Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şahmat komandamız Ermənistanla qarşılaşacaq

Şahmat komandamız Ermənistanla qarşılaşacaq

02.10.2009 [14:56]

Oktyabrın 4-də Makedoniyanın Oxrid şəhərində kişilər arasında şahmat üzrə Avropa klublarının 25-ci kubok yarışları başlanacaq. Yarışlara 54 komanda qatılacaq. Azərbaycan idmançıları müxtəlif komandaların tərkibində yarışacaqlar. Vüqar Həşimov (2740) İsrailin “Aşdod” klubunun tərkibində ikinci şahmat taxtasında oynayacaq. Birinci nömrə ilə Ukrayna qrossmeysteri Vasili İvançuk (2756) çıxış edəcək. İsrail komandasına, həmçinin, Emil Sutovski (2676), Boris Avrux (2668), İlya Smirin (2648), Vitali Qolod (2602) və Artur Koqan (2522) daxildir. Şəhriyar Məmmədyarov (2721), Qədir Hüseynov (2667), Rauf Məmmədov (2626) Makedoniyanın “Alkaloid” klubunun tərkibində oynayacaqlar. Onlarla birlikdə bu komandada Qata Kamski (ABŞ, 2692), Andrey Volokitin (Ukrayna, 2681), Trajko Nedev (Makedoniya, 2511), Zvonko Tranojovski (Makedoniya, 2492) və Aleksandr Koloviç (Makedoniya, 2441) yarışacaqlar. Turnir oktyabrın 11-də başa çatacaq.
Onu da əlavə edək ki, Azərbaycan komandası Türkiyədə 16 yaşadək şahmatçılar arasında keçirilən olimpiadanın 7-ci turunda Hindistan komandasına məğlub olub. Bu tur çərçivəsində rəqiblərinə 1,5:2,5 hesabı ilə uduzan gənc şahmatçılarımız hazırda 17,5 xalla 5-ci yeri tutur. Azərbaycan komandası növbəti turda Ermənistanla qarşılaşacaq. Turnirdə hərəyə 20 xal toplamış Rusiya və Hindistan kollektivləri liderlik edirlər.

Paylaş:
Baxılıb: 1116 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30