Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev deyib: “Zati-müqəddəsləri, Sizə bir daha “Xoş gəlmisiniz” demək istəyirəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Liderlərinin Sammitində iştirak edirsiniz. Sizin bu tədbirdə iştirak etməyiniz ona xüsusi əhəmiyyət verir. Sizin dərin nitqinizi çox diqqətlə dinlədim. Sizin tezislərinizlə, vəziyyətə verdiyiniz qiymətlə, ənənəvi dəyərləri, dünya dinlərinin prinsiplərini müdafiə etmək və dinlərarası dialoqu inkişaf etdirmək üçün nə etmək lazım olması barədə fikirlərinizlə tam razıyam.
Mənim fikrimcə, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığa yönəlmiş əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndələrinin sözündən çox şey asılıdır. Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyərlərini inkişaf etdirəcəyik. Əlbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Mən öz çıxışımda dedim ki, biz mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakterli çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, əlbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nümayəndələri, rəhbərləri iştirak edirlər.
Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gəlmisiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm də Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bizə, ölkəmizə münasibətiniz çox xeyirxahdır, Siz dəfələrlə bizə təşrif gətirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidvarıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik”.
* * *
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill deyib: “Cənab Prezident, hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüzdən soruşanda ki, hər hansı bir yer nə üçün xoşumuza gəlir və ya xoşumuza gəlmir, yəqin ki, cavab belə olacaq: hər şey bizim bu və ya digər yerə gedərkən keçirdiyimiz hisslərdən asılıdır. Bakı çox cəhətdən heyrət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gördüklərimizi müqayisə etsək, gecə və gündüz qədər fərq var. Bu, əlbəttə, Sizin rəhbərliyinizlə ölkənizdə həyata keçirilmiş və davam edən böyük inkişafa dəlalət edir. Əlbəttə, Azərbaycan yoxsul ölkə deyil, lakin biz elə nümunələr bilirik ki, pulun olması inkişafa kömək etmir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı yaşamasına sərmayə kimi qoyulur.
Bir daha vurğulamaq istərdim ki, təkcə Bakının zahiri görkəmi, əlbəttə, çox böyük tərəqqiyə dəlalət edir. Mən Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Siz bizə dünya dinlərinin nümayəndələri ilə görüşmək imkanı yaratdınız. Mənim fikrimcə, bizim bu cür görüşlərdən çıxarmalı olduğumuz ən başlıca nəticə ondan ibarətdir ki, əxlaq olmasa dünyada istər siyasi, istərsə də fəlsəfi səviyyədə heç bir konsensus ola bilməz. Dünyada konsensus üçün yalnız bir bazis var - əxlaq. Ona görə ki, əxlaq universal dəyərdir. Əgər nəzərə alsaq ki, əxlaq universaldır, xeyir və şər anlayışları bütün bəşəriyyət üçün eynidir. Bu, birinci növbədə əlbəttə, onu göstərir ki, Tanrı var. Ona görə ki, materialist nöqteyi-nəzərdən bəşər mədəniyyətlərinin bu cür böyük müxtəlifliyi şəraitində vahid əxlaqa malik olmaq mümkün olmazdı. Lakin əxlaq vahid və ümumi olduğuna görə, o bizim ünsiyyət saxlamağımıza, həqiqətən birlik yaratmağımıza və qarşıda duran hədəflərə nail olmağımıza imkan verir. Bu mənəvi, dini amilin vacibliyini anlayan dövlət xadimləri, əlbəttə ki, dərin hörmətə layiqdirlər.
Mən Sizi aşkar görünən nailiyyətlər, Sizin rəhbərliyinizlə xalqınızın, ölkənizin qazandığı uğurlar münasibətilə bir daha ürəkdən təbrik etmək, gələcək işlərinizdə Tanrıdan Sizə kömək diləmək, Sizin gözəl ailənizə xeyir-dua vermək istərdim. Mən bu ailə ilə sadəcə tanış olmaq deyil, onunla daxilən, mənəvi cəhətdən yaxın oldum. Qoy Sizin bütün işləriniz, xalqınızın, ölkənizin firavanlığına yönəlmiş fəaliyyətiniz həqiqətən uğurlu olsun. Tanrının köməyi ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər inkişaf etsin. Həqiqətən bu ölkələr çox sıx qarşılıqlı əlaqə saxlayırlar. Moskvada necə böyük Azərbaycan diasporu olduğunu bilirsiniz. Bu, bizim Moskva həyatının mühüm hissəsidir. Tanrının köməyi ilə bütün bu amillər ümumi rifaha xidmət etsin. Qonaqpərvərliyə görə Sizə ürəkdən, səmimi qəlbdən təşəkkür edirəm”.
Prezident İlham Əliyev: Çox sağ olun.

 
  • Oxunub:  4290  |  
  • Tarix:  15-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7