Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanın regionlarının hərtərəfli inkişafı konsepsiyası böyük uğurla reallaşdırılır
A+   Yenilə  A-
Azərbaycanın regionlarının hərtərəfli inkişafı konsepsiyası böyük uğurla reallaşdırılır

Prezident İlham Əliyev: Biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir
Azərbaycanın iqtisadi potensialının böyük bir hissəsi ölkənin regionlarında cəmləşib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, respublika əhalisinin yarıdan çoxu bölgələrdə məskunlaşıb. Regionlarda yaşayan insanlar isə tarixən torpağa, əkin-biçinə bağlı olub və bölgələrdə aqrar sektorun müxtəlif istiqamətləri üzrə zəngin ənənələr formalaşıb. Eyni zamanda, son illərdə ölkənin sənaye xəritəsi paytaxt Bakıdan, digər iri şəhərlərdən regionlara doğru genişlənir. Qeyd olunan reallıqlar fonunda respublikamızda regionların inkişafı, bölgələrdə yaşayan insanların güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılması, fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artırılması, kommunal rahatlıqlarla təminatın yüksəldilməsi dövlət siyasətinin prioritetləri kimi müəyyənləşdirilib.
Qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsi - bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində genişmiqyaslı tədbirlər reallaşdırılır. Bölgələrin investisiya təminatının gücləndirilməsi, müasir infrastruktur quruculuğu, aqrar sektorda yeni yanaşmaların tətbiqinə “yaşıl işıq” yandırılması, gəlirli və əmək tutumu böyük olan sahələrin inkişafının təşviq edilməsi, fermerlərə maddi və siyasi dəstək tədbirlərinin artırılması belə tədbirlərdəndir.
Dövlət proqramları çərçivəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün səmərəli icra mexanizmi tətbiq olunur, yeni layihələrin yüksək səviyyədə reallaşdırılmasına ciddi nəzarət olunur, irəli sürülən təşəbbüslər dəyərləndirilir. Bu baxımdan Prezident İlham Əliyevin regionlara mütəmadi hal alan səfərlərinin önəmini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının bu səfərləri izsiz ötüşmür. Prezident İlham Əliyev bölgələrdə geçirdiyi çoxsaylı görüşlərdə ilk növbədə əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələrinə üz tutur, onları narahat edən məsələlərlə maraqlanır. Səmimilik şəraitində keçən görüşlərdə yerli sakinlər dərd-sərlərini bölüşür, istəklərini dilə gətirirlər. Sakinlərin qaldırdıqları bütün məsələlər nəzərə alınaraq ən qısa vaxtda yüksək səviyyədə yerinə yetirilir. Artıq yaxşı bir ənənə yaranıb - Prezident İlham Əliyev regionlara səfərlərindən sonra bu və ya digər şəhərin, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini hədəfləyən əlavə tədbirlər haqqında yeni sərəncamlar imzalayır və lazımi qədər maliyyə vəsaiti ayırır.
Elə bu günlərdə Prezident İlham Əliyev Öz ənənəsinə sadiq qalaraq Goranboy rayonunda və Naftalan şəhərində səfərdə olub. Dövlət başçısı bu səfərlər zamanı bir sıra obyektlərin istifadəyə verilməsi mərasimlərinə qatılaraq Özünün dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyev Goranboy rayonunda istifadəyə verilən “Region Agropark”ın kollektivi ilə görüşündəki çıxışında bildirib ki, biz düşünülmüş siyasət aparırıq. İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. “Bütün regionlar inkişaf edir. Regionların kompleks inkişaf konsepsiyası həyatda öz əksini tapır. İş yerləri, yerli istehsal yaradılır”, - deyə dövlət başçısı vurğulayıb.
Bütün ölkə boyu yüksək səviyyəli infrastruktur quruculuğu diqqət mərkəzində saxlanılır
Müasir infrastruktur quruculuğu Azərbaycanın regional inkişaf strategiyasında mühüm yer tutur ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan bölgələrdə iqtisadi aktivliyi artırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün deyil. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair bəhs olunan Dövlət proqramlarının icrasına məhz müxtəlif sahələri əhatə edən infrastruktur obyektlərinin tikintisi ilə start verilib. Bu infrastruktur obyektlərinin inşasına dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılır. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur regionlarda iqtisadi aktivliyin artmasında, əhalinin məşğulluğunun təmin edilməsində çox mühüm amil rolunda çıxış edir.
Son 15 ildə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə böyükhəcmli investisiyalar hesabına ardıcıl şəkildə həyata keçirilən layihələr Azərbaycanın simasını tamam dəyişib, ölkəmizdə yeni müsbət reallıqlar yaradıb. Qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan infrastruktur təminatı baxımından dünyada qabaqcıl yerlərdən birini tutur. Ötən 15 ildə respublika miqyasında 12 min 300 kilometr yol çəkilib, 443 körpü inşa olunub.
2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublika miqyasında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Reallaşdırılan layihələr sayəsində 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Əlamətdar haldır ki, Azərbaycanda geniş vüsət alan infrastruktur quruculuğunda keyfiyyət amilinə xüsusi diqqət yetirilir və bu sahədə dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübədən istifadə edilir. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizdə infrastruktur obyektlərinin yüksək keyfiyyətlə inşa olunduğunu etiraf edirlər. Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycanda inşa olunan yolların yüksək qiymətə layiq görülməsindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, təkcə yollarımız deyil, digər infrastruktur da ən yüksək səviyyədədir: “Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqlamışdır. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir”.
Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğu siyasətini Prezident İlham Əliyevin bu günlərdə səfərdə olduğu Goranboy rayonunun və Naftalan şəhərinin timsalında da izləmək mümkündür. Hazırda Naftalanda bütün infrastruktur məsələləri öz həllini tapıb. Əhali və yerli iqtisadiyyat yüz faiz həcmində qaz və elektrik enerjisi ilə təmin olunur. Burada su layihəsi hələ beş il bundan əvvəl tamamlanıb. Şəhərdə böyükmiqyaslı abadlıq işləri aparılıb. Paralel şəkildə Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atılıb. Belə ki, şəhərdə “Çinar”, “Qaşaltı” və “Qarabağ” kimi üç böyük sanatoriya-mehmanxana tikilib. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Bütün bunlar isə nəticədə rayona böyük turist axınını təmin edir.
Son illərdə reallaşdırılan layihələr sayəsində Goranboy rayonunda əhalinin təxminən 60 faizi yenidən qurulan yollardan istifadə edir. Rayonda gələn il 15 yaşayış məntəqəsini əhatə edən daha bir yol abadlaşdırılacaq. Rayon üzrə ev təsərrüfatlarının 95 faizi qazlaşdırılıb, elektrik və su təchizatı öz həllini tapıb. Prezident İlham Əliyev rayona səfəri çərçivəsində burada bir neçə infrastruktur obyektinin açılışında iştirak edib. Dövlət başçısının açılışına qatıldığı Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir. Rayonda istifadəyə verilən Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun inşası Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən aparılıb. Bu yol 15 min nəfər əhalinin yaşadığı 15 məntəqəni birləşdirir. Avtomobil yolu əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev həmçinin Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib. Bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir.
Bölgələrdə 45 aqroparkın yaradılması nəticəsində ölkənin ixrac imkanları daha da genişlənəcək
Regionlarda böyük potensiala malik kənd təsərrüfatı yeni yanaşmalar əsasında inkişaf etdirilir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahələrdən biridir. Bundan sonra biz bu siyasəti ancaq ən müasir texnologiyalar və elmi əsaslar üzərində aparacağıq.
Aqrar sektorun perspektiv inkişafı ilə bağlı müəyyənləşdirilən strategiyaya uyğun olaraq ölkə boyu dəyər zənciri üzrə bir sıra mühüm mərhələləri əhatə edən aqroparkların yaradılması geniş vüsət alıb. Belə ki, hazırda respublikanın 30 rayonunda 191,8 min hektar ərazidə ümumi dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması işləri davam etdirilir. İndiyə qədər dövlət dəstəyi hesabına aqroparkların yaradılması üçün ümumilikdə 311,8 milyon manat, o cümlədən su, qaz, elektrik və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 204,2 milyon manat dövlət əsaslı investisiya qoyulub. Ümumi dəyəri 400 milyon manatdan çox olan 15 aqroparkın yaradılmasına 110 milyon manatadək dövlətin güzəştli kreditləri ayrılıb və 14 aqropark üzrə dəyəri 565,5 milyon manat olan 24 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad və Goranboyda yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Regionlarda aqroparkların yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Beləliklə, aqroparkların yaradılması və fəaliyyəti nəticəsində ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapacaq, işsizliyin azaldılması ilə bağlı əlavə addımlar atılacaq, yerli istehsal inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək. Çünki burada yetişdiriləcək məhsullar ixracyönümlü məhsullardır. Ölkəmizdə kənd təsərrüfatı ilə bağlı siyasətimiz uğurla icra ediləcəkdir”.
Goranboy rayonunda Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən “Region Agropark”ın ümumi dəyəri 30 milyon manatdır. Aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Layihə çərçivəsində hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Bərpa olunmuş torpaq sahəsində cari ildə 823 hektarda taxıl, 93 hektarda yonca, 320 hektarda şəkər çuğunduru, 192 hektarda pambıq, 64 hektarda kartof əkilib. 80 hektar ərazidə damcı suvarma sistemləri qurulmaqla zeytun, badam və digər meyvə bağları salınıb.
Perspektivdə təqdim olunan layihənin ikinci mərhələsi də reallaşdırılacaq. İkinci mərhələ çərçivəsində əkinə yararlı hala gətiriləcək 2700 hektar sahədə Amerika istehsalı olan 31 müasir pivot suvarma sistemi qurulacaq və meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaq. Bundan başqa, aqroparkda gündəlik istehsal gücü 120 ton olan bitki yağları istehsalı fabriki, ümumi tutumu 2 min ton olan soyuducu anbar kompleksi, 10 hektar sahədə müasir istixana kompleksi yaradılacaq.
Regionlarda səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində böyük işlər görülür
Azərbaycan sosial dövlətdir. Ölkənin iqtisadi-maliyyə imkanlarının genişlənməsinə adekvat şəkildə əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin əhatə dairəsi də genişləndirilir. Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında bir daha vurğulayıb ki, sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir.
Ölkədə aparılan sosial siyasətə uyğun olaraq səhiyyə sisteminin inkişaf etdirilməsi məqsədilə görülən işlərin miqyası da kifayət qədər genişdir. Respublikada əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi getdikcə yüksəlir. İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanması mühüm yenilikdir. Artıq respublikanın iki şəhərində bu sistem uğurla tətbiq edilir. Perspektivdə Azərbaycanın səhiyyə sistemi məhz bu istiqamətdə inkişaf edəcək və tibbi sığortanın əhatə dairəsi genişlənəcək.
Respublikamızda Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin pulsuz tibbi müayinəyə cəlb edilməsi çox böyük sosial əhəmiyyət daşıyır. Regionlarda qurulan müasir infrastruktur bütün ölkə boyu əhalinin pulsuz tibbi müayinədən keçməsinə imkan yaradıb. 2017-ci ildə olduğu kimi, bu il də 5 milyon insan bu təşəbbüsdən bəhrələnərək tibbi müayinədən keçib.
Ölkədə səhiyyə sisteminin möhkəmlənməsində son illərdə yaradılan infrastrukturun da böyük rolu var. Ölkənin səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlardan bəhs edən Prezident İlham Əliyev vurğulayıb: “Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb. Son 15 ildə 600-dən çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz, demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5490  |  
  • Tarix:  07-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA