Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli cənab nazir.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuqetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu Oyunları ilə əlaqədar Azərbaycana gəlmişdiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.
Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.
Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri - ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.
Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.
Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir.
Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.
Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.
Sizi bir daha salamlayıram. Çox şadam ki, siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlirsiniz, bu gün müzakirə etmək üçün geniş gündəliyimiz var. Bir daha xoş gəlmisiniz”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: “Sağ olun, hörmətli cənab Prezident. Əvvələn, Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan məsələlərin müzakirə edilməsi üçün vaxt tapmısınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.
Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq”.

 
  • Oxunub:  4140  |  
  • Tarix:  24-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

21 Yanvar 11:33
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib
21 Yanvar 11:31
Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib
21 Yanvar 11:29
Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində Mariinski Teatrında uğurla nümayiş olunub
21 Yanvar 11:25
Vüqar Zaynalov: Türk iş adamları ilə birgə Qarabağı tezliklə dirçəldəcəyik
21 Yanvar 11:24
Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb
21 Yanvar 11:08
“Regional İnkişaf” İctimai Birliyi yeni portal istifadəyə verib
21 Yanvar 10:54
Mədəniyyət naziri türk dünyası təşkilatlarının nümayəndə heyəti ilə görüşüb
21 Yanvar 10:52
Nabranda 21 santimetr qar, Xınalıq və Qırızda 14 dərəcə şaxta qeydə alınıb
21 Yanvar 10:28
Baş Prokurorluğun daha bir sosial şəbəkəsi rəsmi olaraq təsdiqlənib
21 Yanvar 10:23
Londonda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar videokonfrans təşkil edilib
21 Yanvar 10:19
Azərbaycanın xarici işlər nazirinin Türkmənistana səfəri başlayıb
20 Yanvar 21:17
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
20 Yanvar 21:14
ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib
20 Yanvar 20:39
20 Yanvar xalqımızın mübarizlik əzminin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirən tarixi bir gündür
20 Yanvar 20:30
Pakistanın müxtəlif universitetlərinin tələbələri üçün “Şəhidlikdən Qələbəyə” adlı mühazirə təqdim olunub
20 Yanvar 19:36
Misirdə 20 Yanvar hadisələrinə həsr olunmuş virtual tədbir keçirilib
20 Yanvar 19:34
Tədqiqatçı-yazar: 20 Yanvar qardaş Azərbaycanın azadlığına və müstəqilliyinə aparan yolda bir işıq kimi yandı
20 Yanvar 19:14
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
20 Yanvar 19:13
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad edilir
20 Yanvar 18:57
İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib
20 Yanvar 18:51
Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq!
20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0