Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyası Bakıda keçiriləcək

İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyası Bakıda keçiriləcək

02.11.2015 [10:50]

Noyabrın 2-4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) 9-cu Baş Assambleyası keçiriləcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Assambleyada Səudiyyə Ərəbistanı Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, ISSF-nin İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı nəzərdə tutulub.
Tədbirdə Azərbaycanı IV İslam Həmrəylik Oyunları Təşkilat Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi şəxslər təmsil edəcəklər.
Mötəbər tədbir çərçivəsində noyabrın 2-də Əlaqələndirmə Komissiyasının, bir gün sonra İslam Həmrəylik İdman Federasiyasının 24-cü İcraiyyə Komitəsinin görüşləri təşkil olunacaq. Noyabrın 4-də isə ISSF-nin 9-cu Baş Assambleyası keçiriləcək.
Qonaqlar, həmçinin IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərinə səfər edəcək, yaradılan şəraitlə tanış olacaqlar.
İslam Həmrəylik İdman Federasiyasının 9-cu Baş Assambleyasında 45-dən çox Olimpiya komitəsindən 120-dək nümayəndənin iştirakı gözlənilir.

Paylaş:
Baxılıb: 1148 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31