Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakıda ICAO-nun uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir

Bakıda ICAO-nun uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir

06.10.2017 [09:53]

Bakıda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun onuncu müşavirəsi keçirilir.
Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda 15 ölkədən, eyni zamanda, beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, EUROCONTROL) 65-ə yaxın mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları - “Boeing” və “Airbus”un nümayəndələri iştirak edir.
Müşavirənin işi çərçivəsində ilk günləri taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktiki seminarlar keçirilib.
Konfransın ilk günlərinin yekunlarına əsasən, qrupun işinin nəticələri bəyənilib və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılıb.
Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, EUROCONTROL-un nümayəndələri və digər rəsmi şəxslər məruzə ilə çıxış ediblər.
Müşavirə işini oktyabrın 6-da başa çatdıracaq.
IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılıb. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. Hazırda belə tədbirlər regional və beynəlxalq təşkilatların, tənzimləyici orqanların, aviaşirkətlərin və hava gəmiləri istehsalçılarının birgə səyləri ilə həyata keçirilir.

Paylaş:
Baxılıb: 613 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30