Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel Diaz-Kanel ilə görüşüb
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Kubanın Prezidenti Migel Diaz-Kanel ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü olub.
Prezident İlham Əliyev deyib: “Cənab Prezident.
Mən Sizi salamlayıram, Azərbaycan xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştiraka Sizin verdiyiniz əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz üzərinə götürəcək. Bizim namizədliyimizi yekdilliklə dəstəklədiklərinə görə Kubaya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istərdim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb ikitərəfli əməkdaşlıq məsələlərimizi müzakirə etmək üçün yaxşı imkandır.
İlk növbədə, Sizi Kuba Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək və bu məsuliyyətli vəzifədə Sizə uğurlar diləmək istərdim. Əminəm ki, birgə səylərimizlə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz beynəlxalq məkanlarda, o cümlədən BMT-də, Qoşulmama Hərəkatında aktiv qarşılıqlı fəaliyyət göstəririk. Lakin bu gün bizim iqtisadi göstəricilərimizlə tanış oldum və əlbəttə, bu göstəricilər bizi qane edə bilməz. Fikrimcə, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün imkanlar çoxdur. Əlbəttə, humanitar sahədə, turizm, idman sahələrində əməkdaşlığı da inkişaf etdirməyi çox istəyirik. Buna görə düşünürəm ki, əlaqələrimizin gündəliyi genişlənməli, biz qarşılıqlı faydalı əməkdaşlıq formalarını axtarıb tapmağa çalışmalıyıq. Düşünürəm ki, Sizin Azərbaycana səfəriniz çərçivəsində biz qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirəcək, əlaqələrimizin inkişafına yaxşı təkan verəcəyik. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Kuba Prezidenti Migel Diaz-Kanel deyib: “Hörmətli Prezident Əliyev.
Sizin gözəl ölkənizdə olmaq bizim üçün çox xoşdur və bunu özümüzə böyük şərəf sayırıq. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildirmək istərdik, çünki bizi məhz buraya gəldiyimiz gün qarşılamısınız. Sizin işinizin gərgin, gündəliyinizin zəngin və geniş olduğunu bilirik. İlk növbədə, Sizi 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatında sədrlik etməyiniz münasibətilə təbrik etmək istərdik.
Azərbaycan həm də dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirildiyi yerdir. Onu da qeyd etmək istərdim ki, Siz Hərəkatın sədri olduğunuz müddətdə Kubanın hərtərəfli dəstəyinə bel bağlaya bilərsiniz. Beynəlxalq gündəlik məsələsində Kuba ilə Azərbaycanın baxışları ümumidir, üst-üstə düşən məqamlar çoxdur. Bizim qarşımızda birlikdə Qoşulmama Hərəkatı çərçivəsində birliyi qoruyub saxlamaq məqsədi durur. Biz həm də bir fikri dəstəkləmək istəyirik ki, Qoşulmama Hərəkatı fikirlərin razılaşdırılması, dialoqun dəstəklənməsi üçün münasib məkan olmalıdır. Biz bilirik ki, Siz sədrliyi çox mürəkkəb siyasi şəraitdə həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün münaqişələrin sülh, dialoq və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.
Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi məhz Kubanın Ali Baş Komandanı Fidel Kastro Rus və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev arasında yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etdik. Buna görə də Sizinlə razıyam ki, biz siyasi dialoqu dəstəkləmək və ticarət mübadiləsini yaxşılaşdırmaq üçün nə mümkündürsə edə bilərik. Siyasi dialoqla əlaqədar deyə bilərəm ki, son illərdə Xarici İşlər nazirləri arasında və başqa səviyyələrdə mübadilələr olub, digər nazirlər Azərbaycana və Sizin nazirlər Kubaya səfərlər ediblər. Mən Sizə ordu generalı Raul Kastro Rusdan salam gətirmişəm”.
Kuba Prezidenti ticari-iqtisadi, səhiyyə, təhsil, elm, humanitar, mədəniyyət, biotexnologiyalar, idman sahələrində əməkdaşlıq məsələlərinə toxunub, ölkəsinin azərbaycanlı sahibkarların investisiyalarına açıq olduğunu vurğulayıb. Azərbaycanda neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini deyən Kuba dövlətinin başçısı sovet dövründə 240-dan çox kubalı mütəxəssisin məhz Bakıda təhsil aldıqlarını xatırladıb.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun. İlk növbədə, Sizdən xahiş etmək istərdim ki, ən xoş arzularımı və səmimi salamlarımı general Raul Kastro Rusa çatdırasınız. Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Heydər Əliyevin xatirəsinə hörmətinizə görə də Sizə təşəkkür edirəm. Siz qeyd etdiyiniz kimi, sovet dövründə Heydər Əliyevlə böyük komandan Fidel Kastro Rus arasında çox səmimi, dərin hörmətə və etimada əsaslanan münasibətlər yaranmışdı. Biz də sizin ölkənizlə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Siz qeyd etdiyiniz kimi, Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub, bu isə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.
Əminəm ki, Sizin səfərinizdən sonra həm bizim, həm də sizin tərəfdən ölkələrimiz arasında əmtəə dövriyyəsini artırmaq üçün qarşılıqlı iqtisadi əlaqələrin formalarını tapmaq barədə iqtisadi bloka müvafiq tapşırıqlar veriləcək. Fikrimcə, investisiya siyasəti əməkdaşlığımızın istiqamətlərindən biri ola bilər. Azərbaycan artıq bir sıra ölkələrdə iri investisiya layihələri reallaşdırıb. Bu istiqamətdə yaxşı təcrübəmiz var. İdman sahəsində əməkdaşlığı Siz də qeyd etdiniz və bizim kubalı dostlarımızın bəziləri Azərbaycan klublarının tərkibində idman yarışlarında iştirak edirlər. Səhiyyə sahəsində sizinlə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Siz bu sahədə ən yüksək dünya səviyyəli böyük nəticələr əldə etmisiniz. Bizim üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplanlı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müştərək layihələrin həyata keçirilməsini də əhatə edə bilər.
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsi üçün nə mümkündürsə edəcək. Biz Bandunq prinsiplərinə sadiqik, bu prinsiplər bizim xarici siyasətimizin əsas istiqamətləri ilə tam üst-üstə düşür. Ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət həm Bandunq prinsiplərinin, həm də beynəlxalq hüququn əsasını təşkil edir. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn pozulmasından əziyyət çəkmiş ölkə kimi təbii ki, beynəlxalq arenada beynəlxalq hüququn aliliyinin, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətin tərəfdarıdır. Bizdə Qoşulmama Hərəkatının üzvü olan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan çox səmərəli münasibətlər yaranıb. Bunun əyani sübutu bizim bütün 120 ölkə tərəfindən yekdilliklə Qoşulmama Hərəkatına sədr seçilməyimizdir. Həmçinin 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının üzvləri böyük rol oynayıblar. Hərəkatda sədrlik böyük məsuliyyətdir. Mən əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və üzv ölkələrlə, o cümlədən Sizin ölkənizlə ikitərəfli əlaqələri fəal inkişaf etdirəcəyik”.

 
  • Oxunub:  8520  |  
  • Tarix:  25-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8