Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı panelin moderatorunun suallarını cavablandırıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev. Dediyimiz kimi, Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?
Prezident İlham Əliyev: Bakıya.
Moderator: Bakıya...
Prezident İlham Əliyev: Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq.
Moderator: Çox gözəl. Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz.
Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.
Moderator: Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər?
Prezident İlham Əliyev: Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır.
Moderator: Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?
Prezident İlham Əliyev: Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.
Moderator: Təşəkkür edirəm, Prezident Əliyev. Siz necə düşünürsünüz, Azərbaycandakı gənclər bu baxışı, regional təşkilatın bir hissəsi olmaq və həmin regional təşkilata suverenliyi həvalə etmək istəyini bölüşürlərmi? Azərbaycanda bu ideya yerli səviyyədə dəstəklənirmi?
Prezident İlham Əliyev: Xeyr, mən belə düşünmürəm. Düşünürəm ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir. Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla - neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır.
Moderator: Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir? Prezident Əliyev, buyurun.
Prezident İlham Əliyev: Mən düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq.
Moderator: Paneldə regionu yaxşı tanımayanlar üçün. Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır?
Prezident İlham Əliyev: Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur.
Moderator: Təşəkkür edirəm, cənab Prezident.
* * *
Panel iclasında Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya iştirak ediblər.

 
  • Oxunub:  5850  |  
  • Tarix:  23-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7