Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan iqtisadi cəhətdən azad ölkədir

Azərbaycan iqtisadi cəhətdən azad ölkədir

18.01.2014 [08:51]

“İqtisadi Azadlıq İndeksi - 2014”: Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlayıb
Hazırda Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik olan ölkələrindən biridir. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. İqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olub. Xüsusilə qeyri-neft sektoru üzrə ixracın dinamik artımı ölkədə liberal biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini göstərir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın nəinki regionun, dünyanın dinamik inkişaf edən ölkəsi kimi nüfuzunu artırıb. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2013-cü ili bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf göstəriciləri ilə başa vurmasına səbəb olub. Belə ki, 2013-cü ildə Azərbaycanda böyük layihələr icra edilib, ümumi daxili məhsul təxminən 6 faiz artıb ki, bu da dünya səviyyəsində böyük nəticə hesab olunur. Ötən il Azərbaycanın qeyri-neft sektoru 9,8 faiz artıb, il ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub.
Heç də təsadüfi deyildir ki, dünyanın aparıcı iqtisadi və maliyyə qurumları Azərbaycanın uğurlarına biganə qalmırlar. Belə ki, Azərbaycanın iqtisadi sahədə qazandığı bu nailiyyətlər, eləcə də ölkədə həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Artıq 5 ildir ki, Azərbaycan MDB dövlətləri arasında öz iqtisadi liderliyini qoruyub saxlayır. Bütün hesabatlarda ölkəmiz öncül mövqelərdə dayanır. Məsələn, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib, BMT İnkişaf Proqramının müvafiq hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna daxil olub. “Moodys”, “Fitch Ratings”, “Standard&Poors” kimi beynəlxalq reytinq agentliklərinin tədqiqatları isə göstərir ki, Azərbaycanın kredit reytinqi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dünya İqtisadi Forumunun ictimaiyyətə təqdim etdiyi 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”nda bildirilir ki, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləyib, 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb.
Artıq vaxtilə Azərbaycanı tənqid edən qurumlar da ölkəmizin iqtisadi inkişaf sahəsində qazandığı uğurları etiraf etmək məcburiyyətindədirlər. ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi - 2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb. Buna səbəb kimi maliyyə idarəçiliyi və mülkiyyət hüququ məsələlərində irəliləyişlərin əldə olunduğu göstərilir.
Hesabatda dövlət borcunun aşağı səviyyədə olduğu xüsusi vurğulanıb. Həmçinin, dövlət xərcləri, vergi, biznes, əmək, monetar, ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti ilə bağlı olduqca pozitiv nəticələr nümayiş etdirildiyi qeyd olunub.
Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında 13-cü yeri tutub. Lakin Azərbaycanın orta xalı orta regional və qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə İtaliya, Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri qabaqlayıb.
Hesabatda deyilir ki, son illər Azərbaycanda iqtisadi azadlıqlar kifayət qədər genişlənib. Ardıcıl şəkildə həyata keçirilən silsilə xarakterli böyük islahatlar nəticəsində Azərbaycan orta azad ölkələr sırasına daxil olub. Əgər reytinqdə 10 xallıq irəliləmə 9 ölkədən 10-u üçün yaxşı nəticə hesab olunarsa, Azərbaycan ümumi iqtisadi azadlıq səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq hər bir ölkə üçün ən yaxşı göstərici sayıla biləcək nəticə əldə edib.
Hesabatda qeyd olunur ki, “Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda biznesə başlamağı tam sadələşdirib. Bunun üçün zəruri prosedurların sayı 6-ya endirilib, minimal kapital isə tələb olunmur.
Hesabatda həm də qeyd olunub ki, son illər neft və qaz hasilatı, tikinti sektoru və iqtisadiyyata özəl investisiyalar artıb. 2012-ci ilin iyununda Azərbaycan və Türkiyə Avropanın Rusiya qazından asılılığını azaldacaq strateji əhəmiyyətli TANAP layihəsini təsdiq ediblər.
Xatırladaq ki, 2013-cü il oktyabrın 29-da açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2014” hesabatında Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib. Bununla yanaşı, “Doing Business 2014” hesabatında deyilir ki, Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan “Doing Business 2014” hesabatında 2012-2013-cü illərdə 3 islahat (“biznesə başlama”, “tikinti üçün icazələrin alınması” və “beynəlxalq ticarət” sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilib.
Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Bütün bu uğurlar liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və bu, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir.
SEVİNC

Paylaş:
Baxılıb: 1021 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30