Ana səhifə »  İdman »  Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
A+   Yenilə  A-
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı və qarşıdakı hədəflər barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Sahib müəllim, ilk növbədə, sizi Azərbaycanın şose velosipedi üzrə yığma komandasının “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibətilə təbrik edirik. Əvvəlki illərlə müqayisədə bu dəfə lisenziyanın qazanılması prosesində hər hansı dəyişikliklər var idimi?
- Təbrikinizə görə çox sağ olun. Təbii ki, Tokioya yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibində velosipedçimizin də olacağından qürur hissi keçiririk. Bu lisenziyanı qazanmaq əvvəlki illərlə müqayisədə daha çətin oldu. Məsələ burasındadır ki, əgər “Rio-2016” Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi yarışında 150 idmançı çıxış etmişdisə, Tokioda cəmi 130 şose velosipedçisi olacaq. İştirakçı sayının 20 nəfər azalması təbii ki, mübarizəni daha da gərginləşdirdi. Olimpiadaya lisenziya xalları verən yarışlar ötən ilin oktyabrından başlamaqla bir il davam etdi və bu müddət ərzində Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) üzv olan 196 milli federasiyadan 115-i bu yarışlara qatıldı. Reqlamentə görə dünya reytinqinin ilk 50 pilləsində qərarlaşan ölkələr arzuolunan lisenziyalara sahib çıxa bilərdilər. Yığma komandamızın üzvləri Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədov baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda 894 xal toplaya bildilər və komandamız dünya reytinq cədvəlində 44-cü pillədə qərarlaşaraq “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu federasiyamız üçün çox böyük uğurdur. Fürsətdən istifadə edərək həmişə olduğu kimi, bu məsələdə də bizə dəstək verən Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və bütün velosiped həvəskarlarına dərin minnətdarlığımı bildirmək istərdim.
- İdmançıların adlarını çəkən zaman bir məqam diqqətdən yayınmadı. Görünən qədərilə “London-2012” və “Rio-2016” Yay Olimpiya Oyunlarından fərqli olaraq bu dəfə dördilliyin zirvə yarışında dəvət olunmuş legioner idmançı ilə deyil, Azərbaycan velosiped məktəbinin yetirməsi ilə təmsil olunacağıq.
- Bəli, hazırda yığma komandamızın üzvlərinin hamısı azərbaycanlıdır, öz velosiped məktəbimizin yetirmələridir. Təbii ki, ilk vaxtlar biz kənardan dəvət olunmuş velosipedçilərin xidmətindən istifadə etməyə məcbur idik və inkişafa başladığımız ilk illərdə bu tamamilə normal idi. Amma illər ötdükcə, görülən işlərin nəticəsi olaraq öz yetirmələrimiz də yüksək nəticələr göstərməyə başladılar. Biz onların bir neçəsinin dünyanın tanınmış kontinental komandalarının tərkibinə salınmasına, habelə Beynəlxalq Velosipedçilər İttifaqının İsveçrədəki Dünya Velosiped Mərkəzində təlimlərə cəlb olunaraq təcrübə qazanmalarına nail ola bildik və nəticələr də özünü çox gözlətmədi. Həqiqətən də velosiped idmanında bu, bizim ilk milli Olimpiya lisenziyamızdır və son illər qarşılaşdığımız bəzi çətinliklərə rəğmən belə nəticəyə nail olmağımız bizi çox sevindirir.
- Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsinin 7 üzvündən biri kimi qısaca olaraq oxucularımıza beynəlxalq qurumlarda velosiped idmanının daha da inkişaf etdirilməsi istiqamətində hansı işlər həyata keçirildiyi barədə məlumat verərdiniz.
- Hazırda Avropa Velosipedçilər Birliyinin Direktorlar Komitəsində 50 ölkə tərəfindən seçilmiş, İsveçrədən olan federasiya prezidenti, Böyük Britaniya, Almaniya, Danimarka, Rusiya, Polşa ilə yanaşı, Azərbaycan da təmsil olunur və bu Avropada velosiped idmanının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilərkən bizim ölkəmizin də mövqeyinin nəzərə alınması böyük əhəmiyyət daşıyır. Bir neçə gün bundan əvvəl İtaliyada Avropa və Beynəlxalq Velosipedçilər Birliklərinin Direktorlar Komitələrinin birgə iclası keçirildi və həmin tədbirdə, sözün yaxşı mənasında, gərgin və səmərəli müzakirələr apardıq. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının bəzi nümayəndələrində velosiped idmanının peşəkarlaşdırılmasına yönəlmiş meyillər artmaqdadır və onların diqqəti daha çox yüksək kateqoriyalı turnirlərə, Dünya Turu səviyyəsində olan yarışlara yönəlib. Təbii ki, bu, reklam, marketinq, sponsor marağı və TV yayımdan əlavə gəlirlər cəlb edilməsi nöqteyi-nəzərindən başadüşülən addımdır. Amma Avropa Velosipedçilər Birliyinin mövqeyi belədir ki, yuxarıda qeyd olunan meyillər artarsa, digər kateqoriyalı yarışlara, xüsusilə də həvəskarlar arasında təşkil edilən turnirlərə olan böyük maraq azala bilər. Təkcə bir misalı diqqətinizə çatdırmaq istərdim. Birgə iclas ərəfəsində İtaliyada velo-kross üzrə Avropa çempionatı keçirilirdi və bu yarışda peşəkarlarla yanaşı, həvəskarlar da iştirak edirdilər, 17 yaş qrupunda, həm kiçik yaşlı idmançıların, həm də yaşı 70-dək olan velosipedçilərin gərgin mübarizəsini izləmək olduqca maraqlı idi. Onu da qeyd etmək lazımdır ki, 400-ə yaxın həvəskar iştirakçının hər biri yarışa qatılmaq üçün 45 avro ödəniş etmişdi. Tamaşaçı marağı da olduqca yüksək idi və hər gün azarkeşlər 10 avrosundan keçməklə palçıqlı yollarda (həmin günlər yarış keçirilən bölgədə leysan yağışları yağırdı və Venesiya şəhəri suyun altında qalmışdı) onlara maraqlı mübarizə təklif edən həvəskarları böyük coşqu ilə izləyirdilər. Yəni, bu, bir daha göstərir ki, beynəlxalq idman qurumları təkcə peşəkarların deyil, həm də həvəskarların marağını nəzərə almalıdır. Digər tərəfdən, kütləvilik təmin olunmadan ancaq böyük idmanın inkişafı gələcəkdə problemlərə gətirib çıxara bilər.
- Qeyd etdiyiniz məsələlərlə bağlı, yəni velosipedin populyarlaşdırılması istiqamətində ölkəmizdə bu vaxta qədər görülən işlər sizi qane edirmi?
- Çox da uzağa getməsək belə, danılmaz faktdır ki, cəmi 10 il bundan qabaq küçələrimizdə velosiped sürən insanlara çox az rast gəlinirdi. Velosiped idmanının inkişafı ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2011-ci ildə verdiyi göstərişlərdən sonra ölkəmizdə bu sahədə də ciddi dəyişikliklər baş verməyə başladı. Ölkəmizin tarixində ilk dəfə 2012-ci ildə 23 yaşadək gənclər arasında beynəlxalq velosiped yarışı keçirildi. Növbəti il “Tour d’Azerbaidjan” beynəlxalq veloturu təşkil edildi və bu yarışın Azərbaycanın dünyada tanıdılması və ölkəmizdə velosiped mədəniyyətinin formalaşmasında böyük rolu oldu. Ardıcıl beş il ərzində keçirilən bu yarış Azərbaycanda velosipedə marağı artırmaqla yanaşı, ölkəmizi bütün dünyada bir velosiped ölkəsi kimi də tanıtdırdı. 2018-ci ildə Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirildi ki, bunun özü də çox böyük uğurdur. Ölkədə velosiped yollarının çəkilməsi prosesi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Dövlət Proqramına salınıb və bu istiqamətdə işlər görülməyə başlayıb. Yəni, bütün bunlar hamısı bir-biri ilə sıx əlaqəlidir.
- 2019-cu il artıq başa çatır. Gələn il üçün əsas planlarınız nədən ibarət olacaq?
- İlk növbədə, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün hazırlıq prosesinə ciddi diqqət yetiririk. Hazırda gələn il üçün yarışların təqvimi hazırlanır və idmançılarımızı həm ölkədaxili, həm də beynəlxalq yarışlara hazırlamaq üçün lazımi işləri görürük. Kütləviliyin təmin edilməsinə nail olmaq gələn il üçün də başlıca məqsədimiz olacaq. Çalışacağıq ki, velosiped sürmək insanlarımızın həyat tərzinə çevrilsin.

 
  • Oxunub:  10200  |  
  • Tarix:  23-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0