Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik

Dövlətimizin başçısı “ACWA Power” şirkətinin idarə heyətinin sədrini və “Masdar” şirkətinin icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizi enerji sektorunda, xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan “ACWA Power” şirkəti və “Masdar” şirkəti ilə bu gün imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik etmək istərdim. Bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq. Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və Günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu, çox böyük investisiyadır. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazırlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz Günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu, bizim üçün çox mühüm layihədir.
Qeyd etdiyim kimi, Azərbaycan elektrik enerjisi sektoruna çoxlu investisiya yatırıb və elektrik xətləri bizi qonşularımızla birləşdirir. Biz elektrik enerjisinin istehsalına çoxlu investisiya yatırmışıq. Bu gün bizim 1000 meqavat əlavə elektrik enerji gücümüz var və biz bunu ixrac edirik, bizim ixrac bazarlarımız var. Həmçinin sizə bildirmək istərdim ki, bizim bu sektordakı investisiyalarımız aparıcı beynəlxalq institutlar tərəfindən, xüsusilə Davos Dünya İqtisadi Forumu tərəfindən qeydə alınır. Onlar elektrik enerjisinin əlçatanlıq indeksinə görə Azərbaycanı dünyada ikinci yerə layiq görüblər. Bütün ölkəmiz elektrik xətləri ilə təmin olunub və qeyd etdiyim kimi, bu gün Azərbaycan ixracatçıya çevrilib. Həmçinin bu yaxınlarda, bir aydan bir qədər çox bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə mühüm qaz kəməri layihəsi olan və artıq Avropa İttifaqının sərhədlərinə çatan TANAP-ı tamamladıq. Biz Günəş və küləkdən nə qədər çox enerji əldə etsək öz ehtiyaclarımıza və ixrac üçün təbii qaza bir o qədər qənaət edəcəyik. Ona görə də mən bugünkü mərasimə çox böyük əhəmiyyət verirəm. Bu, bizim doğru yolda olduğumuzu göstərir. Bu, həmçinin onu göstərir ki, Azərbaycan investorlar üçün çox yaxşı şərait yaradıb.
Sizin investisiyalarınız yüz milyonlarla dollar məbləğində olacaq. Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, “ACWA Power”in ümumilikdə 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. “Masdar” 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparıcı şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək. Biz bu iki iri layihəni başlayacağıq və bu layihələr Azərbaycana gələcəkdə digər investisiyaları, digər investorları da cəlb etmək imkanı verəcək. Çünki bizim ölkə küləklə və Günəşlə zəngindir. Bəzən külək hansısa narahatlıq yaradır, lakin, eyni zamanda, havanı təmizləyir. Ancaq indi külək və Günəş bizim enerji istehsalımıza xidmət edəcək və bunun sayəsində daxili istifadə və ixrac üçün çoxlu təbii qaza qənaət olunacaq. Bir daha xoş gəlmisiniz və bir daha Azərbaycanda investor olmaq qərarınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm”.
* * *
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan deyib: “Cənab Prezident, icazə verin Sizə təşəkkürümü və hökumətimizin, Kralın, Vəliəhdin salamlarını çatdırım. Səudiyyə Ərəbistanının hökuməti ilə, bizim rəhbərlərlə artıq qurduğunuz bu möhtəşəm münasibətləri örnək göstərmək olar. Səudiyyə Ərəbistanının şirkətinə göstərdiyiniz etimad sayəsində biz indi Azərbaycanda bərpa olunan enerji ilə bağlı Sizin planlarınızı artıq həyata keçirə biləcəyik. Sərmayələrə, iqtisadi və sosial dəyərlərə gəldikdə, bərpa olunan enerjinin bizim layihələrə cəlb edilməsi nöqteyi-nəzərindən Sizin gözləntilərinizi gerçəkləşdirə biləcəyik. Azərbaycanın resurslarını fərqli enerji generasiyasında istifadə etməyə yönəldəcəyik. Azərbaycan üçün ən yaxşı optimallaşdırılmış iqtisadi həll yoluna nail olmaq üçün yanacaq balansını təkmilləşdirəcəyik. Mən çox şadam və Sizə həqiqətən minnətdaram ki, Siz bizi seçdiniz. Çünki bu, Səudiyyə Ərəbistanı ilə münasibətlərə göstərdiyiniz etimadı əks etdirir. Sizin tətbiq etdiyiniz müfəssəl proqramınız bizə həddən çox müsbət təsir bağışlamışdır. Həqiqətən prosesdə - texniki, kommersiya, müqavilə proseslərində də ən yaxşı təcrübədən istifadə edilmişdir. Bizim digər ölkələrlə necə işlədiyimizə dair və bərpa olunan enerji proqramlarını necə başlamağımızla bağlı geniş təcrübəmiz var. Lakin Azərbaycan nadirliyi ilə seçilir. Çünki siz artıq proqrama başlamısınız. Siz ən yaxşı şirkətləri rəqabət aparmaq üçün çox peşəkar və şəffaf şəkildə cəlb etmisiniz. Siz, həmçinin çox nadir rəqabətlilik dəyərləri tətbiq etmisiniz.
Cənab Prezident, bu investisiya bizim yüksək səviyyədə olan siyasi münasibətlərimizə uyğun olacaq. Habelə Vəliəhd Şahzadəmizin həmişə qeyd etdiyi kimi, siyasi münasibətləri dəstəkləyən güclü iqtisadi əlaqələri də görmək istəyirik.
Cənab Prezident, bu, Səudiyyə Ərəbistanı tərəfindən müxtəlif sahələri əhatə edəcək investisiya qoyuluşunun başlanğıcıdır.
Cənab Prezident, bildiyiniz kimi, bizim münasibətlərimiz yüksək səviyyədədir. Sosial sahəyə gəldikdə, ötən il ərzində Azərbaycanda 100 mindən çox turistimiz olub. Hər il turistlərin sayında 20-30 faiz artım müşahidə olunur. Bu, onu göstərir ki, bu gün münasibətlər siyasi, sosial sahələrlə yanaşı, həm də iqtisadi sahəni əhatə edir. Müsbət məqam ondan ibarətdir ki, bunlar artıq Azərbaycanda baş verir.
Cənab Prezident, biz bu layihələri Sizin baxışınızı reallaşdırmaq üçün birlikdə həyata keçiririk. İqtisadi, sosial dəyərlərə gəldikdə isə biz buradakı insanlara təlimlər keçəcəyik, “know-how” biliklərini ötürəcəyik. “ACWA Power” şirkətində bizim səhmdarlarımız, idarə heyətimiz tərəfindən belə qərar qəbul edilib ki, Azərbaycanı region üçün platforma olaraq istifadə edək. Bilirsiniz ki, bu, təkcə Azərbaycan üçün deyil. Bizim ofisimizin aprel ayından burada tam fəaliyyətə başlayacağının səbəbi də budur. Biz insan kapitalının inkişafı üçün təlimlərin keçirilməsi ilə məşğul olacağıq. Çünki Sizin rəhbərliyinizlə bu ölkədə çox böyük insan kapitalı yaranıb və biz bundan beynəlxalq səviyyədə istifadə etməyə çalışacağıq. Bəli, bu, bizim Azərbaycanda inkişaf etdirməyə çalışdığımız layihə üçün olacaq. Lakin, eyni zamanda, dünya miqyasında rəqabət qabiliyyətliliyimizi və potensialımızı artırmaq üçün insan kapitalından istifadə edəcəyik. Biz öhdəliklərimizə sadiqik və mən hökumətimizin salamlarını Sizə çatdırıram. Lakin biz, eyni zamanda, bu layihədə sağlamlıq və əməyin təhlükəsizliyi, vaxt, keyfiyyət, etibarlılıq baxımından üzərimizə öhdəlik götürürük. Bu layihə 200 milyon dollar dəyərindədir. Eyni zamanda, biz burada istər bərpa olunan enerji mənbələri ilə, istərsə də yüksək səmərəliliklə qazın, yanacağın istehsalı ilə bağlı uzunmüddətli əməkdaşlığa sadiqik. Biz burada olmaqdan çox şadıq. Bəli, biz səudiyyəliyik, lakin yerli şirkət kimi fəaliyyət göstəririk və göstərəcəyik. Çünki biz Sizin sistemin, Azərbaycandakı və regiondakı inkişafın bir parçası olmaqdan qürur duyuruq. Sizinlə görüşmək mənim üçün həqiqətən şərəfdir. Çox xoşbəxtəm ki, Sizinlə görüşmək üçün bizə böyük imkan yaratmısınız. Mən çox məmnunam. Sizin iş cədvəlinizin gərgin olduğunu bilirəm. Bu böyük imkanı bizə yaratdığınız üçün Sizə minnətdarıq. Təşəkkür edirəm, cənab Prezident”.
* * *
Prezident İlham Əliyev deyib: “Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə təşəkkür edirəm. Mənim şəxsi salamımı və ən xoş arzularımı Əlahəzrət Kral Salmana, Vəliəhd Şahzadəyə çatdırmağınızı sizdən xahiş edirəm. Qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir və biz çox yaxın dost, tərəfdaş və qardaş ölkələrik. Mən bu əlaqələri qardaşlıq əlaqələri adlandırardım. Biz beynəlxalq institutlarda bir-birimizi dəstəkləyirik. Biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Biz bu təşkilata üç il müddətində sədrlik edəcəyik. Sizin və Birləşmiş Ərəb Əmirliklərindən olan dostların dəstəyi ilə bu təşkilatın sədri kimi çox fəal olmaq, təşkilatın üzvlərini və onların maraqlarını dəstəkləmək və bu qurum daxilində daha güclü vəhdət yaratmaq istəyirik. Əlbəttə ki, bunu həmişə dostlarımla, ölkənizin rəhbərləri ilə müzakirə edərkən bildirdiyimiz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı əlaqələrə bu gün iqtisadi dəstək lazımdır. Buna görə də biz həmişə iqtisadi əməkdaşlığın siyasi əməkdaşlığın səviyyəsinə necə çatdırılması barədə danışırdıq. Bu, asan deyil, lakin bu gün biz çox vacib bir addım atdıq. Həqiqətən də bu, bir çox digər investorlar üçün yol açır. Onlar “ACWA Power” və “Masdar”ın burada olduqlarını, yüz milyon dollarlıq investisiyalar qoyduqlarını, bizim gələcəyimizə etibar etdiklərini görəcəklər. Buna görə bir çox digər investorlar da sizin arxanızca gələcəklər. Həmçinin tərəfdaşların seçilməsi prosesində biz artıq bu sahəyə marağın olduğunu gördük. Bu maraqları yaradan bir çox amillər var. Birincisi, Azərbaycandakı siyasi sabitlik, proqnozlaşdırma, iqtisadi inkişaf, həmçinin şaxələndirilmiş infrastruktur, ixrac imkanları. Qeyd etdiyim kimi, bu gün biz təkcə neft və qazı yox, həm də elektrik enerjisini ixrac edirik. Böyük potensial var, xüsusilə bərpa olunan enerji sektorunda. Beləliklə, bu layihə bizim üçün çox vacibdir. Sizə bu qərarı verdiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bu cür böyük qərarlar hökumətin dəstəyi ilə verilir. Bilirik ki, Səudiyyə Ərəbistanının hökuməti bu qərarı dəstəkləyir və buna görə çox minnətdarıq. Bu, bizim aramızdakı yaxın dostluq əlaqələrimizin daha bir əlamətidir”.
* * *
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi deyib: “Cənab Prezident, icazə verin hökumətim, Birləşmiş Ərəb Əmirlikləri və “Masdar” şirkətinin səhmdarları adından bizə bu imkanı yaratdığınız üçün Sizə təşəkkür edim. Karbonsuzlaşdırma dövrü istiqamətində planlarınızda iştirak etmək, onları dəstəkləmək öhdəliyini üzərimizə götürmüşük. Dünyanın gələcəyi karbonsuzlaşdırma istiqamətində ənənəvi enerji istehsalı üsullarından asılılığı azaldaraq daha təmiz gələcəyə doğru gedir. “Masdar” şirkəti olaraq biz diqqətimizi dayanıqlı şəhər icmalarına, bərpa olunan enerji və gələcək texnologiyalara yönəldirik.
Cənab Prezident, bu prosesdə iştirak etmək və Sizin tərəfdən seçilmək böyük şərəfdir. Bilirik ki, Sizin dəstəyiniz, aydın təlimatınız, Sizin baxışınız olmasaydı, biz burada önünüzdə əyləşməyəcəkdik.
Bir daha çox sağ olun, cənab Prezident. Ölkənin və dünyanın qürur duyacağı bir nəticəyə nail olmaq məsələsində bizə etibar edə bilərsiniz, inşallah”.
* * *
Prezident İlham Əliyev deyib: “Çox sağ olun. Bu gün Azərbaycandakı enerji layihələrinin inkişafında yeni bir mərhələyə şahidlik edirik. Bu ili - 2020-ci ili belə bir mühüm hadisə ilə başlamaqdan çox məmnunam. Bunun yaxşı gələcəyi olacaq, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Səudiyyə Ərəbistanından olan turist qonaqları qeyd etdiniz. Zənnimcə, Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin sayı da buna bərabərdir. Sizin ölkələrinizə səyahət edən azərbaycanlıların da sayı artır. Bu, sadəcə, turistlərə təklif etdiklərimizlə bağlı deyil. Bunun səbəbi insanların burada özünü rahat hiss etməsidir. Azərbaycanlılar sizin ölkələrinizə, sizin vətəndaşlarınız da Azərbaycana səyahət edərkən özlərini öz evlərindəki kimi hiss edirlər. Bu İcra Müqaviləsinin imzalanması mərasimi də ölkələrimiz arasındakı əlaqələri gücləndirəcək”.

 
  • Oxunub:  6420  |  
  • Tarix:  10-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6