Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Monteneqro Azərbaycan turistlərinin yolunu gözləyir

Monteneqro Azərbaycan turistlərinin yolunu gözləyir

14.05.2013 [12:37]

2013 ci ilin yayi üçün Azərbaycan turistlərinə təklif edilən yeni və maraqlı məkanlardan biri də Monteneqrodur

Sıx meşələrə, çaylara, eləcə də, əlverişli iqlimə malik olan Monteneqronu hələ qədim zamanlardan bir çox imperiyalar mənimsəmək istəmişlər. Elə bu səbəbdəndir ki, Monteneqro bu gün öz təbii və mədəni sərvətləri ilə fəxr edərək, öz qonaqpərvərliyini turistlərə  nümayiş etdirməkdədir.

Monteneqroya çatarkən bu yerin xüsusi atmosferini dərhal hiss edirsən. Otelə gedən yolda təbiətin gözəlliyindən təəccüblənməyə bilmirsən , hər döngəsində gözəl mənzərə adamı özünə valeh edir. Ölkənin ətrafını səyahət edərkən bir çox gözəl mənzərələrə rast gələcəksiniz. Onlardan başı uca dağları, yaşıl meşələri, geniş və təmiz çimərlikləri sizlər üçün bu ölkəni unudulmaz edəcəkdir.  Şam ağaclarının və dəniz havasının təmiz qoxusu ilə dolu havanı insan ləzzətlə dərindən içinə çəkir. Təmizlik – burada müqəddəs sözdü. Artıq 20 ildir ki, Monteneqroda təbiətin mühafizəsi üçün milli proqramlar uğurla  fəaliyyət göstərir. Monteneqrodakı bütün təşkilatlar  havanı n və suyun çirklənməməsi üçün müəyyən işlər aparırlar. Burada tikinti  işləri ciddi qaydalara uyğun olaraq həyata keçirilir. Bu səbəbdən də buradaki heyvanlar, quşlar, hətta  bitkilər belə özlərin sərbəst və rahat hiss edirlər. Monteneqronun mülayim iqlimi insanların xoş əhval-ruhiyyəsinə səbəb olur. Bu ölkənin nə sərt qışı,  nə də ki boğucu yayı olur.  Qış aylarında turistlər mərkəzi dağlıq rayonlarını ziyarət edirlər. Burada gözəl təbiət arasında milli parklardan başqa ucuz və rahat qış kurortları üçün terraslar da vardır. Yaz aylarının ortalarında Monteneqronun tarixi və görməli yerləri ilə taniş olmaq üçün turistlər gəlməyə tələsirlər.  Bu dövr ekskursiyalara getmək üçün ən əlverişlidir.Əllbəttə ki, yayda Monteneqroya turist axını daha çoxdur. Yay tətilləri üçün ən uyğun aylar iyun ayından sentyabr ayına kimidir.

Əslində, heç də təəccüblü deyil ki, bir çox turistlər yay tətillərində ,məhz, Monteneqroya üz tuturlar. Monteneqroya bir günlük səfər edənlər bu ölkəyə təkrarən sevə-sevə qayıdırlar. Adriatik dənizinin qumlu , kiçik daşlı sahilləri, mənzərəli yerləri heç bir turisti biganə  qoymur.  Lakin Monteneqro tək dənizləri ilə məşhur deyildir. Burada hər kəsin zövqü üçün əyləncələr tapılar : idman mərkəzləri, dəniz keyfi, diskotekalar, uşaq meydançaları, müxtəlif festivallar sizləri gözləyir. Həmçinin, vacib şərtlərdən biri də odur ki, Monteneqroda hər kəs öz cibinə uygun otellər tapa bilər.

Heç bir turist Monteneqroda raftinq kimi idman növündən imtina edə bilməz. Çünki Tara çayının kanyonu Kolorado çayının kanyonundan sonra dünyadaki ikinci böyük kanyondur və sözü gedən  kanyon UNESCO dunya mədəni irs siyahisinda yer almışdır. İstirahət üçün Monteneqronu  seçənlər  təhlükəsiz əyləncə üçün lazım olan hər şey ilə təmin olunurlar. Bu arada siz paraşutdan tullana , sörfinq dərsləri götürə , ova gedə bilərsiniz.

Əgər siz daha dinc əyləncələrə üstünlük verirsinizsə, folklor axşamları ideyası sizin üçün daha əlverişlidir. Bu fürsət, həm də, sizlərə Monteneqro ilə daha yaxından tanış olma və milli mətbəxin təamlarından dadmaq imkani verəcəkdir.

Monteneqroda bir masa!  Monteneqro qurman turistləri təəccübləndirməyi və sevindirməyi bacarır. Ölkədə  dəniz məhsulları bahalı deyil, həmin məhsullar  milli mətbəx komponentləri də sayılmır. Lakin ədviyyat və göyərti ilə quzu əti , tərəvəz və bütün növ ağ pendirlər  bu ölkənin milli mətbəxinin ləziz yeməklərindən sayılır.

Siz Monteneqroya  gedərkən  burada  dünyada da məşhur olan , günəş  şüaları  altında  qurudulmuş  vetçinanın  dadına  baxa  bilərsiz.  Bu ölkənin hansı tərəfinə getsəniz belə , bütün süfrələrdə  sərvət və rifah rəmzi kimi çörəyi görəcəksiniz. Monteneqroda  xüsusi desertlər də hazırlanır.

Bu ölkədə  xüsusi  reseptlə  hazırlanan yerli  şərablar da vardır. Burada  şərab  xoşlayan  insanlara  üzümdən hazırlanmış araqlar, xüsusi  brendlər təqdim olunur. Monteneqronun  öz  ətirli qəhvəsi  ilə qonşu  ölkələrdən seçilir.

Gördüyü kimi , Monteneqroda  istirahət darıxdırıcı olmayacaq. Xoş xatirələr, gözəl şəkillər və  böyük  emosiya  sizin  yaddaşınızda  əbədi  qalacaqdır.

19 iyundan  etibarən  «FlyMontenegro» Monteneqroya  birbaşa həftəlik nizami uçuşlara  başlayır. 

 

Əgər  siz  Monteneqroya  səyahət  etməyə qərar verdinizsə , o zaman “Millennium Tourism & Congress  DMC”şirkətinə müraciət etməyə tələsin!

  

Ünvan: AZ1001, Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi  12/14

Tel:012 497 54 00

Mob: 070 221 90 64

Paylaş:
Baxılıb: 1270 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31