/ / Dünya İqtisadi Forumu: Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır
Dünya İqtisadi Forumu: Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır
16.01.2018 [10:14]
Azərbaycan Davos İqtisadi Forumunun son hesabatında “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü, bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır
Son 14 ildə Azərbaycanın milli gücünü artıran, sosial-iqtisadi sahədə uğurlar qazanmasını təmin edən, həmçinin yeni şəraitdə qlobal risklərə dayanıqlığını şərtləndirən fundamental amillər sırasında cəmiyyətin monolitliyi xüsusi yer tutur. Tarixi təcrübə də göstərir ki, ideoloji həmrəyliyə malik olan, iqtidar-xalq birliyi yüksək səviyyədə təmin edilən ölkələr qarşıya qoyulan bütün hədəflərə müvəffəqiyyətlə çatırlar. Bu mənada bütün dünyada yeni inkişaf modeli kimi qəbul edilən Azərbaycanın nümunəsi daha xarakterikdir.
Xalq-iqtidar birliyinin yüksək səviyyədə olması ölkəmizin uğurlu inkişafını şərtləndirən əsas amildir
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət sayəsində Azərbaycanın inkişafı o səviyyəyə çatıb ki, ölkəmizin uğurlarını nüfuzlu beynəlxalq reytinq agentlikləri də etiraf edirlər. Məsələn, təkcə son vaxtlarda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət veriblər. Respublikamızın hərtərəfli inkişafının beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin təsdiqi baxımından Davos Ümumdünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” xüsusilə xarakterikdir. Bəhs olunan hesabatda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”da Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Nüfuzlu Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyinin həmçinin “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə yaxşılaşması xüsusilə əlamətdar haldır. Bu son dərəcə mühüm kateqoriya üzrə respublikamız dünyada 137 ölkə arasında 20-ci yerə yüksəlib və “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır.
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin xalq tərəfindən dəstəklənməsinin, cəmiyyətin iqtidara yüksək inamının təsdiqi baxımından Azərbaycanın “Qlobal Rəqabətlilik Hesabatında” mövqeyini daha bir kateqoriya - “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə yaxşılaşdırması da diqqətəlayiq haldır. Bu kateqoriya üzrə respublikamız dünyada 15-ci yerdə qərarlaşıb. Bu, respublikamızın belə bir müsbət reallığını təsdiqləyir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır.
Azərbaycanda xalqın iradəsi ilə iqtidarın apardığı siyasət bir-birini uğurla tamamlayır
Nüfuzlu Davos İqtisadi Forumunun hesabatında respublikamızın mövqeyinin “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə yaxşılaşması birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə yüksək etimad mühitinin yaranması isə ilk növbədə xalqın iradəsi ilə iqtidarın apardığı siyasətin bir-birini tamamlaması ilə şərtlənir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində qeyd etdiyi kimi, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Ölkəmizi fəqləndirən o cəhətdir ki, Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir.
Son 14 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2017-ci ildə 30-dan çox rayona səfərə gedib və çoxlu sayda sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib, dəyərli tövsiyələrini verib, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib. Prezident İlham Əliyev iqtidar-xalq birliyinin bundan sonra da ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəyinə əminliyini bildirərək deyib: “Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.
Ölkədə sabitliyin, xalq-iqtidar həmrəyliyinin təmin edilməsi öz gözəl bəhrələrini verir. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Təkcə 2017-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM-nin 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır.
Dərinməzmunlu sosial siyasət xalqın iqtidara olan inamını daha da artırır
Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə respublikamızın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşması həm də aparılan dərinməzmunlu sosial siyasətlə bağlıdır. Ölkəmizdə sosial sfera dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. Bu istiqamətdə davamlı olaraq həyata keçirilən tədbirlər öz növbəsində xalqın iqtidara olan inamını daha da artırır.
Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə, 2017-ci ildə rekord sayda - 221 min yeni iş yeri yaradılıb ki, bu da əhalinin hökumətə etimadının daha da artmasına səbəb olub.
Yeri gəlmişkən, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib. Hesabata əsasən, Azərbaycanın mövqeyi həmçinin əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib.
Dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artması ölkədə vətəndaş məmnunluğunu təmin edir
Respublikamızda dövlət siyasətinə, ölkə rəhbərliyinə ictimai etimadın yüksəlməsi həm də vətədaş məmnunluğunun artması amili ilə bağlıdır. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq institusional islahatlar aparılır, dövlət xidmətinin keyfiyyətinin yüksəlməsinə, əlçatanlığının təmin edilməsinə yönələn tədbirlər reallaşdırılır ki, bu da vətəndaş məmnunluğunu artırır.
Prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə respublikamızda ictimai xidmət sahəsində mühüm yeniliyin əsası qoyulub. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri vətəndaşlara müxtəlif hüquqi xidmətlər göstərilməsi sahəsində şəffaflığın təmin edilməsinin Azərbaycan modeli hesab olunur. Cari ildə İmişli, Mingəçevir, Şəki şəhərlərində olmaqla daha 3 “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və ölkə ərazisində onların sayı 15-ə çatacaq. Qeyd edək ki, indiyədək “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub.
Son vaxtlarda respublikamızda Prezident İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti qurumlarının rəhbərlərinin bölgələrə gedərək vətəndaşları qəbul etmələri təcrübəsindən geniş istifadə olunur. Bu görüşlər vətəndaş-məmur təmaslarının və öz növbəsində idarəetmənin səmərəliliyinin, operativliyinin artmasına müsbət təsir göstərir.
Ölkədə Prezident İlham Əliyevin tapşırığına əsasən vətəndaşların pulsuz tibbi müayinəyə cəlb edilməsi də çox haqlı olaraq ciddi sosial təşəbbüs kimi dəyərləndirilir. Vətəndaşlar tibbi xidmətin bütün növlərindən pulsuz yararlanırlar. Onlara yerindəcə zəruri məsləhətlər verilir, ehtiyac olduqda isə müalicəyə cəlb olunurlar. Bu aksiya artıq bir neçə ildir ki, keçirilir və əhali arasında böyük populyarlıq qazanıb. Pulsuz yüksəkkeyfiyyətli tibbi xidmətdən bəhrələnən insanlar ölkə rəhbərliyinə dərin rəğbətlərini ifadə edirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39