Ana səhifə »  İdman »  Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatına çox böyük maraq var
A+   Yenilə  A-
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatına çox böyük maraq var

BMX üzrə dünya çempionatının İşçi Qrupunun rəhbəri, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərovun AZƏRTAC-a məxsusi müsahibəsi
Azərbaycan iyunun 5-9-da növbəti mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Dünyanın ən nüfuzlu turnirlərindən olan velosiped idmanının BMX növü üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü, velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov yarışlarla bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Sahib müəllim, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan tanınmış idman ölkəsidir. Azərbaycanın idman ölkəsinə çevrilməsində burada keçirilən mötəbər idman tədbirlərinin də rolu böyükdür. İyunun əvvəllərində keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatı, bu idman növü və onun Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycanda digər idman növləri kimi, velosiped idmanının inkişafı da son illər nəzərəçarpacaq dərəcədə sürətlənib, ölkəmizdə beynəlxalq təqvimlərə daxil edilmiş velosiped yarışları keçirilməyə başlanılıb. 2012-ci ildə Azərbaycan ilk dəfə 23 yaşınadək gənclər arasında velosiped idmanının şose növü üzrə beynəlxalq yarışa ev sahibliyi edib. 2013-cü ildən başlayaraq isə Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışı keçirilir.
BMX nisbətən yeni idman növüdür, 70-ci illərdən etibarən ABŞ-da inkişaf etməyə başlayıb, sonra digər qitələrə də yayılıb. Hazırda ən baxımlı, ən çox tamaşaçı cəlb edən yarışlardan biridir.
İndiyə kimi ölkəmiz Olimpiya idman növü olan güləş, boks və bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Velosiped idmanının olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Bu çempionat böyük bir idman hadisəsi olmaqla yanaşı, Azərbaycanda turizmin inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edən tədbirdir. 60-a yaxın ölkənin idmançıları bu çempionatda iştirak etmək uğrunda mübarizə aparıblar.
BMX üzrə dünya çempionatının özəl xüsusiyyətlərindən biri də odur ki, bu yarışda uşaqlar və yeniyetmələr də iştirak edirlər. Bu günədək “Challange” qrupunda yarışacaq 1304 nəfər və “Elit” qrupunda yarışacaq 216 nəfər, ümumilikdə 1520 idmançı artıq qeydiyyatdan keçib. Onlardan 714 nəfəri 15 yaşa qədər idmançılardır. Təbii ki, yarışda iştirak edəcək yeniyetmə idmançılar Bakıya tək gəlməyəcək, valideynləri və ya qohumları tərəfindən müşayiət olunacaqlar. Bundan əlavə, dünya çempionatını izləmək üçün paytaxtımıza minlərlə turist gələcək. Onların Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə tanış olmaları üçün lazımi işlər görülüb. Əminik ki, həmişə olduğu kimi, bu dəfə də qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar.
Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişdi. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırıldı, maneələrin konfiqurasiyası dəyişdirildi. Bununla əlaqədar olaraq biz treki söküb yenidən tikməli olduq. Bu gün bizim stadionumuz çox gözəl, beynəlxalq standartlara tam cavab verən idman qurğusudur. Ötən ilin oktyabrında burada beynəlxalq test yarışları keçirildi. 2018-ci ilin əvvəlindən indiyədək Yaponiyadan, Avstraliyadan, Hollandiyadan, Fransadan, Almaniyadan və Rusiyadan komandalar Bakıya gələrək burada təlim-məşq toplanışları keçiriblər. Onların hamısı stadionumuzu, burada yaradılmış şəraiti çox yüksək qiymətləndirib.
- Yeri gəlmişkən, BMX stadionu nə üçün məhz bu ərazidə inşa olunub?
- Bunun öz tarixçəsi var. Stadionun inşa olunduğu Velopark Bakının üç əsas girişindən biri olan cənub-qərb girişində yerləşir. İndi çoxları bunu bilmir, əvvəllər bu ərazilərdə daş karxanaları olub. Stadionun yeri isə ən aşağı hissədə olduğundan ətraf dağlardan gələn yağış və qrunt suları burada toplanır və yay ayları istisna olmaqla bu ərazi həmişə bataqlıq olurdu. Külək əsəndə isə toz-duman qalxır və xoşagəlməz bir mənzərə yaranırdı.
Azərbaycanın hər bir guşəsinin, xüsusilə də paytaxt Bakının abadlaşdırılması üçün misilsiz işlər görmüş Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərinin əvvəllərində bu ərazidə park salınması barədə qərar verdi. Qanlı göldən bura su çəkildi, Badamdar tərəfdəki yüksəklikdə böyük su çənləri qoyuldu, oradan da su öz axarı ilə borular vasitəsilə aşağı hissəyə yönləndirilərək suvarma üçün istifadə edildi. Onu da vurğulamaq istərdim ki, bu işlər dövlət vəsaiti ayrılmadan iməcilik yolu ilə həyata keçirilirdi və Heydər Əliyevin özü də bu iməciliklərdə şəxsən iştirak edərək nümunə göstərirdi. Biz arxivlərdən ölkənin birinci şəxsinin iştirak etdiyi bu iməciliklərin unikal video materiallarını əldə etmişik və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəsmi internet səhifəsində (www.azvif.az) yerləşdirmişik. 50 il əvvəl Heydər Əliyevin öz əlləri ilə əkdiyi şam və zeytun ağacları bu gün də ərazidə qalmaqdadır. Həmin ağacların yanındakı, üstündə kiril əlifbası ilə onun kim tərəfindən əkildiyini göstərən lövhələri biz bu gün də qoruyub saxlayırıq.
Lakin çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində bu park baxımsız qaldı, ağaclar suvarılmadığından onların çoxu qurudu. Ərazi ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunaraq hasarlandı, burada evlər tikilməyə başlandı.
2005-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əraziyə gələrək buradakı qanunsuz tikililərin ləğv olunması barədə göstəriş verdi və yalnız bundan sonra həmin ərazidəki qanunsuzluqların qarşısı alındı.
2013-cü ildə biz bu ərazinin baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim olunması xahişi ilə ölkə başçısına müraciət etdik və O bizi dəstəklədi. Ötən 5 il ərzində federasiyanın təşkilatçılığı ilə burada gözəl bir Velopark yaradılıb. Velosiped yolları salınıb, parkda 100 mindən çox ağac və gül kolu əkilib, əraziyə su çəkilib, damcı üsulu ilə suvarma və drenaj sistemləri qurulub. Fürsətdən istifadə edərək, mən bizə bu imkanı yaratmış dövlətimizin başçısına və bu işdə bizə yardımçı olanların hamısına öz minnətdarlığımı bildirirəm.
- Azərbaycanın təbliği və tanıdılması baxımından bu dünya çempionatı nə kimi rol oynayacaq? Çempionatın gedişi hansı xarici KİV-lərdə, televiziyalarda işıqlandırılacaq?
- Ölkənin tanıdılması və təbliği baxımından velosiped idmanı Formula-1 yarışlarından sonra ikinci yerdədir. Qeyd etmək kifayətdir ki, ötən il “Tour d’Azerbaidjan” yarışını dünyanın 56 ölkəsində 72 telekanal vasitəsilə 32 milyon insan izləmişdi. Saytları və sosial şəbəkələri də nəzərə alsaq, izləyicilərin sayı daha çoxdur. Bakıda keçiriləcək BMX üzrə dünya çempionatı bir çox ölkələrdə, o cümlədən Azərbaycanda müxtəlif telekanallar vasitəsilə canlı olaraq yayımlanacaq. Tədbiri işıqlandırmaq üçün çoxlu sayda xarici jurnalist Bakıya gələcək və artıq onların akkreditasiyası bitmək üzrədir. Çəkilişləri isə yerli şirkət olan Bakı Media Mərkəzi həyata keçirəcək.
Ölkənin tanıdılması üçün yarış günlərində Velopark ərazisində konsertlər və ekskursiyalar, digər mədəni-kütləvi tədbirlər keçiriləcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının, eyni zamanda bu çempionatın simvolu olan Qız Qalasının müxtəlif ölkələrin rəssamları tərəfindən işlənilmiş maketlərinin və ceyran fiqurlarının sərgisi təşkil ediləcək. Qonaqlar Azərbaycan mətbəxinin təamlarını dada biləcək, milli adət-ənənələrimizlə də tanış olacaqlar.
Paytaxtımızdakı teatrlar, konsert salonları repertuarlarını bu tədbirə uyğunlaşdıracaqlar. Müxtəlif ekskursiyalar təşkil olunacaq, idmançılara, turistlərə, qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi haqqında öz biliklərini genişləndirmək üçün şərait yaradılacaq.
- Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib. Bu nə ilə bağlıdır?
- Azərbaycanda nəsli kəsilməkdə olan beş heyvan növü müəyyən olunub. Onlardan biri də Qafqaz bəbiridir. Bununla bağlı bir neçə ildir ki, ölkəmizdə ciddi işlər aparılır. 2014-cü ildə Bakıda Qafqaz bəbirinə həsr olunmuş beynəlxalq Sammit də keçirilib. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva bu istiqamətdə çox faydalı işlər görür.
Qafqaz bəbirinin talisman seçilməsi təsadüfü deyil. Onun bu idman növü ilə oxşarlığı var. Qafqaz bəbiri sürət, cəldlik rəmzidir. BMX idman növündə də qələbəni məhz sürət və cəldlik təmin edir.
- Dünya çempionatlarına ev sahibliyi etmək istəyən ölkələr çoxdur, böyük rəqabət var. Ev sahibliyi etməyə 3-4 il əvvəlcədən namizədlik irəli sürülür və seçim aparılır. Necə oldu ki, builki çempionatı keçirmək hüququ Azərbaycana verildi?
- Azərbaycana dünya çempionatının keçirilməsinin həvalə olunması əsasən ölkəmizdə yaradılmış idman infrastrukturu və beynəlxalq idman tədbirlərinin təşkilində ölkəmizin böyük təcrübəsi ilə bağlıdır. 2015-ci ildə birinci Avropa Oyunlarında iştirak edən beynəlxalq və Avropa Velosipedçilər İttifaqlarının rəhbərləri burada yaradılmış bazanı, dövlətin və şəxsən Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını gördülər və 2018-ci ildə BMX üzrə dünya çempionatının Bakıda keçirilməsi barədə təşəbbüslə çıxış etdilər. Dövlətimizin başçısı bu təşəbbüsü dəstəklədi, bundan sonra hazırlıq işlərinə başlanıldı.
2017-ci il noyabrın 15-də Prezident İlham Əliyev yarışın keçirilməsi ilə bağlı Sərəncam imzaladı və Təşkilat Komitəsi yaradıldı. Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi və aparıcı nazirliklərin, eləcə də aidiyyəti dövlət qurumlarının və idman təşkilatlarının nümayəndələrinin daxil edildiyi bu Komitənin köməyi və dəstəyi ilə artıq çempionata hazırlıq işləri yekunlaşmaq üzrədir.
- Çempionatın başlanmasına bir həftə vaxt qalıb. Bakı BMX üzrə dünya çempionatına hazırdırmı?
- Bəli, stadionumuz bu yarışların keçirilməsi üçün tam hazır vəziyyətdədir. Təşkilati işlər də artıq başa çatmaq üzrədir. Keçən il ABŞ-da keçirilmiş əvvəlki dünya çempionatında estafeti qəbul etdikdən sonra idmançıların yarışa gəlmələrini stimullaşdırmaq məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı təbliğat-təşviqat kampaniyası aparılıb. Çempionatın rəsmi internet səhifəsi, sosial şəbəkələr vasitəsilə aparılan işləri xüsusi qeyd etmək lazımdır. Bu gün tam əminliklə demək olar ki, Bakıdakı dünya çempionatına maraq olduqca böyükdür. Bir misal çəkim: iki ay əvvəl mən stadionda Sankt-Peterburq dövlət nömrə nişanlı bir avtobus və məşq edən xeyli sayda uşaq gördüm. Söhbət əsnasında məlum oldu ki, onlar “Challenge” yaş qrupunda yarışacaq yeniyetmələrdir. Valideynlər öz hesablarına avtobus kirayələyərək uşaqlarını Bakıya gətiriblər və burada təlim-məşq toplanışı təşkil ediblər.
Yarışları canlı olaraq izləmək istəyənlər biletləri www.iticket.az saytı vasitəsilə elektron qaydada, yaxud Veloparka gələrək bilavasitə stadionun girişində fəaliyyət göstərəcək kassadan ala bilərlər.
Veloparkda təşkil olunan istirahət və əyləncə zonasına giriş isə pulsuz olacaq. Veloparka ictimai nəqliyyatla gəlmək istəyənlər 125 və 205 nömrəli marşrut avtobuslarının, habelə Azneft Meydanı - Velopark marşrutu ilə işləyəcək, xüsusi olaraq ayrılacaq avtobusların xidmətlərindən istifadə edə biləcəklər.
Veloparka gələn hər kəs 5 gün ərzində, iyun ayının 5-dən 9-dək həm idman yarışlarını izləyə biləcək, həm də bu gözəl parkda onlar üçün yaradılmış şəraitdən yararlanaraq dincələ biləcəklər.
“Challange” yarışları iyunun 5-7-də səhər saat 09:30-dan axşam saatlarına qədər keçiriləcək. “Elit” qrupunda yarışlar isə iyunun 8-9-da axşam saat 20:30-dan 23:00-dək davam edəcək.
Biz bütün bakılıları və şəhərimizin qonaqlarını bu gözəl məkanda keçiriləcək möhtəşəm idman bayramına dəvət edirik.

 
  • Oxunub:  9000  |  
  • Tarix:  31-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA