Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub

Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub

19.11.2015 [10:19]

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda fondun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunub.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, iclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərə dair Neft Fondunun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirlərinin 6 711 564,1 min manat, xərclərinin 8 261 399,7 min manat, o cümlədən fondun idarə edilməsi ilə bağlı xərclərinin 24 420,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq ARDNF-in 2016-cı il büdcə layihəsi, o cümlədən fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
Bununla yanaşı iclasda Dövlət Neft Fondunun mühasibat sisteminin “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların”dan “Maliyyə Hesabatlarının Beynəlxalq Standardları”na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab olunub.

Paylaş:
Baxılıb: 934 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30