Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / AİB-in missiyası ilə görüşdə iqtisadi islahatlar üzrə məsələlər müzakirə olunub

AİB-in missiyası ilə görüşdə iqtisadi islahatlar üzrə məsələlər müzakirə olunub

09.02.2016 [09:46]

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov fevralın 5-də Asiya İnkişaf Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bankın Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən xanım Keti Culianın başçılıq etdiyi missiya ilə görüşdə ümumi makroiqtisadi vəziyyətin təhlili, makroiqtisadi sabitliyin qorunması istiqamətində islahatların müəyyən edilməsi, dövlətin iqtisadi islahatlarla əlaqədar orta və uzunmüddətli planları ilə bağlı məsələlər müzakirə olunub.
Natiq Əmirov bildirib ki, ölkədə iqtisadiyyatın dinamik inkişafı və maliyyə sistemində dayanıqlılığın təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prinsipial siyasətin tərkib hissəsidir.
Xanım Keti Culian qarşıdan gələn dövrdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa ümid etdiklərini, ölkəmizdə həyata keçirilən ciddi iqtisadi və struktur islahatlarını dəstəklədiklərini və bu istiqamətdə mövcud imkanlar çərçivəsində lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.

Paylaş:
Baxılıb: 927 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30