Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüş iştirakçılarını salamlayıb.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Nümayəndə heyətinin üzvləri: Sabahınız xeyir, cənab Prezident.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato deyib: Sabahınız xeyir, cənab Prezident. Bu səhər bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. 2018-ci ildəki açılış mərasimindən sonra biz yenidən Azərbaycana səfərə gəlmişik. Bu gün səfirimiz və “Maire Tecnimont” şirkətinin heyəti ilə Bakıda olmağımızdan şərəf duyuruq. 2020-ci ildə Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların diqqəti də burada idi. Bildiyiniz kimi, biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk. Bu gün burada olmaqdan fərəh hissi duyuruq. Çünki biz artıq yeni layihələrə cəlb olunmuşuq. Şəxsən özüm və “Maire Tecnimont” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik.
Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir.
Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq. Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir.
Prezident İlham Əliyev deyib: Çox sağ olun. Xoş sözlərinizə görə, əvvəla Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Biz xalqımız, ölkəmiz üçün çox çətinliklər yaradan bu əsas məsələni həll etdikdən sonra, - bu məsələ həm də dünyada ən böyük haqsızlıqlardan biri idi, - Azərbaycanın inkişafı daha da sürətli olacaq. Buna baxmayaraq, hətta işğal illəri ərzində Azərbaycan uğurla inkişaf etmişdir, sənayeni və müasir texnologiyaları inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim sizin şirkətinizlə sıx əməkdaşlığımız və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir ki, ölkənin iqtisadi və sənaye inkişafı çox yaxşı təsir bağışlamışdır.
İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, - o, 4,3 faiz olmuşdur, - bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək.
Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir.
İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir.
Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir.
Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək. Sizə uğurlar arzulayıram və sizi Bakıda görməyə şadam. Ümid edirəm ki, növbəti dəfə biz videokonfrans vasitəsilə yox, üzbəüz görüşəcəyik.
Baş icraçı direktor Pierroberto Folgiero deyib: Sağ olun, cənab Prezident. Əvvəlcə, universitetlə əməkdaşlıq əsasında inkişaf məsələlərində Sizə yardımçı olmaqdan olduqca məmnunam, çünki “Maire Tecnimont” şirkətinə gəldikdə, ilk olaraq texnologiyalara əsaslanan şirkət haqqında düşünürsən. Bizim yeni texnologiyalara böyük inamımız var və bu səbəbdən töhfə verməkdən çox məmnun olardıq. Xüsusən də bilirəm ki, SOCAR ilə kimya sahəsində əməkdaşlıq aparılır. Bu işbirliyi universitetin fəaliyyətə başlamasını nəzərdə tutacaq. Bu isə kimya sahəsində malik olduğumuz ən mühüm dəyərlərdən biridir.
İcazə verin, əvvəlcə, bildirim ki, biz öndə gedirik və istərdik, “yaşıl kimya” adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə, dünyanın bu bölgəsində Azərbaycanın üzərinə mühüm rol düşür. Həmin ideyalarla bölüşməkdən çox şad olardıq. Bu, birinci məsələdir.
İkinci məsələyə gəlincə, biz əməkdaşlığı, məsələn, enerji istehsalı sahəsində də genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız uzunmüddətlidir və ən əsası, insan kapitalına söykənir, gənclərin işə cəlb edilməsini nəzərdə tutur. Sizə bir faktı da söyləyim. Biz dünya miqyasında regional müşavirələr keçiririk və onlardan birində “Tecnimont” şirkətində çalışan gənc azərbaycanlı həmkarımız iştirak edib və dünya ictimaiyyəti qarşısında əməkdaşlığın faydası, mədəniyyətlərarası işbirliyi barədə çıxış edib. Onun çıxışı bütün insanlarımızda böyük hisslər doğurdu. Hər hansı böyük uğur hər ikimizə məmnunluq hissləri yaradır. İcazə verin, bildirim ki, yeni texnologiyaları inkişaf etdirmək və sizin çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə etməkdən çox şad olardıq. Bu keyfiyyətlər İtaliyanın iş adamlarının da yanaşmasının əsasında dayanır və müəyyən dərəcədə “yaşıl kimya” sahəsində qabaqcıl mövqeyi şərtləndirir.
Prezident İlham Əliyev deyib: Çox sağ olun. Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz. Bildiyimə görə, bu, texnoloji inkişaf baxımından yenilikdir. Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.
Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var.
Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik.

 
  • Oxunub:  6900  |  
  • Tarix:  04-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 18:25
Hərbi Qənimətlər Parkı revanşistlər üçün ibrət dərsi, növbəti “Dəmir yumruq” xəbərdarlığıdır
15 Aprel 18:22
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Dmitri Solnsevin məzarını ziyarət ediblər
15 Aprel 18:05
Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdədir
15 Aprel 17:29
Yevlaxda "Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir" mövzusunda regional videokonfrans keçirilib
15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12