Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda genişzolaqlı internetə çıxış imkanı 74 faiz təşkil edir

Azərbaycanda genişzolaqlı internetə çıxış imkanı 74 faiz təşkil edir

15.04.2024 [10:40]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində cari ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub.

Nazirlikdən bildirilib ki, bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74 faizini təşkil edir.

Layihəyə əsasən, cari ilin ilk üç ayı ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Bu, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5 faizini təşkil edir.

Layihə çərçivəsində ölkədə dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə genişzolaqlı şəbəkə qurulacaq.

Hazırda şəhər və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Bu texnologiya üzərindən vətəndaşlar istər təkcə telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Qeyd edək ki, sözügedən layihə üzrə görülən işlərin bu ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ruhun qidası...

27 Aprel 11:35

Sosial

Ədəbiyyat

Siyasət

8-ci qətnamə

27 Aprel 11:10

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30