Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Noha Abuşabana: Gələn il Bakıda keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirəm

Noha Abuşabana: Gələn il Bakıda keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirəm

04.12.2018 [10:28]

Bakıda gimnastika üzrə irimiqyaslı yarışların təşkili idmanın bu növünün təkcə Avropada deyil, bütün dünyada inkişafına təkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki Komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.
Vitse-prezident bildirib ki, Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresində seçki proseduruna dəyişikliklər, yeni ölkələrin quruma üzv olması, növbəti konqresin yeri, həmçinin maliyyə məsələləri müzakirə olunur. Ümidvaram ki, qəbul olunacaq qərarlar gimnastikanın daha da populyarlaşmasına xidmət edəcək.
“Gələn il Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Hamı kimi mən də, çempionatı səbirsizliklə gözləyirəm. Həmin çempionatda dünyanın ən güclü gimnastları güclərini nümayiş etdirəcəklər. İndidən deyim ki, bizi maraqlı və həyəcanlı bir yarış gözləyir”, - deyə Noha Abuşabana söyləyib.
Qeyd edək ki, FIG-nin Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Paylaş:
Baxılıb: 1037 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31