Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Odina Bayramova: Hesab edirik ki, əsas rəqibimiz Türkiyə komandasıdır

Odina Bayramova: Hesab edirik ki, əsas rəqibimiz Türkiyə komandasıdır

13.05.2017 [11:04]

Azərbaycanın qadınlardan ibarət yığma voleybol komandası Bakıda keçirilən IV İslamiadada çıxışını uğurla başlayıb. İlk oyunda Qırğızıstan yığması ilə qarşılaşan komandamız 3:0 hesabı ilə qalib gəlib. Görüş başa çatandan sonra komandanın kapitanı Odina Bayramova AZƏRTAC-a müsahibə verib.
Yığmamızın oyun səviyyəsi, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən gözlədiyi təəssürat barədə fikirlərini bölüşən Odina Bayramova qeyd edib ki, turnirdə dörd komandanın iştirak etməsini nəzərə alsaq, bugünkü oyunu tanışlıq matçı adlandırmaq olar. O deyib: “Etiraf edirəm ki, bizim yarışlarda az sayda komandanın iştirak etməsinə görə təəssüflənirəm. Hesab edirik ki, əsas rəqibimiz Türkiyə komandası olacaq və ona qalib gələ biləcəyimizə inanıram. Əsas məsələ öz oyunumuzu nümayiş etdirməkdir”.
Yığmanın kapitanı qeyd edib ki, komanda Sloveniyada gərgin məşq toplantısı keçirib. O deyib: “İslamiadadan sonra dünya birinciliyinin seçmə matçlarına hazırlaşmalıyıq. Hazırlığı Bolqarıstanda keçəcəyik. Seçmə yarışlarında Hollandiya başda olmaqla iştirakçıların tərkibini nəzərə alsaq, orada oyun tempi və səviyyəsi tamam fərqli olacaq”.
Odina Bayramova vurğulayıb ki, voleybol üzrə Azərbaycan yığmasının bütün heyəti IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində atletlərin paradında iştirak edəcək. Komandanın bütün üzvləri bu mərasimi həyəcanla gözləyir.

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31