Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Neftçilər Günündə “Neft və təsviri sənət” kitab-albomunun təqdimatı keçirilib

Neftçilər Günündə “Neft və təsviri sənət” kitab-albomunun təqdimatı keçirilib

21.09.2012 [17:02]

Dünən Neftçilər Günü ilə əlaqədar tədbirlər çərçivəsində Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və “Statoil Abşeron” şirkətinin birgə layihəsi olan “Neft və təsviri sənət” kitab-albomunun təqdimatı keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, qocaman neftçilər, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.
Neftçilər Günü münasibətilə iştirakçıları təbrik edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar apararaq 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasına nail ola bilib ki, bununla da yeni neft strategiyasının əsası qoyulub. Bu strategiya Azərbaycanın həyatında olduqca əhəmiyyətli rol oynayıb.
Peşə bayramları münasibətilə neftçiləri təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan neftçilərinin fədakarlığı, bacarığı və istedadı tükənməzdir.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov kitab-albomun ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edərək bildirib ki, Azərbaycan neftçilərinin ağır əməyi bu kitab-albomda boyakarlıq əsərləri ilə işıqlandırılıb və bu mövzu rəssamlarımızın sənətində həmişə geniş yer tutub.
“Statoil Abşeron” şirkətinin prezidenti Lars Sorensen Azərbaycan neftçilərinin peşə bayramı günündə iştirak etməkdən şərəf duyduğunu söyləyib.
Bayram tədbirində ABŞ-ın Ohaya ştatından gələn qonaqlar adından çıxış edən ştatın senatoru Con Adams Azərbaycan neftçilərini bu əlamətdar bayram münasibətilə təbrik edərək, əldə olunan uğurları yüksək qiymətləndirib.
Sonra senator Con Adams Ohaya ştatının bayrağının maketini ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə təqdim edib.
Tədbirdə ARDNŞ və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilmiş “İncəsənət enerjisi - ART energy” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Sonra Neftçilər Günü münasibətilə Dənizkənarı Milli Parkda konsert olmuşdur. Milli Parkda quraşdırılmış səhnədə Azərbaycanın incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Dənizkənarı Milli Parkda bayram gəzintisi və konsert gecədən xeyli keçənədək davam edib.
Paylaş:
Baxılıb: 1228 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31