Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları başa çatıb

IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları başa çatıb

18.05.2017 [09:51]

Azərbaycan millisi yarışda 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb
Mayın 17-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının sonuncu günü də Azərbaycan idmançıları üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, millimiz bir qızıl və bir gümüş medalı aktivinə yazdırıb. Gün ərzində dairəvi stend və 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışları keçirilib.
On metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar. Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüb. Üçüncü yerə İranın birinci komandası çıxıb.
İkinci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı 7-ci yerdə başa vurub.
Azərbaycan yığması dairəvi stend üzrə qarışıq komanda yarışında gümüş medala sahib olub. Emin Cəfərov və Nurlana Cəfərovadan ibarət komandamız finalda Bəhreynə məğlub olaraq birinciliyi əldən verib. Türkiyə komandası isə yarışı üçüncü pillədə başa vurub. Digər komandamız - Niyaz Ağazadə və Regina Meftahətdinova dördüncü yerlə kifayətləniblər.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.
Bununla da IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları başa çatıb. Azərbaycan milli komandası yarışda 6 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31