Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: “Mən Sizi Azərbaycanda salamlamağa şadam. Ölkəmizə xoş gəlmisiniz.
Mən çox məmnunam ki, dost Vyetnam ölkəsi Qoşulmama Hərəkatı Zirvə Görüşünün işində yüksək səviyyədə iştirak edir. Bu, sizin ölkənizin belə mühüm beynəlxalq təşkilatda iştiraka böyük diqqət yetirdiyini sübut edir. Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi ilə bağlı qərar bütün üzvlər tərəfindən yekdilliklə qəbul olunub. Bu, üzv ölkələr tərəfindən Azərbaycana böyük hörmətin, etimadın təzahürüdür. Biz də sədr kimi qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatının bütün beynəlxalq məsələlərdə fəal iştirakının davamı üçün əlimizdən gələni edəcəyik. Həmçinin biz üzv ölkələrlə, o cümlədən sizin ölkənizlə ikitərəfli əlaqələri daha çox fəallaşdırmağı planlaşdırırıq. Mən şadam ki, münasibətlərimiz çox dinamik, uğurla inkişaf edir və qarşılıqlı hörmətə əsaslanır.
Mən sizin ölkənizə rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Mən ölkənizin sürətli inkişafından, mühüm sosial məsələlərin həlli və iqtisadiyyatın çox dinamik artımından təsirləndim. Həmçinin mənim Azərbaycanın ali təhsil müəssisələrinin Vyetnamda mühüm dövlət və ictimai vəzifələri tutan məzunları ilə ayrıca görüşüm oldu. Bu görüşdə mən vaxtilə Bakıda təhsil alan dostlarımızı Azərbaycana səfərə dəvət etdim. Onlar mənim dəvətimi qəbul edərək burada çox yaxşı günlər keçirdilər. Bundan bir il sonra - 2015-ci ildə Vyetnam Prezidenti Azərbaycana rəsmi səfərə gəldi. Yəni, bu, münasibətlərin dinamikasının müəyyənləşdiyindən xəbər verir və sizin bugünkü səfəriniz də əlaqələrimizin dostluq xarakterini bir daha təsdiq edir. Əminəm ki, gələcəkdə də bizim dostluq əlaqələrimiz uğurla inkişaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edəcək. Bir daha xoş gəlmisiniz”.
* * *
Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinh deyib: “Hörmətli cənab Prezident.
İlk növbədə, Sizinlə görüşməyimə çox şadam. Çox sağ olun ki, bizim nümayəndə heyətini qəbul etməyə vaxt tapmısınız. Azərbaycanda keçirilən Zirvə Görüşü zamanı bizim nümayəndə heyətinin səmimi qəbuluna görə təşəkkürümüzü bildirmək istərdim.
Bu, Sizin gözəl və çox müasir ölkənizə - Azərbaycana mənim ilk səfərimdir. Bu Zirvə Görüşünün Azərbaycan tərəfindən təşkilini çox yüksək qiymətləndirirəm və ölkənizin inkişafında qazanılmış böyük uğurlar münasibətilə Sizi təbrik etmək istərdim.
Sizin dediyiniz kimi, Vyetnam da Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib, bizim Baş katibimiz, Vyetnam Prezidenti Nquyen Fu Çonqun Sizə səmimi salamlarını və Vyetnama rəsmi səfərə dəvətini çatdırmaq istərdim. Vyetnam hökuməti və xalqı ölkənin müdafiəsi və quruculuğu işində Azərbaycan xalqı tərəfindən Vyetnam xalqına göstərilmiş böyük köməyi heç vaxt unutmur. Xüsusilə kadrlar hazırlanması işində, o cümlədən Siz dediyiniz kimi, neft mütəxəssislərinin hazırlanması sahəsində Azərbaycan Vyetnama böyük kömək göstərib.
Bu il ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyini qeyd edirik. Mənim fikrimcə, bu səfər həmin andan bizim ölkələrimiz arasında münasibətlərin inkişafının təməlini qoyub. Müasir neft sənayesinin inkişafında Bakı Vyetnam üçün xüsusi nümunədir. Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə bütün sahələrdə münasibətlərimizin inkişafı üçün səy göstərməliyik. Mən, həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, partiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırsınlar. Biz elmi-texniki, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investisiyalar, elm və texnologiyalar sahəsində münasibətlərimiz daha da inkişaf etsin. Yarana biləcək çətinliklərin vaxtında aradan qaldırılması, habelə əməkdaşlığın yeni dövrün tələblərinə uyğun irəliləməsi üçün tərəflər bu komissiyanın vaxtaşırı iclaslarının keçirilməsi imkanlarını qoruyub saxlamalıdırlar.
Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensial vardır. Buna görə də biz hesab edirik ki, tərəflər neft kimyası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələrin, ticarət, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməlidirlər. Mən, həmçinin təklif edirəm ki, tərəflər kadr hazırlığı, xüsusən neft mütəxəssisləri və mühəndislər hazırlığı sahəsində səmərəli praktiki əməkdaşlığı bərpa etsinlər.
Fürsətdən istifadə edib, 2019-2021-ci illərdə Vyetnamın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirik. Təklif edirəm ki, tərəflər beynəlxalq arenada, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək ənənəsini davam etdirsinlər”.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  7920  |  
  • Tarix:  25-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 11:33
Почему геноцид 30-летней давности до сих пор травма Азербайджана
26 Fevral 11:23
Ходжалы - боль, которую не залечить
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6