Ana səhifə »  İdman »  Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib
A+   Yenilə  A-
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib

Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.
İştirakçılar əvvəlcə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotomüxbiri İlqar Cəfərovun paralimpiyaçılarımızın uğurlarından bəhs edən fotolarından ibarət stendə baxıblar.
Tədbirdə “Yenilməzlər”in loqosu təqdim olunub. İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.
Tədbirdə fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanan tanınmış şəxslər həyat hekayələrini tamaşaçılarla bölüşüblər.
“Yenilməzlər”in ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi olub.
Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə, bütün dünyada əlil idmanının və paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verib. O məmnunluqla qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, azərbaycanlı paralimpiyaçılar beynəlxalq arenada uğurla çıxış edirlər. İdmançılar əldə etdikləri nailiyyətlərlə paralimpiya hərəkatının inkişafına da mühüm töhfələr verirlər.
Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar. Azərbaycan Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində onun xüsusi xidmətləri var. Mütəxəssis hazırda bu missiyanı davam etdirir. O, Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısının 2016-cı il fevralın 2-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Entoni Seynsburi dünyada paralimpiya hərəkatının geniş vüsət aldığını, əlil insanların idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edib.
Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri xanım Muniba Mazari olub. Pakistanın “dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və digər stiqmaları dəf edən Muniba Mazari dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. O, BBC tərəfindən dünyanın 100 güclü qadını, “Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu şəxs siyahısında yer alıb.
Muniba Mazari fiziki imkanları məhdud şəxsləri, xüsusilə də qadınları daha güclü olmağa çağırıb. Bildirib ki, əlilliyi olan insanlar cəmiyyətdən təcrid edilməməlidirlər. Onlar özlərinə inanmalı, sahib olduqlarını və əldə etdiklərini digərlərinə ötürməlidirlər.
Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olub. Onun hərbi xidmət zamanı düşmən gülləsinə tuş gəlməsi nəticəsində görmə qabiliyyətini itirməsinə baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdirilib. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alıb.
Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyev ilə eyni səhnəni bölüşüb. Oleq Kretsulun bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər yüksələ bilib.
Tədbirdə ölkəmizdə jestika ilə ilk “vine” çəkən Mahmud Səfərov “Mahmudun dünyası” tamaşasını təqdim edib. Onun çıxışı fiziki məhdudiyyətinə baxmayaraq, uğur qazanan insanlara həsr olunub.
BP-nin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı şirkətin fəaliyyət göstərdiyi ölkələrdə korporativ sosial məsuliyyət dəyərlərinə böyük önəm verdiyini vurğulayıb. Bildirib ki, BP Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin tərəfdaşıdır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək deyib: “Xoşbəxtlik əllərdə və ayaqlarda deyil. Əsas odur ki, insanın həyat sevgisi tükənməsin. Çünki məhz sevgi insanları həyata bağlayan və ona uğur qazandıran məfhumdur”.
Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində “Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.

 
  • Oxunub:  11850  |  
  • Tarix:  14-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA