Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Şopinq festivalları Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək”

“Şopinq festivalları Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərəcək”

17.10.2017 [10:14]

Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumunun Proqram Şurasının sədri, forumun ilk təsisçilərindən biri Ziqmunt Berdıçovski əmindir ki, Bakı Şopinq Festival (Baku Shopping Festival) birmənalı olaraq, Azərbaycana turist səfərlərinin artmasına səbəb olacaq. Bakushopfest.com saytına müsahibəsində cənab Berdıçovski qeyd edib ki, bu festival sayəsində turist artımı təkcə Azərbaycanda yox, qonşu Gürcüstanda da hiss olunacaq.
Z.Berdıçovski festivalın kiçik və orta sahibkarlığın da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib: “Məhz bu sahələr ölkədəki iqtisadi artımın əsasını təşkil etməli və ümummilli gəlirin formalaşmasında vacib rol oynamalıdırlar”.
Cənab Berdıçovski etiraf edir ki, bu layihənin tam effektli olması üçün zamana ehtiyac var. Misal olaraq, o, hazırda rəhbərlik etdiyi Krinisa İqtisadi Forumunun tarixini göstərib: “1991-ci ildə mən Krinisa İqtisadi Forumunu yaradanda forum cəmi 100 nəfəri toplaya bilirdi. İndi isə forumu dünyanın ən müxtəlif bölgələrindən 4500-ə yaxın iştirakçı ziyarət edir”.
Amma o, əmindir ki, Bakı Şopinq Festivalının inkişaf etməsi üçün Krinisa forumundan daha az vaxt tələb olunur. İndiyədək Bakıda “Avroviziya” və “Formula-1” kimi mötəbər yarışların yüksək səviyyədə təşkil edildiyini deyən Z.Berdıçovski Azərbaycanı regionda sürətlə inkişaf edən ölkə adlandırıb: “Bununla yanaşı, Azərbaycan başqa mədəniyyətlər, xalqlar, konvessiyalar üçün də açıq, tolerant ölkədir. Bu ölkədə istənilən şəxs özünü təhlükəsizlikdə hiss edir”.
Xatırladaq ki, cənab Berdıçovskinin təsisçisi olduğu Polşanın Krinisa şəhərində keçirilən Krinisa İqtisadi Forumu Davosdan sonra Avropanın ən böyük iqtisadi forumlarından biri hesab edilir. İştirakçılar arasında bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq transmilli şirkətlərin rəhbərləri və menecerləri, beynəlxalq aləmdə tanınmış biznesmenlər və ictimai xadimlər olur.

Paylaş:
Baxılıb: 629 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30