Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan-Malayziya biznes forumu keçirilib

Azərbaycan-Malayziya biznes forumu keçirilib

13.09.2014 [11:01]

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 12-də Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə biznes forum keçirilib.
Malayziyanın beynəlxalq ticarət və sənaye nazirinin müavini Datuk Hamim Samuri forumu açaraq Azərbaycan ilə Malayziya arasında işgüzar əlaqələrin inkişafında bu tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində rolunu qeyd edib. O, Malayziyanın Baş nazirinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına önəmli töhfə verəcəyini bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Malayziya arasında imzalanması nəzərdə tutulan 17 sənəd üzərində hazırda iş aparılır. Ş.Mustafayev iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Bildirib ki, ölkələrimizin iş adamlarının əlaqələrinin genişləndirilməsi Azərbaycan-Malayziya iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətli rol oynayacaq.
Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, dünyada baş verən maliyyə-iqtisadi böhranın fonunda Azərbaycanın qazandığı uğurları yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Malayziyanın “Sapura Kencana Petroleum Berhad” şirkətinin prezidenti Seri Şaril Şamsudin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və başqaları ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün mövcud imkanlardan danışıblar.
Biznes forumda hər iki ölkənin şirkətlərinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan ilə Malayziya arasında iqtisadi əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30