Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Türkiyəli idman jurnalisti: Azərbaycan “Formula-1” ilə dünya idman tarixində yeni bir səhifə açdı

Türkiyəli idman jurnalisti: Azərbaycan “Formula-1” ilə dünya idman tarixində yeni bir səhifə açdı

23.06.2016 [10:01]

Azərbaycan Formula-1 Avropa Qran-pri yarışına yüksək səviyyədə ev sahibliyi etməklə dünya idman tarixində yeni bir səhifə açdı. Beynəlxalq idman ictimaiyyəti Bakıda əldə olunan bu nailiyyəti uzun zaman unutmayacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə fəaliyyət göstərən “Spor meydanı” qəzetinin yaradıcılıq bölməsinin müdiri Müzəffər Batumlu bildirib. O deyib ki, Azərbaycanın bu uğuru Türkiyədə, xüsusilə ölkənin idman ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. “Bakı-2015” ilk Avropa Oyunlarından sonra Formula-1 Avropa Qran-prisinə peşəkarlıqla ev sahibi etməklə Azərbaycanın belə mötəbər tədbirlərə yüksək səviyyəli təşkilatçılıq qabiliyyəti və xalqınızın qonaqpərvərliyi bir daha özünü göstərdi. İlkin hesablamalara görə, gündəlik olaraq 25 milyondan çox idmansevər “Formula-1” yarışını beynəlxalq kütləvi informasiya vasitələri ilə izləyib. “Bakı-2015” ilə yanaşı, “Formula-1” də Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırdı. Əminəm ki, Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq.

Paylaş:
Baxılıb: 777 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31