Ana səhifə »  İqtisadiyyat »  Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək
A+   Yenilə  A-
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

Prezident İlham Əliyev: Hər bölgədə, hər rayonda müasir sənaye potensialı yaradılacaq
Qısa müstəqillik tarixində Azərbaycanın nail olduğu hərtərəfli və dinamik inkişafı həmçinin sənaye sektorunda qazanılan uğurların timsalında da izləmək mümkündür. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində sənaye quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq son 15 ildə respublikamızda çoxlu sayda elm tutumlu, innovativ yanaşmalara əsaslanan sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Sənaye quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, müstəqil Azərbaycan dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilib. Hazırda ölkəmiz orbitdəki peyklərini milli kadrlar vasitəsilə uğurla idarə edir və yeni peykini orbitə çıxartmağa hazırlaşır. Müdafiə təyinatlı müəssisələrdə buraxılan müxtəlif növ sənaye məhsullarının həm Milli Ordunun tələbatını ödəməsi, həm də xarici bazarlara çıxardılması son dərəcə qürurverici haldır. Bütövlükdə, son 15 ildə respublikamızda sənaye istehsalı 2,6 dəfə artıb.
Hazırda isə respublikamızda sənaye inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq 2017-ci ildə və cari ilin əvvəlindən bəri milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda, o cümlədən də qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə qeyri-neft sənayesinin təxminən 10 faiz artmasını gözəl göstərici kimi səciyyələndirərək qətiyyətlə vurğulayıb ki, sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək.
Azərbaycanın sənayeləşmə siyasətində yeni mərhələyə - regional sənaye quruculuğuna start verilib
Son illərdə sənaye xəritəsinin regionlara doğru genişlənməsinə istinadən deyə bilərik ki, Azərbaycanda sənaye quruculuğunda yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində qurulan güclü infrastruktur sayəsində bölgələrdə də sənaye quruculuğu üçün münbit şərait yaranıb. Sənaye müəssisələrinin effektiv fəaliyyət göstərməsi üçün yaxşı yollar, generasiya gücü, su, qaz təminatı əsas şərtlərdəndir. İndi bütün bunlar ölkənin bölgələrində var. Belə ki, regionların infrastruktur təminatı paytaxt Bakıdan və digər iri şəhərlərdəkindən heç də geridə qalmır. Bütövlükdə, perspektivdə respublika miqyasında üçü regionlarda olmaqla 4 sənaye mərkəzinin (Bakı, Sumqayıt, Gəncə və Mingəçevir) yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkədə regional sənaye quruculuğu ilə bağlı ciddi mesajlar verib. “Hər bölgədə, hər rayonda müasir sənaye potensialı yaradılacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq Dövlət proqramlarının qəbul edilməsində əsas məqsəd bütün ölkə boyu tarazlı inkişafı təmin etməkdən ibarətdir. Əsasən yerli xammalla işləyəcək sənaye məhəllələrinin yaradılması qarşıya qoyulan strateji məqsədə çatmaq üçün ən optimal vasitələrdən biridir. Mütəxəssislərin qənaəti belədir ki, sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək. Bölgələrdə yeni sənaye obyektləri yaradılarkən xammal bazası və satış bazarı, yerli tələbat əsas götürülür ki, bu da nəqliyyat-daşıma, logistika xərclərinin və son nəticədə məhsulun maya dəyərinin azalmasında öz əksini tapır.
Qeyd olunan müsbət reallıqlar fonunda regionlarda sənaye məhəllələrinin və parklarının yaradılması geniş vüsət alıb. Bu kimi istehsal sahələrinin yaradılmasına dövlət tərəfindən həm siyasi, həm də maddi dəstək verilir. Belə ki, sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye məhəllələrində və parklarında müxtəlif təyinatlı istehsalatlar qurulmasına sərmayələr yönəldən sahibkarlar vergilərdən azad olunurlar. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyev ölkə miqyasında sənaye zonalarının və parklarının yaradılmasından məmnunluğunu ifadə edib. “Hesab edirəm ki, sənaye zonalarının, sənaye parklarının yaradılması artıq gözəl nəticələr veribdir. Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb. Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir”, - deyə dövlət başçısı Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasında bildirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkə üzrə sənaye quruculuğuna sanballı töhfələr verir. İndiyədək ASC-nin xətti ilə ölkə miqyasında sənaye müəssisələrinin yaradılmasına böyükhəcmli investisiyalar yönəldilib. AİŞ-dən verilən məlumata əsasən, qurum əczaçılıq, logistika, sənaye, o cümlədən də qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edir. Bildirilir ki, bu layihələrin ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edir ki, bunun da 450 mln. ABŞ dolları xarici investisiyalardır. Qurumun reallaşdırdığı layihələr paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarını əhatə edir. “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir. AİŞ Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, Sanqaçalda yeni logistik terminalın inşası məqsədilə yaradılmış “Sanqaçal Terminalı” QSC və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də payçı qismində iştirakını uğurla yekunlaşdırıb. Bundan başqa, AİŞ 2016-cı ildən başlayaraq ölkənin əczaçılıq məhsullarına olan tələbatının ödənilməsi, bu sahədə idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması və dərman məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə əczaçılıq sahəsində də layihələr həyata keçirməyə başlayıb. AİŞ-dən verilən məlumata əsasən, indiyədək ölkə üzrə 25 rezidentin qeydiyyata alındığı 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb.
Neftçala Sənaye Məhəlləsi isə ölkədə yaradılan ilk sənaye məhəlləsidir. Xatırladaq ki, bəhs olunan sənaye məhəlləsi 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Bəhs olunan sənaye məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib.
Regionlarda yaradılan sənaye məhəllələri dövlət-özəl sektor əməkdaşlığına yaxşı nümunədir
Ölkəmizdə dövlətin davamlı siyasi və maddi dəstəyi sayəsində fəaliyyət sferalarını genişləndirən milli sahibkarlar ordusunun təmsilçiləri özlərinin sosial məsuliyyətlərini dərk edərək məmnuniyyətlə müxtəlif layihələrə qoşulur, həmçinin yeni müəssisələrin yaradılmasına böyükhəcmli sərmayələr yönəldirlər. Regionlarda yaradılan sənaye məhəllələri dövlət-özəl sektor əməkdaşlığına yaxşı nümunədir. Özəl sektor güzəştli şərtlərlə aldığı kreditlər və öz vəsaiti hesabına Neftçala Sənaye Məhəlləsinə 45 milyon manat sərmayə yönəldib. Hazırda daha bir ünvanda - Masallıda növbəti Sənaye Məhəlləsinin tikinti işləri sürətlə aparılır. Sahibkarlar Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Sənaye məhəllələri regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaratdır.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-dən verilən məlumata əsasən, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsi başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 m2-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Daha bir Sənaye Məhəlləsinin təşkilinə Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli müvafiq Sərəncamı əsasında Hacıqabul rayonunda başlanılıb. Yeni Sənaye Məhəlləsi 20 hektar ərazidə yaradılır.
Sənaye Məhəlləsində özəl sektorun yaxından iştirakı ilə regionun iqtisadi potensialına uyğun olaraq ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması planlaşdırılır. Artıq “ATEF Sənaye Kompleksi” MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsini 2018-ci ilin III rübündə başa çatdırmaq nəzərdə tutulub. Hacıqabul Sənaye Məhəlləsində ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m2 olan 4 istehsal sahəsi, 937,8 m2 sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. 20,3 hektar sahədə yaradılan Sabirabad Sənaye Məhəlləsində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin yaradılması planlaşdırılır.
Yeni sənaye müəssisələri regionlarda əhalinin əmək bazarına çıxış imkanlarını artırıb
Son 15 ildə aparılan uğurlu siyasət həmçinin ölkədə müsbət demoqrafik vəziyyətin yaranması ilə nəticələnib. Respublikamızda əhali artır ki, bu da çox müsbət tendensiyadır. Ancaq ölkədə əhali sayının artması qarşıya yeni iş yerlərinin yaradılması ilə bağlı mühüm vəzifələr qoyub. “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun”, - deyə Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, son 15 ildə respublikamızda 2 milyonadək yeni iş yerləri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Ölkədə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən də son 15 ildə təxminən 2 milyon yeni iş yerinin yaradılması öz növbəsində yoxsulluğun 50 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib. Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır.
Eyni zamanda, ölkədə aparılan yeni sənaye quruculuğu ölkə üzrə fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində bu amilə diqqət çəkərək deyib: “Dövlətin dəstəyi ilə yaradılan müəssisələr həm iş yerlərinin açılmasına xidmət edir, həm yerli istehsalı gücləndirir”.
İndiyədək ölkə üzrə fəaliyyətə başlayan sənaye məhəllələrində və parklarında minlərlə əmək qabiliyyətli insan layiqli iş yerləri ilə təmin olunub. Məsələn, Sumqayıt Kimya Sənaye Parkındakı “Azərtexnoline” zavodunda 750 iş yeri açılıb. Sənaye Parkında 2018-ci ildə istifadəyə veriləcək istehsalatlarda daha 800 yeni iş yerinin açılacağı gözlənilir. Yuxarıda geniş bəhs etdiyimiz Neftçala Sənaye Məhəlləsində 500-dən çox daimi iş yerinin açılması üçün zəmin yaranıb. Hazırda tikintisi aparılan Masallı Sənaye Məhəlləsində 200 nəfər çalışır. Burada birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Hacıqabul Sənaye Məhəlləsində 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Mingəçevir Sənaye Parkında yüngül sənaye, o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və digər növ məhsul istehsalı üzrə yerli xammal bazası əsasında 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulur. Yeni istehsalat yerli əhalinin məşğulluğunun təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7230  |  
  • Tarix:  22-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25