Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb
A+   Yenilə  A-
Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, elbası Nursultan Nazarbayevi salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli Nursultan Abişeviç.
Sizi yenidən görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz. Sizi - Qazaxıstanın birinci Prezidentini Sizə çox tanış və doğma olan Azərbaycan torpağında qəbul etmək böyük şərəfdir. Mən bu yaxınlarda Sizin ölkəmizə rəsmi səfərinizi və mənim Qazaxıstana səfərim çərçivəsində, beynəlxalq meydanlarda görüşlərimizi xatırlayırdım. Bizdə - Azərbaycanda Sizi ölkəmizin, Azərbaycan xalqının böyük dostu kimi tanıyırlar. Siz beynəlxalq əməkdaşlığın bir çox meydanlarında həmişə bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə verdiyiniz böyük töhfəni Azərbaycanda çox yüksək qiymətləndirirlər. Siz Heydər Əliyevlə birgə münasibətlərimizin qurulmasının təməlində dayanmısınız. Həmçinin mən Prezident vəzifəsini icra etməyə yenicə başlayandan Sizinlə ünsiyyət təcrübəsi mənim üçün çox dəyərli olub. Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər qurulub. Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi işinə töhfəniz də çox böyükdür. Türk Şurasının yubiley Sammitinin Bakıda keçirilməsindən çox məmnunuq. Siz türk dünyası birliyinin möhkəmləndirilməsi işinə yönəlmiş bir çox təşəbbüslərin və addımların təməlində dayanmısınız. Bir daha xoş gəlmisiniz. Dəvəti qəbul edib səfərə gəldiyinizə görə sağ olun”.
Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev deyib: “İlham Heydər oğlu, sağ olun. Həqiqətən də mən müstəqillik illərində, deyəsən, doqquzuncu dəfədir Bakıya gəlirəm. Burada əvvəllər də olmuşam. Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub və bu münasibətlər Sizinlə də davam edir. Bizim başladığımız münasibətləri Sizinlə davam etdirirəm. Hər dəfə Bakının necə gözəlləşdiyini görürəm. Mən bunun nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir. Bu gün Bakının siması, eləcə də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa edilib, bu, ölkənin, dövlətin inkişafından xəbər verir. Sözün düzü, qüdrətli qardaş Azərbaycan məni çox sevindirir. Əgər Heydər Əlirza oğlu indi bunları görsəydi, əlbəttə, çox heyran qalardı.
Bizim münasibətlərimiz davam edir. Mən ilk dəfədir ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər çərçivəsində gəlirəm. Mənim varis seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla birlikdə nə edəcəyimiz - müstəqilliyimizi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın rifahını yaxşılaşdırmaq istiqamətində işləyirik.
İlham Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə bağlı çətin məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd etməliyəm ki, mən qiymət verməyə çalışmıram, amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış edərək deməliyəm ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq Sizin kursunuzu dəstəkləyir. Prezident və xalq yekdil olduqda xalqın öhdəsindən gələ bilməyəcəyi güc yoxdur. Buna görə Sizi təbrik edirəm.
Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar daha böyükdür. Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil. Hərçənd ötən ildə artım yaxşı olub, 58 faiz təşkil edib. Lakin həcm böyük deyil. Odur ki, hökumətlərimiz nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar. Logistika yaxşı vəziyyətdə olmayıb. İndi biz sizin vasitənizlə, Qafqazdan keçməklə Qars-Axalkalaki yolu ilə Türkiyəyə, Avropaya çıxa bilərik. Lakin bərə yolları da genişlənib. Biz də öz infrastrukturumuzu Çinə, Sakit okeanadək inkişaf etdirmişik. Beləliklə, heç bir siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf etdirmək üçün bütün imkanlarımız var.
Sabah mənim 10 il əvvəl Naxçıvanda təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə fəxri sədr olmağı təklif etdiniz. İlham Heydər oğlu, bunu məmnuniyyətlə qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin möhkəmlənməsinə, türkdilli ölkələrin birgə inkişafına kömək etmək istəyirəm. Artıq türkdilli ölkələr sözlərinin nəsə başqa bir formasına, türk dövlətlərinə keçmək haqqında düşünmək lazımdır. Dəvətə görə təşəkkür edirəm. Qazaxıstanda Azərbaycanı diqqətlə izləyir, sevir, hörmət edir, qiymətləndirirlər. Biz bu dövlətin yaxşı inkişafını müşahidə edirik. İlham Heydər oğlu, Sizə uğurlar arzu edirəm”.
Prezident İlham Əliyev: “Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun, Nursultan Abişeviç. Öz növbəmdə, demək istərdim ki, biz şəhər quruculuğunda sizin gözəl Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən nümunə götürmüşük. Bu şəhər haqlı olaraq Sizin adınızı daşıyır, çünki Siz onu sıfırdan tikmisiniz. Nur-sultan şəhərində tez-tez olaraq mən sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən, sanki yeni şəhərə gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin miqyasından, memarlıq ustalığının səviyyəsindən və düşünülmüş quruculuqdan heyrətə gəldim. Mən bilirəm ki, Nur-sultan şəhərində ucaldılan hər bir binanın, bəlkə də yetişdirilən hər bir ağacın arxasında şəxsən Siz dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki, bu şəhərsalma ansamblı indi göründüyü kimi belə möhtəşəm görünməzdi və orada yaşayanlar üçün rahat olmazdı. Buna görə də düşünürəm ki, bir çox ölkələr üçün Nur-sultan şəhəri özündə modernizmi, ənənələri, həmçinin rahatlığı cəmləşdirən müasir şəhərsalma nümunəsidir. Əlbəttə ki, bu gün beynəlxalq məsələlərdə mühüm rol oynayan, fəal inkişaf edən Qazaxıstanın uğurları Sizin adınızla bağlıdır. Qazax xalqının, bizim qardaşlarımızın bəxti gətirib ki, müstəqilliyin astanasında Siz dayanmışdınız. Bunun sayəsində Qazaxıstan bizim və SSRİ-nin digər respublikalarının payına düşən bir çox sarsıntılardan yan keçib. Həmin yerlərdə müstəqilliyin ilk illərində hakimiyyətə bacarıqsız qüvvələr gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın inkişafına töhfənizi, Sizin ölkəmizə münasibətinizi çox yüksək qiymətləndiririk. Mən bilirəm ki, Azərbaycanın üzv olmadığı beynəlxalq təşkilatlar çərçivəsində Siz həmişə bizi müdafiə etmisiniz, dəstəkləmisiniz. Bunu Azərbaycanın hər bir vətəndaşı bilir, Sizə böyük hörmət və sevgi ilə yanaşır. Sizi görməyimə çox şadam. Şadam ki, Siz ölkənizin rifahı naminə öz aktiv fəaliyyətinizi davam etdirirsiniz”.

 
  • Oxunub:  7350  |  
  • Tarix:  15-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6