Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.
Çox şadam ki, siz mühüm tədbirdə - dünya dini liderlərinin Sammitində iştirak edəcəksiniz. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Zənnimcə, bütün iştirakçılar üçün də belədir. Mən çox şadam ki, Rusiya Federasiyası çox yüksək səviyyədə, Federasiya Şurasının rəhbərliyi, qardaş Dağıstanın rəhbərliyi səviyyəsində təmsil olunub və Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin də, müxtəlif ölkələrdən olan çoxsaylı qonaqların da iştirakı gözlənilir. Zənnimcə, bu tədbir mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun gələcək inkişafına yaxşı təkan verəcək.
Bildiyiniz kimi, Azərbaycanda bu qəbildən olan çoxlu tədbirlər keçirilir. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə müntəzəm olaraq keçirilən Bakı Humanitar Forumu, ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO və digər təşkilatlar tərəfindən dəstəklənir. Beləliklə, Azərbaycan artıq çoxdandır ki, xalqları, müxtəlif dinlərin nümayəndələrini yaxınlaşdıran humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrilib.
Əlbəttə, bunlar həm də ikitərəfli gündəliyə aid məsələlər barədə söhbət etmək üçün yaxşı imkandır. Bu gündəlik olduqca zəngindir və yüksək səviyyədə əlaqələr bizim münasibətlərimizin inkişafına çox güclü təkan verir. Mənim Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə bir neçə dəfə görüşüm olub. Pekində “Bir kəmər, bir yol” konfransı zamanı görüşümüzü xüsusi xatırlayıram. Tədbirlər qrafikinin çox gərgin olmasına baxmayaraq, biz bir sıra məsələlər barədə çox ətraflı söhbət etməyə vaxt tapdıq. Rusiya Prezidentinin məni “Valday” Forumunda iştiraka dəvət etməsi də bizə hörmət və xoş münasibət əlaməti kimi qəbul edildi. Forum çərçivəsində də Rusiya Prezidenti ilə mənim görüşüm oldu. Biz həmin görüşdə də ikitərəfli gündəliyə aid diskussiyaları davam etdirdik.
Əlbəttə, Valentina İvanovna Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinizin bu ilin yazında ölkəmizə səfəri də parlamentlərarası istiqamətdə münasibətlərə və bütövlükdə, ikitərəfli gündəliyə aid məsələlərə yaxşı təkan verdi. Buna görə də düşünürəm ki, bu görüş mühüm məsələlərə bir daha nəzər salmaq və əlbəttə, Xızrı İsayeviçin, Məhəmmədin və sizin, - biz ilk dəfə görüşürük, - timsalınızda qardaş Dağıstan nümayəndələrini görməyə çox şadam. Əlbəttə, bizim əziz qardaşımız İlyasa da “Xoş gəlmisiniz” deyirəm, o da bizim qardaş diyarı təmsil edir. Bir daha xoş gəlmisiniz”.
* * *
Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov deyib: “Hörmətli İlham Heydər oğlu, vəziyyətlə əlaqədar əsasən Dağıstan təmsilçilərindən ibarət olan Rusiya nümayəndə heyəti ilə görüşmək üçün vaxt tapdığınıza görə Sizə təşəkkür etmək istəyirik. Lakin bununla bərabər, demək istəyirəm ki, əlbəttə, dünya dini liderlərinin Sammitində iştirak etmək bizim üçün, əlbəttə, çox vacib idi. Bu, artıq ikinci Sammitdir. Mənə birinci Sammitdə iştirak etmək xoşbəxtliyi nəsib olub. Bu Sammitin gedişini böyük hörmət və maraqla izləyəcəyik. Ona görə ki, Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasında parlament rəhbərlərinin ümumdünya konfransının keçirilməsi təşəbbüsü irəli sürüldü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası həmin konfransın 2022-ci il mayın 21-də Rusiyada keçirilməsi barədə müvafiq qətnamə qəbul etdi. Etnik və konfessiyalararası məsələlərə həsr ediləcək bu konfransa Rusiya Federasiyasının Prezidentinin razılığı alındı. Ona görə də ikinci Sammitdə iştirak etmək, onun gedişini müşahidə etmək bizim üçün, əlbəttə, son dərəcə vacibdir.
Eyni zamanda, demək istəyirəm ki, biz Birinci vitse-prezident, çox hörmətli Mehriban Əliyevanın Moskvaya səfərini səbirsizliklə gözləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı olacaq, həmçinin Regionlararası Forum keçiriləcək”.

 
  • Oxunub:  3720  |  
  • Tarix:  14-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub
10 Dekabr 11:59
Ombudsman: “Yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətimizi gücləndirəcəyik"

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7