Ana səhifə »  İdman »  Azər Əliyev: Azərbaycan idman ölkəsi olduğunu bu il qazanılan uğurlarla bir daha təsdiqlədi
A+   Yenilə  A-
Azər Əliyev: Azərbaycan idman ölkəsi olduğunu bu il qazanılan uğurlarla bir daha təsdiqlədi

Azərbaycan idman ölkəsidir. Bunu artıq bütün dünya, idman ictimaiyyəti bilir. Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. Artıq neçə illərdir ki, ölkəmizdə irimiqyaslı beynəlxalq yarışlar keçirilir.
Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev AZƏRTAC-a müsahibəsində idman ilinin yekunları və idmançılarımızın uğurları barədə danışıb.
- 2016-cı ildə olduğu kimi, yola salmağa hazırlaşdığımız 2017-ci il də ölkəmizin idman həyatında bir çox hadisələrlə, qələbələrlə yadda qalıb. Siz, ilk növbədə, nəyi qeyd edərdiniz?
- Əlbəttə, ən əsas idman nailiyyətimiz kimi, biz bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını qeyd etməliyik. Məlumdur ki, biz bu yarışlarda medal sayına görə güclü Türkiyə yığmasını qabaqlayaraq birinci yeri tutduq. Azərbaycan iki il bundan əvvəl birinci Avropa Oyunlarını, bu il isə İslamiadanı yüksək səviyyədə keçirməklə nümayiş etdirdi ki, istənilən beynəlxalq idman tədbirini uğurla təşkil etməyə qadirdir.
Digər nailiyyətlərlə yanaşı, “Qarabağ” futbol komandası da bizi çox sevindirdi. Azərbaycan futbolunun tarixində bizim komanda ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ağdam klubu “Çelsi”, “Roma” və “Atletiko” kimi adlı-sanlı rəqiblərə qarşı layiqli oyun nümayiş etdirdi. Madrid komandası ilə iki heç-heçəni isə heç kim gözləmirdi. Onlara əhsən, yaxşı oyun göstərməyi bacardılar.
Bundan başqa, idmanın fərdi növlərində də uğurlarımız olub. Məhəmmədrəsul Məcidov boks, Hacı Əliyev güləş üzrə üçqat dünya çempionu olublar. Həmçinin xatırlatmaq istərdim ki, Bakıda ikinci dəfə Formula-1 yarışları keçirildi. Bir çoxları budəfəki yarışı mövsümün ən maraqlı və yaxşısı adlandırdılar. Beləliklə, Azərbaycan üçün idman ilinin uğurlu olduğunu deyə bilərik.
- Sizin təşəbbüsünüz olan “İdman hamı üçün” layihəsi barədə nə deyə bilərsiniz? Həmin layihənin məqsədləri nədən ibarətdir? İndiyədək nə kimi işlər görülüb?
- Bu layihə Beynəlxalq Olimpiya Komitəsinin “Gündəlik-2020” təşəbbüsü əsasında yaranıb. “Gündəlik”də dopinqə qarşı mübarizə, gender bərabərliyi, Olimpiya təhsili və başqa məqamlara aid 40 tövsiyə var. Bu il Azərbaycan Milli Olimpiya Komitəsi həmin gündəliklə əlaqədar komissiya yaradıb. Biz özümüz üçün hansı tövsiyələrin zəruri olmasını araşdırdıq. Qərara alındı ki, həll etməli olduğumuz birinci məsələ gender bərabərliyidir. Bildiyiniz kimi, Azərbaycanda qızların idmanla məşğul olması o qədər də geniş yayılmayıb. Müəyyən ənənələr, məhdudiyyətlər var. Qızlar arasında idmanı təbliğ etmək məqsədilə “İdman hamı üçün” adlı televiziya proqramı yaratmağı qərara aldıq. Eyni zamanda, idmanda gender bərabərliyini inkişaf etdirməklə yanaşı, biz hamı üçün sağlam həyat tərzini təbliğ etməyə çalışırıq. Proqram da belə adlanır: “İdman hamı üçün”. Bu o deməkdir ki, hamı - oğlanlar da, qızlar da, cavanlar da, yaşlılar da idmanla məşğul olmalı və hamı sağlam həyat tərzi keçirməlidir. Əsas məqsəd budur. İndi bizdə ikinci mövsüm başlanıb. Velosiped idmanı, cüdo haqqında süjetlər göstərilib. Bu proqram hər həftənin bazar günü “Space” telekanalında gündüz saat 12-də göstərilir.
- Son illər ağır atletika idmanında qazandığımız uğurlar göz qabağındadır. Ölkəmizdə idmanın bu növünün daha da inkişaf etdirilməsi üçün hansı tədbirlər görüləcək?
- Doğrudan da, IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışları bizim üçün çox uğurlu oldu. Biz 4 medal qazandıq - 1 qızıl və 3 bürünc. Təəssüf ki, dopinq ilə əlaqədar olaraq bizim federasiya və daha 8 ölkənin müvafiq qurumları diskvalifikasiya edilib. Biz beynəlxalq yarışlarda çıxış edə bilmirik. Federasiyanın məqsədi “Tokio-2020” və ya “Paris-2024” olimpiadalarında ölkəmizi ləyaqətlə təmsil edə biləcək gənc idmançılar hazırlamaqdır. Hesab edirəm ki, idmanın bu növündə bizim böyük potensialımız var. Biz bu potensialı Kosovoda, 15 yaşa qədər idmançılar arasında Avropa çempionatında nümayiş etdirdik. Orada idmançılarımız ümumi komanda hesabında birinci yeri tutdular. İstəyirik ki, bizim gənc idmançılar öz peşəkarlıqlarını daim yüksəltsinlər.
- 2019-cu ildə Bakıda Yeniyetmələrin Yay Olimpiya Oyunları keçiriləcək. Bu Oyunlara hazırlıq necə gedir?
- Bu il Macarıstanda belə bir yarış keçirildi. Bu, həqiqətən, möhtəşəm yarış idi. Gənc idmançılar beynəlxalq səviyyəli bu cür geniş miqyaslı yarışlarda ilk dəfə iştirak etmək imkanı qazanmışdılar. Çox şadam ki, Yeniyetmələrin növbəti Yay Olimpiya Oyunları 2019-cu ildə bizim ölkədə, Bakıda keçiriləcək. Birinci Avropa Oyunları və İslamiada üçün yaradılmış infrastruktur var, müəyyən təcrübə toplamışıq. Ona görə də bu tədbirin keçirilməsində hər hansı çətinliyimiz olmayacaq. Həmin Oyunlar üçün nə lazımdırsa, demək olar ki, hazırdır.
Onu da xatırlatmaq istəyirəm ki, gələn il Azərbaycanda cüdo üzrə dünya çempionatı keçiriləcək. İdmançılarımız mütəmadi olaraq idmanın bütün döyüş növlərində - istər boks, istər güləş və ya cüdo olsun, - həmişə medallar qazanırlar. Ümidvarıq ki, bundan sonra da belə olacaq.
Gələn ilin fevralında Koreya Respublikasında Qış Olimpiya Oyunları keçiriləcək. Bizdə qış idman növləri o qədər də inkişaf etməyib. Həmin Oyunlarda ölkəmizi yalnız bir nəfər - dağ xizəkçisi təmsil edəcək. Onun yaxşı nəticələr qazanacağına ümid bəsləyirik.
Əminəm ki, növbəti idman ili də bizim üçün uğurlu olacaq. Çünki Azərbaycanda idman davamlı inkişaf edir, idmançılarımızın peşəkarlıq səviyyəsi getdikcə artır.
- Maraqlı söhbətə görə sağ olun.

 
  • Oxunub:  14760  |  
  • Tarix:  26-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

18 Sentyabr 23:01
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
18 Sentyabr 22:53
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
18 Sentyabr 20:55
Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır
18 Sentyabr 20:37
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
18 Sentyabr 20:31
BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır
18 Sentyabr 20:29
QDİƏT PM-in komitə iclasında Azərbaycanda vergi sistemində aparılan islahatlardan danışılıb
18 Sentyabr 20:27
Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
18 Sentyabr 20:25
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18 Sentyabr 20:24
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 20:16
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
18 Sentyabr 20:13
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” mənim gözlərim önündə ərsəyə gəlib
18 Sentyabr 20:08
Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir təşkil olunub
18 Sentyabr 20:06
Dövlət Komissiyası: Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadiləsinə hazırdır
18 Sentyabr 20:04
Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
18 Sentyabr 20:02
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
18 Sentyabr 20:00
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
18 Sentyabr 19:56
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusuna həsr olunub
18 Sentyabr 17:56
Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi
18 Sentyabr 17:54
Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
18 Sentyabr 17:52
Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18 Sentyabr 17:50
Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək
18 Sentyabr 17:48
Rauf Əliyev: “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı
18 Sentyabr 17:47
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 17:33
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiqlənib
18 Sentyabr 17:32
“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT
18 Sentyabr 17:28
“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək”
18 Sentyabr 17:24
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
18 Sentyabr 13:50
Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
18 Sentyabr 13:33
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
18 Sentyabr 13:07
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18 Sentyabr 12:56
Baş nazirin müavini: XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu
18 Sentyabr 12:50
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Sentyabr 12:39
Azərbaycan ilə Tacikistan arasında aqrar sahədə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var
18 Sentyabr 11:55
“Əsrin müqaviləsi” – Milli uğur strategiyası
18 Sentyabr 11:51
Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 Sentyabr 11:47
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18 Sentyabr 11:39
UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib
18 Sentyabr 11:32
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18 Sentyabr 11:29
Paytaxt məktəblərində müəllimlərin İKT bilikləri yoxlanılır
18 Sentyabr 11:27
Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir
18 Sentyabr 11:19
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
18 Sentyabr 10:54
BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb
18 Sentyabr 10:39
Bu gün Milli Musiqi Günüdür
18 Sentyabr 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus ünikal musiqi alətlərinin sərgisi açılıb
18 Sentyabr 10:06
Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
18 Sentyabr 09:56
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir
18 Sentyabr 09:53
Xalqının taleyini yaşayan dahi
18 Sentyabr 09:50
YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsinin yekun seçim turu keçirilib
18 Sentyabr 09:48
Qubadlı məktəblərində Bilik Günü qeyd edilib
18 Sentyabr 09:47
YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA