Ana səhifə »  İqtisadiyyat »  Sənaye parklarının təşkili Azərbaycanda sənayenin inkişafında yeni keyfiyyət mərhələsi açıb
A+   Yenilə  A-
Sənaye parklarının təşkili Azərbaycanda sənayenin inkişafında yeni keyfiyyət mərhələsi açıb

Prezident İlham Əliyev: Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət, aparılan islahatlar nəticəsində ölkəmizdə müsbət reallıqlar yaranıb. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, bu gün Azərbaycan Cənubi Qafqaz coğrafiyasının ən güclü iqtisadiyyata malik ölkəsidir və regionda reallaşdırılan əksər irimiqyaslı layihələrin moderatoru rolunda məhz respublikamız çıxış edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycanda güclü iqtisadiyyat quruculuğuna nail olunmasına xüsusi diqqət çəkib. “Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”, - deyə dövlət başçısı vurğulayıb.
Milli iqtisadiyyatın inkişaf dinamikası qeyri-neft sənayesinin timsalında daha qabarıq şəkildə nəzərə çarpır
Müstəqil Azərbaycan innovativ əsaslı sənaye quruculuğunu özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib ki, bu da təsadüfi deyil. İndiki dövrdə hər bir ölkənin gücü, ümumi iqtisadi potensialı, qlobal miqyasdakı yeri bir sıra digər parametrlərlə yanaşı, eyni zamanda, sənaye inkişafı ilə ölçülür. Güclü sənaye potensialına malik olan ölkələr həm daxili tələbatlarını yerli istehsal hesabına ödəyərək maliyyə vəsaitlərini qoruyurlar, həm də xarici bazarlarda böyük həcmlərdə məhsullarla təmsil olunaraq özlərinə valyuta axınını təmin edirlər. Sənaye sektorunun inkişafının iqtisadi-siyasi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür. Belə ki, yüksək əmək tutumuna malik sənaye istehsalatları əhalinin məşğulluğunun təmin olunmasında və beləliklə də, yoxsulluğun aradan qaldırılmasında mühüm rol oynayırlar.
Ölkədə qeyri-neft sənayesinin inkişafında son illərdə bütün respublika boyu yaradılan müasir infrastruktur fundamental amillərdən biri qismində çıxış edir. Sənaye inkişafını güclü infrastruktur təminatı olmadan təsəvvür etmək mümkün deyil. Son illərdə əsaslı dövlət vəsaiti qoyuluşu hesabına Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib ki, bunun da sayəsində respublikamızda sənaye quruculuğu üçün geniş perspektivlər açılıb. Qeyd edək ki, cari ilin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib. Xarici və yerli iş adamları bütün ölkə boyu yaradılan müasir infrastrukturdan bəhrələnərək sənaye sektorunda böyük maliyyə tutumuna malik yeni-yeni layihələr reallaşdırırlar.
Respublikada müasir çağırışlar nəzərə alınmaqla qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət öz bəhrəsini verir. Əlamətdar haldır ki, son illərdə Azərbaycanda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft sənayesində qeydə alınır. Qeyri-neft sənayesi quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, müstəqil Azərbaycan dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilib. Hazırda ölkəmiz orbitdəki peyklərini milli kadrlar vasitəsilə uğurla idarə edir və yeni peykini orbitə çıxartmağa hazırlaşır. Müdafiə təyinatlı müəssisələrdə buraxılan müxtəlif növ sənaye məhsullarının həm Milli Ordunun tələbatını ödəməsi, həm də xarici bazarlara çıxarılması son dərəcə qürurverici haldır. Bütövlükdə, son 15 ildə respublikamızda sənaye istehsalı 2,7 dəfə artıb. Hazırda ölkənin qeyri-neft sənayesində buraxılan ət və süd məhsulları, duz, meyvə və tərəvəz konservləri, mineral sular, sement və klinkerlər, gips, əhəng, alçipan, kərpic, betondan tikinti blokları, armatur, alüminium və ondan alınan məmulatlarla ölkənin özünütəminetmə səviyyəsi digər sənaye məhsulları ilə müqayisədə daha yüksəkdir. Prezident İlham Əliyev 2018-ci ilin birinci yarısında ölkədə qeyri-neft sənayesinin artım dinamikasından məmnunluğunu ifadə edərək bildirib: “Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.
Hazırda respublikamızda sənayenin qeyri-neft sektorunda bir sıra yeni irimiqyaslı layihələr həyata keçirilir. Şübhə yoxdur ki, yeni layihələr hesabına perspektivdə neftdənkənar sənaye sektorunda istehsal imkanları daha da artacaq. Sənaye sektorunda reallaşdırılan yeni layihələrin önəmindən bəhs edən Prezident İlham Əliyev vurğulayıb ki, yaxın gələcəkdə Sumqayıtda işə salınacaq zavodlar həm daxili tələbatı ödəyəcək, həm də böyük ixrac imkanları yaradacaq: “Sənayenin inkişafı ilə bağlı yaxın gələcəkdə iki böyük zavod işə düşəcək. Hər iki zavod Sumqayıtda yerləşir - polimer zavodu və azot gübrələri zavodu. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq və böyük ixrac imkanımız yaranacaqdır. Bu zavodların işə düşməsi, deyə bilərəm ki, müstəqillik dövründə sənaye sahəsində çox önəmli hadisələr olacaqdır”.
Sənaye parklarının yaradılması ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır
Son illərdə ölkədə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması ilə Azərbaycanda sənayenin inkişafında keyfiyyətcə yeni mərhələnin açıldığını söyləmək mümkündür. Dəyər zəncirinin əsas mərhələlərinin əhatə olunduğu sənaye parklarının və məhəllələrinin yaradılması ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Sənaye məhəllələri və parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, qeyd olunan ərazilərdə müxtəlif təyinatlı istehsalatlar qurulmasına sərmayələr yönəldən sahibkarlar vergilərdən azad olunurlar. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə və parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Belə dövlət-özəl sektor əməkdaşlığının nəticəsidir ki, sənaye parklarının yaradılması artıq öz səmərəsini verir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq, indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub”, - deyə vurğulayıb.
Hazırda ölkəmizdə eyni vaxtda bir neçə sənaye parkı yaradılır. Azərbaycan İnvestisiya Şirkətindən verilən məlumata əsasən, indiyədək ölkə üzrə 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Ölkədə yaradılan sənaye parkları arasında 505,6 hektar ərazini əhatə edən Sumqayıt Kimya Sənaye Parkı xüsusi yer tutur. Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkının infrastruktur təminatı üçün bir sıra layihələr reallaşdırılıb.
Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Sənaye Parkında rezidentlərin qeydiyyatı davam etdirilir. Burada 2013-cü ildən fəaliyyətə başlayan “Azertexnolayn” MMC-də Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Parkın rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub.
“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.
Sumqayıt Kimya Sənaye Parkında daha bir müəssisə - “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu isə 2018-ci il iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihənin baş podratçısı qismində İtaliyanın “Maire Tecnimont” şirkəti çıxış edib.
Ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.
“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək. Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışındakı çıxışında yeni istehsalatların Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcəyini bildirib: “Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır”.
Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalına start verilib
Azərbaycanda Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti çərçivəsində irəli sürdüyü təşəbbüslərdən biri də sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı bəyan edib ki, respublikanın bütün bölgələrində regional inkişaf baxımından böyük əhəmiyyət daşıyan sənaye məhəllələri yaradılmalıdır.
Neftçala Sənaye Məhəlləsi ölkədə yaradılan ilk sənaye məhəlləsidir. Bəhs olunan sənaye məhəlləsi 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Bəhs olunan sənaye məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib.
Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalının mənimsənilməsi əlamətdar hadisədir. Cari il martın 29-da Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodunun açılışı keçirilib. Dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunacaq. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.
Bir qədər bundan əvvəl zavodda istehsal olunan avtomobillərin təqdimatı keçirilib. Tədbirdə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, bu Avtomobil Zavodu regionun inkişafı, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artması, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.
Tədbirdə qeyd edilib ki, bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Bir müddət sonra isə paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda bəhs olunan iclasındakı nitqində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalına başlanılmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik”.
Yeri gəlmişkən qeyd edək ki, artıq İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları “Khazar” avtomobillərinin alınması məqsədilə “Azərmaş” ASC-yə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.
Daha bir neçə sənaye parkında işlər uğurla davam etdirilir
Son illərdə ölkə ərazisində digər sənaye parklarının təşkilində də yaxşı nəticələr əldə olunub. Bakıətrafı ərazidə 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkının istifadəyə verilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafında yeni bir mərhələ açıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı müvafiq Sərəncam əsasında Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Balaxanı Sənaye Parkında indiyədək tullantıların təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaq.
Pirallahı Sənaye Parkında yaradılan dərman istehsalı fabrikləri respublikamızın müxtəlif adda dərman vasitələrinə tələbatının ödənilməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığının azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılmasına başlanılıb. Layihənin dəyəri 74 milyon dollar təşkil edir.
Təməli 2016-cı il sentyabrın 21-də qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Hazırda bəhs olunan sənaye parkının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Cari ilin fevral ayında Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki işə salınıb. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq: “Əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq. İndi bir neçə şəhərdə parklar yaradılır. Təkliflər verilməlidir ki, gələn il biz bu siyasəti hansı şəhərlərdə davam etdirə bilərik”.
Sənaye parkları ilə yanaşı, regionlarda sənaye məhəllələrinin yaradılması da uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən növbəti sənaye məhəllələri Hacıqabulda və Sabirabadda yaradılır. Hər iki sənaye məhəlləsinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5550  |  
  • Tarix:  28-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb
14:59
13 Noyabr
Bakıda gənclər təşkilatlarının V Respublika sərgisi açılıb
14:57
13 Noyabr
AQTA-da iri ticarət şəbəkələrinin rəhbərləri ilə görüş keçirilib
14:54
13 Noyabr
“Asan İmza” İƏİT nəzdində Dövlət Sektorunun İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən ən innovativ nümunə kimi qəbul edilib
14:49
13 Noyabr
Nazir: Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 17.9 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır
14:47
13 Noyabr
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:39
13 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
14:36
13 Noyabr
Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:32
13 Noyabr
Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
13:32
13 Noyabr
Milli Məclisin sədri: 2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
13:22
13 Noyabr
İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib
13:19
13 Noyabr
Oqtay Əsədov: Vergi sistemində nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək
12:56
13 Noyabr
2040-cı ilədək qlobal enerji tələbatı 25 faizdən çox artacaq
12:51
13 Noyabr
Türkmənistan qazının Avropa bazarlarına tədarükü imkanları müzakirə edilir
12:31
13 Noyabr
İçərişəhərlə tanışlıq Slovakiyanın Baş nazirində zəngin təəssürat yaradıb
12:29
13 Noyabr
Hakan Aras: Azərbaycan ali təhsil verdiyi türkiyəli tələbələrə öz vətəndaşları kimi yanaşır
12:17
13 Noyabr
Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi Dünya Diabet Gününə həsr olunmuş aksiya keçirib
12:10
13 Noyabr
Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi müzakirə olunur
12:05
13 Noyabr
Bakıda akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb
11:56
13 Noyabr
Yunanıstanın Saloniki şəhərində “Əbədi Ezamiyyət” filmi nümayiş etdirilib
11:34
13 Noyabr
“Caspian Ecology 2018” sərgisində 8 ölkədən 43 şirkət iştirak edəcək
11:08
13 Noyabr
Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
11:03
13 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:49
13 Noyabr
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
10:43
13 Noyabr
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
10:41
13 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
10:35
13 Noyabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:32
13 Noyabr
Sona Əliyeva: Ölkəmiz dünya miqyasında sivilizasiyalar arasında dialoqa, humanitar əməkdaşlığa böyük töhfələr verir
10:30
13 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:29
13 Noyabr
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9