Ana səhifə »  İqtisadiyyat »  Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir
A+   Yenilə  A-
Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir

Prezident İlham Əliyev: Bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir
Dünyada yaşanan çətinliklər fonunda öz maliyyə imkanlarını genişləndirmək, valyuta ehtiyatlarını artırmaq hər bir ölkə üçün strateji önəm daşıyır. Məlumdur ki, hazırda ayrı-ayrı dövlətlər getdikcə artan xərclərini qarşılamaqda ciddi çətinliklər çəkirlər və bu səbəbdən də nəzərdə tutulan sosial layihələrini belə ixtisar etmək məcburiyyətində qalırlar. Respublikamızın mənzərəsi isə tamamilə fərqli rakursdan diqqəti cəlb edir. Belə ki, ölkəmizin həyatı bütün sahələrdə müsbət reallıqlarla səciyyələnir.
Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız həm də etibarlı maliyyə təminatına malik ölkəyə çevrilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin maliyyə vəziyyətinin sabit olduğuna xüsusi diqqət çəkərək vurğulayıb: “Deyə bilərəm ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Maliyyə vəziyyətimiz çox sabitdir, müsbətdir”.
ÜDM həcmində strateji valyuta ehtiyatlarına malik olması Azərbaycanın böyük uğurudur
Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində özünün valyuta ehtiyatlarını ilbəil artırmağa nail olub. Hazırda respublikamız ümumi daxili məhsul həcmində strateji valyuta ehtiyatlarına malikdir. Azərbaycanın ÜDM həcmində strateji valyuta ehtiyatlarına malik olması bütün dünya miqyasında ən yaxşı göstəricilərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev son 14 ildə respublikamızın valyuta ehtiyatlarının 23 dəfə artmasından məmnunluq ifadə edərək bildirib: “Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir”.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan özünün valyuta ehtiyatlarını artırmağa bütün ölkə boyu böyük investisiya tutumuna malik infrastruktur layihələrini reallaşdırmaqla paralel şəkildə nail olub. Son 14 ildə həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Həyata keçirilən infrastruktur layihələri Azərbaycanın ümumi inkişafına böyük təkan verib.
Ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız ölkə boyu 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. 2018-ci ildə 400 meqavat gücündə yeni elektrik stansiyasının istifadəyə verilməsi ilə bu göstərici 2900 meqavata çatacaq.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaqdan ibarətdir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Artıq respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 14 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Son 14 ildə respublikamızda böyük meliorativ tədbirlər həyata keçirilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi su anbarlarının inşası Azərbaycan dövlətinin qüdrətini təcəssüm etdirir. Bu kimi layihələr hesabına regionlarda dövriyyəyə yeni torpaqlar cəlb edilib.
Azərbaycan son 14 ildə həmçinin regional inkişaf proqramlarına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. Regional inkişaf proqramlarının uğurla icra edilməsi sayəsində son illərdə bölgələrin maliyyə təminatı əhəmiyyətli dərəcədə güclənib. 2004-cü ildən etibarən bəhs olunan Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2017-cı ildə regionların inkişafına 4,5 milyard manat vəsait xərclənib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 74 Sərəncamla 368 milyon manat vəsait ayrılıb. “2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub” - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dinamik iqtisadi inkişaf Azərbaycanda valyuta ehtiyatlarının artmasında mühüm rol oynayıb
Güclü iqtisadi dayaqların qurulmasının hər bir ölkənin ümumi inkişafında əsas rol oynayan faktor qismində çıxış etməsi Azərbaycanın timsalında bir daha öz təsdiqini tapır. Son 14 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadi potensiala malik ölkəyə çevrilib. Müqayisələr apardıqda aydın şəkildə görünür ki, bəhs olunan dövrdə dünyada Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub. Respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət yaxşı nəticələr verib. Azərbaycanın qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür, regionda reallaşdırılan irimiqyaslı əksər layihələrin moderatoru rolunda məhz ölkəmiz çıxış edir.
Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Azərbaycan qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da ilk növbədə o amillə şərtlənir ki, son 14 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Dövlət başçısının qənaəti belədir ki, ölkədə neftdən asılılıq tamamilə aradan götürülməlidir. Təsadüfi deyil ki, iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır.
Müstəqillik illərində Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 43-ə çatdırmaq hədəflənib.
Son 14 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ötən 14 ildə sahibkarlara 2 milyard manatdan artıq güzəştli kreditlər ayrılıb. Sahibkarlara siyasi və maddi dəstək tədbirlərinin artırılması öz növbəsində onlarda iqtisadiyyatımıza sərmayələr yönəltməyə böyük maraq yaradıb. Yeni şəraitdə milli sahibkarlar ordusu ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına yönələn tədbirlərdən, institusional islahatlardan, investisiyaların təşviq edilməsindən bəhrələnərək müxtəlif istiqamətlərdə sərmayə qoyuluşunu artırmağa böyük səy göstərirlər. Qeyd edək ki, investisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 faizi regionların payına düşür. Prezident İlham Əliyev ölkəmizin uğurlu iqtisadi inkişaf göstəricilərindən məmnunluq ifadə edərək bildirib: “On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir”.
Geniş maliyyə imkanları Azərbaycanın inamlı siyasət həyata keçirməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir
Azərbaycan daxili və xarici siyasətini sırf milli maraqlar üzərində qurub. Biz yuxarıda Azərbaycan dövlətinin daxili siyasətinin prioritet istiqamətlərindən bəhs etdik. Regional inkişaf proqramları, infrastruktur quruculuğu, iqtisadiyyatın şaxələndirilməsi, aparılan genişməzmunlu islahatlar zamanında cəmiyyətin sosial sifarişləri qismində təzahür edib. Bütün fəaliyyəti boyu daim praqmatik yanaşmalar sərgiləyən Prezident İlham Əliyev cəmiyyətdən gələn sosial sifarişləri və ölkənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan məsələləri dövlət siyasətinin prioritet istiqamətləri kimi önə çəkib. Belə praqmatik və xəlqi siyasət nəticəsində ölkədə yaranan müsbət reallıqlar bir tərəfdən yeni, daha güclü inkişaf dalğasına münbit zəmin formalaşdırıb, respublikanın iqtisadi müstəqilliyi təmin olunub, digər tərəfdən də insanların həyat səviyyəsi yüksəlib. Bunu beynəlxalq səviyyəli reytinq agentlikləri də təsdiqləyirlər. Məsələn, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan öz mövqeyini daha iki pillə yaxşılaşdıraraq 140 ölkə arasında 35-ci pillədə qərarlaşıb. Bu dəfə də ölkəmiz milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə MDB məkanı üzrə liderliyini qoruyub. Bəhs olunan hesabatda respublikamız həmçinin “sosial bərabərsizliyin” ən aşağı səviyyədə olduğu ölkələr qrupunda yer alıb. Beləliklə, Azərbaycanın iqtisadi potensialının artması və milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi beynəlxalq səviyyədə etiraf edilir ki, bu da böyük nailiyyətdir.
Eyni zamanda, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi ölkənin siyasi müstəqilliyini şərtləndirir. İqtisadiyyatı çökən bir ölkə heç vaxt siyasi cəhətdən müstəqil ola bilməz. Belə ölkələr, bir qayda olaraq, başqa dövlətlərin yedəyində getmək məcburiyyətində qalırlar. İşğalçı Ermənistanın miskin vəziyyəti buna misaldır.
Azərbaycan beynəlxalq arenada apardığı siyasətdə ölkənin, xalqımızın milli maraqlarını qətiyyətlə qoruyur. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi daxili və xarici çətinliklərlə üzləşən respublikamız qısa müddətdə siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Hazırda gənc Azərbaycan dövləti dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlarla xoş niyyətə əsaslanan sıx əlaqələr qurmağa müvəffəq olub. Respublikamız dünyada milli maraqların keşiyində qətiyyətlə dayanan ləyaqətli ölkə kimi tanınır. Eyni zamanda, bu gün heç bir ölkə Azərbaycanla təzyiq, diktat dili ilə danışa bilməz.
Respublikamızın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əsas şərtlərdən biri qismində isə ölkənin getdikcə artan strateji valyuta ehtiyatları çıxış edir. Prezident İlham Əliyev bunu nəzərə çatdıraraq “Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq, ədaləti və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”, - deyə vurğulayıb.
Perspektivdə ölkənin valyuta ehtiyatlarının artmasına real zəmin var
Bir sıra obyektiv çətinliklərlə müşayiət olunan yeni şəraitdə də Azərbaycan özünü inamlı hiss edir və bütünlüklə inkişafın ardıcıllığını təmin etməyə istiqamətlənib. Respublikamız 2017-ci ili bütün istiqamətlərdə yaxşı göstəricilərlə başa vurub. Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkədə qeyri-neft iqtisadiyyatı üzrə istehsal və ixrac imkanları artıb.
Birmənalı şəkildə demək mümkündür ki, respublikamızın indiki şəraitdə də uğurlar qazanmasının əsasında yeni iqtisadi modelə keçidin uğurla təmin edilməsi amili dayanır. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Prezident İlham Əliyev respublikamızın öz uğurlarını cari ildə də davam etdirəcəyinə əminliyini ifadə edib. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Keçən il valyuta ehtiyatlarımızın artırılması istiqamətində çox ciddi addımlar atılmışdır. Baxmayaraq ki, keçən il büdcəmiz də builki kimi deyildi, bundan az idi, eyni zamanda, neftin qiyməti də hələ aşağı səviyyədə idi, biz düzgün siyasət, maliyyə sahəsində nizam-intizamı gücləndirmək nəticəsində valyuta ehtiyatlarımızı 4,5 milyard dollar artırmışıq. Əminəm ki, bu il valyuta ehtiyatlarımız əhəmiyyətli dərəcədə artacaq”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4200  |  
  • Tarix:  06-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

18:00
21 May
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
17:55
21 May
Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir
17:51
21 May
Azərbaycan Prezidenti: Gələn günlər ərzində “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik
17:42
21 May
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
17:18
21 May
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar
17:16
21 May
Ağstafalı şəhid son mənzilə yola salınıb
16:59
21 May
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir
16:46
21 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib
16:35
21 May
Müdafiə Nazirliyi: Ermənistan ordusunun keçirdiyi təlimlərdə taktiki və ordu aviasiyasından istifadə ilə bağlı xəbərlər şişirdilib
16:08
21 May
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
15:59
21 May
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
15:53
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub
15:50
21 May
Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir
15:37
21 May
Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36
21 May
Bolqarıstanın energetika naziri Azərbaycana səfər edəcək
15:34
21 May
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
15:30
21 May
Hikmət Babaoğlu: "Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir"
15:14
21 May
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
15:09
21 May
Azərbaycan səfiri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhdlə görüşdə iştirak edib
14:55
21 May
Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər
14:50
21 May
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14:48
21 May
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
14:29
21 May
Azərbaycan-Serbiya sənədləri imzalanıb
14:16
21 May
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
14:15
21 May
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
14:08
21 May
Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib
14:06
21 May
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü
13:20
21 May
Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir
12:57
21 May
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü
12:54
21 May
Flora Qasımova: İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib
12:45
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub
12:38
21 May
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu: “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik”
12:33
21 May
Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
12:19
21 May
ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur
12:07
21 May
Akademik Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
12:00
21 May
“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək
11:47
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib
11:46
21 May
Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar
11:23
21 May
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının başlamasına iki həftə qalıb
11:11
21 May
Əli Əhmədov: "Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır"
11:07
21 May
Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq
11:05
21 May
Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər
11:03
21 May
Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır
11:01
21 May
Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır
10:42
21 May
Qazaxda turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
10:39
21 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
10:26
21 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 97 dəfə pozub
10:16
21 May
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:13
21 May
Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib
09:55
21 May
Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası mayın 21-24-də Astanada keçiriləcək
09:34
21 May
ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub
08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA