Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Londonlu azarkeş: Azərbaycan paytaxtı final oyunu üçün çox yaxşı məkandır

Londonlu azarkeş: Azərbaycan paytaxtı final oyunu üçün çox yaxşı məkandır

30.05.2019 [09:55]

Əvvəllər Bakı haqqında eşitməmişdim. Gəlib gördüm ki, insanları qonaqpərvər, tolerant və mehribandır. Möhtəşəm binalarını və arxitekturasını çox bəyəndim. Hava da gözəldir. Bakı çox xoşuma gəldi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn Londonun “Arsenal” komandasının azarkeşi Moeketsi Mosoll səsləndirib.
Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalında iştirak edən ingiltərəli turist deyib: “Londonun “Arsenal” komandasının azarkeşiyəm. Final matçında onun şansını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, “Arsenal” qalib gələcək”.
Moeketsi Mosoll qeyd edib ki, Bakıda ən çox xoşladığı yer şəhərin mərkəzi hissələri, Dənizkənarı Milli Parkdır. O, Azərbaycan yeməklərini çox bəyənib. Deyir ki, Bakı sakit, təhlükəsiz şəhərdir. “Eşitdiyimə görə, ölkəniz bir çox idman yarışlarına uğurla ev sahibliyi edib. Hesab edirəm ki, bu final oyunundan sonra futbol Azərbaycanda daha da populyarlaşacaq. Azərbaycan paytaxtı final oyunu üçün ən doğru seçim və çox yaxşı məkandır”, - deyə londonlu azarkeş vurğulayıb.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30