Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə Ulu Öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt Ulu Öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq Ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən Ondan bir gün qabaq Bakıya gəlmişdim ki, Onu qarşılayım. Onun gəlişini əngəlləmək, Ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını - Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, O, Bakıya gəldi, Öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, O, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə, dövlətə, xalqımıza. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər.
Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm.
Hacıbala Abutalıbov: Çox sağ olun. Minnətdarlığımı bildirirəm. Birinci növbədə Ulu Öndərə olan sevgim, məhəbbətim Leninqradda təhsil aldığım günlərdən başlayıb. Düzdür, onda mən Onunla birbaşa görüşməmişdim. Amma Siyasi Büro üzvlərinin şəkillərinin içərisində ikinci yerdə Heydər Əliyevimizin şəklini görəndə bütün azərbaycanlılar fəxr edirdilər. Bizə hamı hər yerdə Heydər Əliyevçilər deyirdilər. Biz bununla fəxr edirdik. Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. Azərbaycan xalqı düşdüyü bəladan çıxmaq üçün yalnız və yalnız Ulu Öndəri rəhbərlikdə görə bilərdi və görürdü də. Ulu Öndər çox ağır vəziyyətdə olan Azərbaycanı xilas etmək üçün özünü qurban verdi. Gecəsini gündüzünə, gündüzünü gecəsinə qatırdı, Naxçıvanda gecə lampa işığında işləyirdi, soyuqda Azərbaycanı belə bir ağır vəziyyətdən çıxarmaq yollarını araşdırırdı. Hakimiyyətə gələndən sonra Heydər Əliyev məni dəvət etdi və Suraxanıda vəziyyətin çox ağır olduğunu deyərək, məni bu rayonun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. İnsanın həyatında elə bir hal olur ki, o hal insanın ən xoşbəxt günü sayılır. Mənim də ən xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ salamlaşmağım olub. Suraxanıda işlədiyim vaxt Heydər Əliyevimiz və Siz Amerikadan qayıtmışdınız.
Prezident İlham Əliyev: Müalicədən qayıtmışdı, 1999-cu il, yadımdadır o günlər, xatırlayıram.
Hacıbala Abutalıbov: Bəli, qurbanlar kəsilirdi. Üç gündən sonra Yeni Suraxanıya gəldi, Heydər Məscidini açdı, bir aydan sonra məni kabinetə dəvət etdi və dedi ki, indi səni Baş Nazirin müavini təyin edirəm. Bir ildən sonra məni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdi. Bakı Şəhər İcra Hakimiyyətində Siz dediniz, düz 17 il yarım işlədim. Heydər Əliyevin böyük arzusu var idi: Bakı təmizlənməlidir, Bakı abadlaşmalıdır, Bakı yaşıllaşmalıdır, Bakı gül-çiçəyə çevrilməlidir. Gecə 3-də, 5-də zəng edirdi, yatmağı yox idi, gecəsi-gündüzü yox idi. Sonra Sizin hakimiyyətiniz dövründə işlədim. Sizin göstərişlərinizin, Bakının belə gözəl vəziyyətə çatdırılması üçün Sizin arzularınızın yerinə yetirilməsində əlimdən gələni edə bildim. Bakı gözəlləşdi və Siz də həmişə demisiniz və deyirsiniz ki, Bakı dünyanın ən gözəl şəhəridir. Əgər Heydər Əliyevimiz Azərbaycan dövlətini yaratdısa, dövlətçiliyin banisidirsə, Siz inkişaf etmiş Azərbaycanın banisisiniz. Azərbaycanda sabitliyin qiyməti yoxdur. Çox sağ olun ki, Azərbaycan belə bir inkişafdadır. Minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Sağ olun, Hacıbala müəllim.
Hacıbala Abutalıbov: Çox sağ olun.

 
  • Oxunub:  6330  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib

29 Yanvar 17:49
İstanbulda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə ölkəmiz də qatılacaq
29 Yanvar 17:46
Bakı limanı koronavirusla əlaqədar sanitar nəzarəti gücləndirib
29 Yanvar 17:40
Deputatlığa namizəd Ziyafət Əsgərovun seçicilərlə növbəti görüşü keçirilib
29 Yanvar 17:29
Sevinc Fətəliyeva: Medianın cəmiyyətin və dövlətin inkişafında rolu böyükdür
29 Yanvar 17:24
Tibbi ərazi bölmələri təsdiq edilib
29 Yanvar 17:16
YAP xalqın böyük etimadı ilə parlament seçkilərində növbəti dəfə inamlı qələbə qazanacaq
29 Yanvar 16:55
MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb
29 Yanvar 16:52
"Milli Məclisə seçkilərdə 292 namizəd mübarizəni dayandırıb"
29 Yanvar 16:43
Əli Əhmədov: AŞPA-nın qərar qəbuletmə mexanizmində anti-Azərbaycan alqoritmi var
29 Yanvar 16:37
Çinin “Huawei” şirkəti AZƏRTAC-la əməkdaşlığı genişləndirməkdə maraqlıdır
29 Yanvar 16:26
Sahibə Qafarova: Azərbaycan demokratik yolla öz inkişaf məqsədlərinə sadiqdir
29 Yanvar 15:55
Naqif Həmzəyev: Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim edir
29 Yanvar 15:31
Serj Sarkisyan barədə cinayət işinin materialları məhkəməyə göndərilib
29 Yanvar 15:24
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə olunub
29 Yanvar 14:57
Əməkdar artist Timur Əsgərov Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnəsində
29 Yanvar 14:45
Treninqlər seçki proseduru barədə məlumatlandırılma baxımından önəmlidir
29 Yanvar 14:37
Bakı Ali Neft Məktəbi akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib
29 Yanvar 14:34
Polis orqanları seçkilər zamanı asayişin təmin edilməsində mühüm rol oynayırlar
29 Yanvar 14:27
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir
29 Yanvar 14:25
“Bloomberg”in saytında dərc edilmiş məqalədə Azərbaycana münasibətdə ikili standartlar qeyd olunub
29 Yanvar 14:00
2050-ci ilədək qlobal elektrik enerjisi istehsalının 25 faizini günəş enerjisi təmin edə bilər
29 Yanvar 13:50
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb
29 Yanvar 13:45
"Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb"
29 Yanvar 13:02
Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir
29 Yanvar 12:50
Ümumi təhsil məktəblərində qış tətili ekskursiyaları təşkil olunur
29 Yanvar 12:48
Heydər Əliyev adına NEZ-də aparılan modernləşdirmə işlərinin gedişi müzakirə olunub
29 Yanvar 12:46
Fransalı yazıçı: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır
29 Yanvar 12:42
Moskvada XI Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək
29 Yanvar 12:19
Məntəqələrdə hərəkət məhdudiyyətli seçicilər üçün xüsusi panduslar quraşdırılacaq
29 Yanvar 12:12
“Qoca və Mələk” növbəti dəfə repertuara salınıb
29 Yanvar 11:58
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Divanlı, Qaradağlı, Güloğlular, Gərənə kəndlərinin seçiciləri ilə görüşüb
29 Yanvar 11:31
Əbu Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb
29 Yanvar 11:20
Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır
29 Yanvar 11:17
Konstantin Kosaçev: "Əminəm ki, seçkilər beynəlxalq norma və qaydalara uyğun keçiriləcək"
29 Yanvar 11:09
YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Sabunçu və Nərimanov rayonlarında məskunlaşan məcburi köçkünlərlə görüşüb
29 Yanvar 10:50
ATƏT DTİHB seçki prosesinin bütün aspektlərini izləyəcək
29 Yanvar 10:40
Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib
29 Yanvar 10:39
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları
29 Yanvar 10:30
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
29 Yanvar 10:25
Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
29 Yanvar 10:20
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub
29 Yanvar 09:46
Beynəlxalq aləmdə Azərbaycan multikulturalizm siyasətinin təbliğatı uğurla davam etdirilir
29 Yanvar 09:42
“Sevinirəm ki, Azərbaycanda fəaliyyət göstərmək xoşbəxtliyini yaşadım”
29 Yanvar 09:33
Azərbaycan yüksək infrastruktur təminatına malik ölkəyə çevrilib
28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +13
gecə+4 +6