Cabbarovanın nəvəsi: Doroqoy Prezident, ya vas uvajayu i vas lyublyu.
Fəridə Cabbarova: Birinci sinfə gedir, rus dilində oxuyur.
Prezident İlham Əliyev: Çox gözəl. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  09-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA