Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır

Dövlətimizin başçısı Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşüb.
Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.
Sonra Prezident İlham Əliyev Görədil dayanacağına gəlib.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib. Burada Görədildə yaşayan əhalinin dəmir yolu xidmətlərindən yüksək səviyyədə istifadə etməsi və onların rahatlığı üçün hər cür şərait yaradılıb. Bina bütün zəruri infrastrukturla təchiz olunub. Buradakı platformalar da ən müasir səviyyədə yenidən qurulub.
Görədil-Novxanı-Sumqayıt sərnişin xətti boyu, ümumilikdə, 15 stansiya və dayanacaq inşa edilib və əsaslı təmir olunub. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300, Novxanı dayanacağının ümumi sahəsi isə 8 min kvadratmetrdən çoxdur. Xətt boyu yerləşən bütün dayanacaqlarda yeni platformalar, yeraltı piyada keçidləri, avtomobillər və velosipedlər üçün dayanacaqlar inşa edilib. Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin dəmir yolu xətti istiqamətində 3 avtomobil tuneli və 8 piyada keçidi layihələndirilib.
Daha sonra dövlətimizin başçısı Görədil dayanacağından Novxanı dayanacağına yola düşüb.
Qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə xətt üzərində 10 yeraltı avtomobil tuneli tikilib, ikisinin isə inşası davam edir. Piyadaların təhlükəsizliyini təmin etmək üçün ümumilikdə, 25 yeraltı və yerüstü piyada keçidi inşa olunub, dəmir yolu, rabitə və işarəvermə sistemi yenidən qurulub. Sürətli qatarın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün zəruri işlər görülüb.
Dövlətimizin başçısı Novxanı dayanacağına gəlib.
Novxanı dayanacağında da sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait var. Bu dayanacaq da yenidənqurmadan sonra ən müasir səviyyədə fəaliyyət göstərəcək. Ətrafda geniş abadlıq-quruculuq, yaşıllaşdırma işləri görülüb, işıqlandırma sistemi yaradılıb.
Prezident İlham Əliyev burada Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra rəmzi açılışını bildirən lenti kəsib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv layihələr barədə məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial məsələlərinin həllinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır və bununla bağlı ardıcıl layihələr icra olunur. Ölkəmizdə, ümumilikdə, sosial infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlər dünyada bu sahədə tətbiq olunan ən müasir standartlara cavab verir. Son illərdə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Azərbaycanda dəmir yolunun müasirləşdirilməsi istiqamətində də çox mühüm və ardıcıl layihələr həyata keçirilib. Bu, ölkəmizin iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, Azərbaycanda dövlət səviyyəsində sosial sahəyə olan diqqəti də aydın göstərir.
Görülən işlər nəticəsində Azərbaycanda yaradılan ən müasir yol-nəqliyyat infrastrukturu, ilk növbədə, vətəndaşların rahatlığına xidmət edir. Bu layihələr sırasında Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük əhəmiyyət daşıyır. Bu layihənin reallaşması paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlərin rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və geriyə, mənzil başına çatmasına hərtərəfli imkan yaradır.
Dövlətimizin başçısı burada dəmiryolçularla görüşüb.
Qarşıdan gələn bayram münasibətilə dəmiryolçuları təbrik edən Prezident İlham Əliyev deyib: “Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıbdır.
Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır.
Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək.
Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır. Bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Vətəndaşlar üçün çox rahat, ikimərtəbəli vaqonlar alınıb gətirilib. Bu vaqonlar dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Ən inkişaf etmiş ölkələrin paytaxtlarında bu vaqonlardan istifadə olunur. Deyə bilərəm ki, bu baxımdan biz bir çox ölkələri qabaqlamışıq. Yəni, kompleks tədbirlər nəticəsində və dövlət investisiya proqramı çərçivəsində aparılan bu işlər artıq tamamilə başa çatıb və dairəvi yol tam istifadəyə verilib.
Şadam ki, dəmiryolçular bu mühüm vəzifənin öhdəsindən şərəflə gəldilər. Dairəvi dəmir yolunun tikintisi ilə bağlı mən iki il bundan əvvəl Sərəncam imzalamışam və bu işlər qısa müddət ərzində görülüb. Yolun tikintisi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilirdi. Özüm şəxsən bir neçə dəfə bu yolun tikintisinin müxtəlif mərhələlərində vəziyyətlə maraqlanmışam, işin gedişinə nəzarət etmişəm. Bu, mənim bu yolun müxtəlif mərhələlərdə açılışında altıncı iştirakımdır. Müxtəlif dövrlərdə bu xətt boyunca altı dəfə getmişəm - Pirşağı stansiyası, Sabunçu dəmir yolu vağzalı, Sumqayıt dəmir yolu vağzalı, Bakı dəmir yolu vağzalı və bu gün. Bütün bu qısa açılışlar bir məqsədi güdürdü ki, biz Novruz bayramına qədər xalqımızı sevindirək. Bu, Abşeron yarımadasında yaşayan insanlara bayramqabağı verilən ən böyük hədiyyələrdən biridir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial sahədə öz sözünü deyir. Baxmayaraq buna böyük vəsait tələb olunur, biz bunu edirik ki, insanlar rahat yaşasınlar, iş başına, mənzil başına daha tez çatsınlar və insanların təhlükəsizliyi təmin edilsin. Çünki bəzi hallarda avtomobil yollarında baş verən qəzalar əfsuslar olsun ki, çox ağır fəsadlar törədir. Ona görə təhlükəsizlik, ekoloji tarazlıq, vaxt, rahatlıq baxımından bütün bu amilləri tam təhlil edərək hər kəs bir daha görür ki, bu xəttin nə qədər böyük əhəmiyyəti var.
Bundan sonra da işlər davam etdiriləcək. Mənə bu gün təqdim edilən xəritədə “Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək planları göstərilir. Digər qəsəbələrə, kəndlərə dəmir yollarının çəkilişi nəzərdə tutulur, layihələr hazırlanır. Biz tədricən bu işləri görəcəyik ki, Abşeron yarımadasının əksər qəsəbələri rahat dəmir yoluna sahib olsunlar.
Bütövlükdə nəqliyyat sahəsində işlər yaxşı gedir. Keçən il də yaxşı uğurlarımız olub, bu il də. Həm dəmir yollarının, həm də avtomobil yollarının çəkilişi - bütün bu işlər hesab edirəm ki, ən yüksək səviyyədə aparılır. İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görmüşdür. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır. Ona görə hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.
Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaqdır.
Sizi bir daha ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
* * *
Cavid Qurbanov: Cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə dəmiryolçular adından Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun.

 
  • Oxunub:  3240  |  
  • Tarix:  19-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA