Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxış edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı dəyirmi masada çıxış edib: “Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.
Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.
Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.
Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan nefti onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.
Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.
Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm”.

 
  • Oxunub:  9810  |  
  • Tarix:  15-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək

10 Aprel 20:36
Prezident: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir
10 Aprel 20:34
Deputat: Təklif edilən paket postkoronavirus dövründə sahibkarların dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutur
10 Aprel 20:31
Azərbaycanda koronavirusa daha 65 nəfər yoluxub, 58 nəfər sağalaraq evə buraxılıb
10 Aprel 20:27
Azərbaycanda koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi problemlərin həlli üçün 2,5 milyard manat vəsait ayrılıb
10 Aprel 20:22
Prezident: Mövcud qlobal pandemiya şəraitində Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır
10 Aprel 20:18
Azərbaycan və Rusiya ombudsmanlarının onlayn görüşü olub
10 Aprel 18:28
ÜST-ün baş direktoru Azərbaycan hökumətinə və xalqına verdikləri töhfəyə görə təşəkkür edib
10 Aprel 18:13
Prezident İlham Əliyev: Türk Şurası ilk beynəlxalq təşkilatdır ki, COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir
10 Aprel 18:04
Yevlax: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri davam etdirilir
10 Aprel 18:02
Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb
10 Aprel 17:57
Prezident İlham Əliyev: Koronavirus xəstələri 20-dən çox dövlət xəstəxanasında müalicə olunurlar
10 Aprel 17:54
Milli Məclisin Gənclər və idman komitəsi insanları qanvermə aksiyasına qoşulmağa dəvət edir
10 Aprel 17:35
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib
10 Aprel 17:26
Prezident: Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirib
10 Aprel 17:18
Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir
10 Aprel 16:59
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi
10 Aprel 16:43
Elman Nəsirov: Azərbaycanda “5-ci kolon” milli xəyanətin klassik nümunəsidir
10 Aprel 16:33
YAP könüllüləri və ƏƏSMN-nin əməkdaşları tənha və ahıl vətəndaşlara müntəzəm olaraq sosial xidmət göstərirlər
10 Aprel 15:26
Gürcüstanda xüsusi karantin rejimində olan soydaşlarımıza ərzaq yardımı edilib
10 Aprel 15:20
Anar Məmmədov: Azərbaycan Hökuməti 2019-cu ildə qarşıda duran bütün vəzifələri uğurla icra edib
10 Aprel 15:15
Eldəniz Səlimov: Əfv, amnistiya, insanların səhvlərinin və xətalarının bağışlanılması Azərbaycan dövlətinin siyasətinin əsas tərkib hissəsidir
10 Aprel 14:48
Deputat: Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda bəzi qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışırlar
10 Aprel 14:32
Emin Hacıyev: Xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır
10 Aprel 14:19
Azərbaycan “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulub
10 Aprel 14:12
Kamran Bayramov: “Beşinci kolon” öz çirkli siyasi oyunlarını insanlarımızın taleyindən üstün tutduğunu aydın göstərir
10 Aprel 13:00
Cavid Osmanov: Radikal müxalifətin cəmiyyətimizdə heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq
10 Aprel 12:50
Sevinc Hüseynova: Azərbaycan hökuməti ötən il ərzində səmərəli fəaliyyət göstərib
10 Aprel 12:47
Milli Məclisin növbəti plenar iclası aprelin 17-də keçiriləcək
10 Aprel 12:44
Əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin daha bir nümunəsidir
10 Aprel 12:31
Prezident İlham Əliyev: Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək
10 Aprel 12:22
Hərbi Hava Qüvvələrinin “MiQ-29” və “Su-25” təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib
10 Aprel 12:00
Evdə qal və muzeylərə onlayn səyahət et!
10 Aprel 11:47
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
10 Aprel 11:44
Rusiya XİN: Rəsmi Moskva Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır
10 Aprel 11:35
DYP: Karantin rejimini pozduğuna görə 1359 nəfər məsuliyyətə cəlb edilib
10 Aprel 10:40
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir
10 Aprel 10:18
Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub
09 Aprel 21:27
Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
09 Aprel 20:10
Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur
09 Aprel 19:40
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09 Aprel 19:14
Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”i qeyri-qanuni hesab edir
09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +16
gecə+6 +8