Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2019” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun dövlətimizin başçısına və birinci xanıma 25 illik yubileyini qeyd edən builki sərgi haqqında məlumat veriblər.
Bildirilib ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. Sərgiyə 11 ölkə milli pavilyonla qatılıb. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün də nadir məkandır.
Dövlətimizin başçısı və birinci xanım İnnovasiyalar Agentliyinin stendi ilə tanış olublar. Burada agentliyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir. Agentliyin indiyədək bir çox startapları həyata keçirilib. Bu startaplar sosial, süni intellekt, istehlakçılar, tibb və digər sahələri əhatə edir.
Dövlətimizin başçısına Azərbaycanda startapçılar üçün yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa kömək göstərir.
Bu stenddə Azərbaycan Prezidentinə və birinci xanıma startap layihələri barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzInTelecom”un stendində də təqdim olunan yeniliklərlə tanış olublar. Burada “Hökumət buludu” layihəsi, yeni məhsullar və layihələr təqdim edilir. Bundan başqa, eyni zamanda, proqram təminatı xidmətləri çərçivəsində yeniliklər nümayiş olunur. Stenddə, həmçinin Yevlaxda ehtiyat Data Mərkəzi, bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası barədə də məlumat almaq olar.
“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.
“Baktelecom” stendində sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi, həmçinin İPTV texnologiyası ilə rəqəmsal televiziya xidmətləri, mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti təqdim olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Qırx beş ildən çoxdur ki, fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurumdur. Müəssisənin xidmətlərinə “özəl şəbəkələrin qurulması”, “proqram təminatı”, “məlumatın saxlanma və emalı sistemi”, “sistem inteqrasiya həlləri”, “veb-saytların yaradılması” və digər mühüm xidmətlər daxildir. Mərkəz fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.
“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunub. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. Buradakı digər yenilik isə “Postpay” - elektron pul kisəsidir.
“Azərmarka” MMC-nin stendində markalı kitablar, bu il ərzində tədavülə buraxılan poçt markaları, suvenirlər təqdim edilir.
Dövlətimizin başçısı və birinci xanım poçt markalarını möhürləyiblər.
* * *
Prezident İlham Əliyev sərgidə Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verib.
* * *
Sərgidə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşürlər. Kurs iştirakçıları hazırladıqları modelləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nümayiş etdiriblər.
Belarus da “Bakutel-2019” sərgisinin iştirakçıları arasındadır. Bu ölkədən “Bakutel”də 6 şirkət iştirak edir. Onlar İKT-nin ən son yeniliklərini Bakı sərgisində nümayiş etdirirlər. Prezident İlham Əliyev burada Belarus və Azərbaycanın birgə buraxılışı olan markanı möhürləyib.
“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihəsi nümayiş olunur. İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasındadırlar.
Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin sərgidəki stendində bu ölkənin 14 universiteti və bir elmi-tədqiqat institutunun, ümumilikdə, 35 layihəsi təqdim olunur. Bundan başqa, Rusiyanın 2 şirkəti də öz məhsullarını nümayiş etdirir.
Sərgidə İran İslam Respublikası da geniş təmsil olunur. Burada İrandan 15 şirkət məhsullarını təqdim edir. Şirkətlərin təqdim etdiyi layihələr arasında İKT ilə bağlı ən son yeniliklər nümayiş olunur.
Qardaş Türkiyə digər sərgilərdə olduğu kimi, bu sərgidə də təmsil olunur. Türkiyə şirkətləri peyk, İT, informasiya təhlükəsizliyi ilə bağlı innovativ məhsulları təqdim edirlər. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə yanaşı, 4 şirkətin yenilikləri də ziyarətçilərə nümayiş etdirilir.
Xorvatiya “Bakutel-2019”da, ümumilikdə, 5 şirkətlə təmsil olunur. Bu şirkətlərdən ikisi ilk dəfədir ki, sərgiyə qatılır. Şirkətlər müxtəlif məhsul və layihələrini, o cümlədən İT, mobil bankçılıq və digər xidmətləri təqdim edirlər.
Amerika Birləşmiş Ştatları sərginin iştirakçıları arasındadır. Bu ölkədən 4 şirkət İKT ilə bağlı müasir xidmətlərini təqdim edir. Bu xidmətlərin arasında İT sahəsində təhlükəsizlik və digər məhsullar var.
İsrail də sərgidə iştirak edir. Bu ölkənin şirkətləri “Bakutel”də innovativ məhsul və xidmətlərini təqdim edirlər.
Fransa stendində də ən son İT və informasiya təhlükəsizliyi məhsulları nümayiş olunur. Burada Fransanın 2 şirkəti ən son yeniliklərini sərgi iştirakçılarına nümayiş etdirir.
İtaliya stendi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 3 şirkət müxtəlif İT məhsullarını təqdim edir. İtaliya sərgidə, həmçinin milli pavilyonla təmsil olunur.
“Bakutel-2019 “sərgisində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunur. Burada mərkəzin idarə etdiyi, o cümlədən texniki cəhətdən ərsəyə gətirdiyi layihələr, qurumun əməkdaşları tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər nümayiş olunur. Stenddə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “myGov” portalı, “ASAN ödəniş”, “ASAN Viza”, “ASAN Finans” sistemləri və süni intellekt sahəsində mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verilib.
İT sahəsində dünya liderlərindən olan CİSCO şirkəti də sərginin iştirakçıları arasındadır. Bu şirkət ən son yenilik və məhsullarını, həmçinin İT həllərini sərgi iştirakçılarına təqdim edir.
Vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmət göstərən DOST mərkəzinin sosial sahədə innovativ yenilikləri də “Bakutel-2019”da təqdim edilir. Dövlətimizin başçısına və birinci xanıma məlumat verilib ki, bu ilin mayında açılışı olan DOST mərkəzi ötən müddətdə 55 min vətəndaşa xidmət göstərib. Vətəndaş məmnunluğu səviyyəsi 95 faizdən çoxdur. Hazırda vətəndaşlara 132 xidmət göstərilir. Getdikcə təkmilləşdirilən bu xidmətlərin sayı artır. DOST Mərkəzinin müasir “Çağrı mərkəzi” 200 mindən çox zəng qəbul edib.
Bildirilib ki, bir neçə həftədən sonra Bakının Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı DOST mərkəzi açılacaq. Növbəti il isə Bakı ilə yanaşı, bölgələrdə də beş mərkəzin açılması nəzərdə tutulur.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti də sərgidə təmsil olunur. Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Prezident İlham Əliyevə şoranlaşma ilə bağlı peyk vasitəsilə aparılan müşahidələr barədə məlumat verilib.
1987-ci ildə təsis edilən “Huawei” şirkəti sərgidə yeniliklərini təqdim edir. Beynəlxalq aləmdə aparıcı informasiya və kommunikasiya texnologiyaları infrastrukturu və ağıllı cihazların təminatçısı olan şirkət dünyada üç milyarddan çox insana xidmət göstərərək 170-dən artıq ölkədə və bölgədə təmsil olunur.
Rusiyanın Peyk Kommunikasiya Şirkəti də sərgidə məhsullarını təqdim edir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar. Məlumat verilib ki, burada 20-dən çox interaktiv və əyləncəli proqramlaşdırma, həmçinin dronlar üzrə biliklər təqdim olunur.
Eyni zamanda, sərgidə müxtəlif robotlar da nümayiş etdirilir.
Dövlətimizin başçısı və birinci xanım robotların danışığını dinləyiblər və Azərbaycan musiqisi altında rəqsinə tamaşa ediblər.
Digər bir robotun pianoda ifası da maraqla qarşılanıb.
Sonra xatirə şəkilləri çəkdirilib.
Daha sonra dövlətimizin başçısına “Bakı Taxi” MMC-nin yeni elektrik mühərriki ilə işləyən avtomobil modeli barədə məlumat verilib. Bildirilib ki, elektrik enerjisi ilə işləyən yeni taksilər ekoloji cəhətdən zərərsizdir. Avtomobillərdə USB portlar, wifi və GPS quraşdırılıb.

 
  • Oxunub:  6090  |  
  • Tarix:  05-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA