Ana səhifə »  İqtisadiyyat »  “Maariv”: Azərbaycan Cənubi Qafqazın turizm incisi və həqiqi ulduzudur
A+   Yenilə  A-
“Maariv”: Azərbaycan Cənubi Qafqazın turizm incisi və həqiqi ulduzudur

Bu il məhz Azərbaycan Cənubi Qafqazda israilli turistlər üçün həqiqi ulduza çevrilib. Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən bu ölkədə hər iki sivilizasiyanın təsiri hiss olunur. Burada heyrətamiz görməli məkanlar çoxdur: Tunc dövrünün petroqlifləri, orta əsrlər dövrünə aid minarələr və məscidlər və əlbəttə, nadir təbiət. Azərbaycan Respublikası Xəzər dənizinin sahilində yerləşən turizm incisidir. O, özünün turizm potensialı ilə öyünə bilər. Burada siz ovsunlayıcı və cəlbedici nə varsa, hamısını bir arada görəcəksiniz: dağlar, şəlalələr, çaylar, göllər, mineral bulaqlar və dünyada yeganə müalicəvi neft yatağı. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan neftlə zəngin bu ölkə həm də əsl dünyəvi dövlətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə israilli jurnalist İris Qorlet ölkəsində çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunmuş “Tarix, mədəniyyət və üfüqlər: israillilər Azərbaycanı kəşf edirlər” sərlövhəli məqaləsində yazıb.
Bir çox konfessiyaların nümayəndələrinin artıq min ildir Azərbaycanda mehribanlıq şəraitində dinc yanaşı yaşadığını vurğulayan məqalə müəllifi yazır: “2500 ildən çoxdur ki, burada mötəbər və nüfuzlu yəhudi icması yaşayır. Bir çox ekspertlər qeydlər edir ki, yəhudilər bu ərazidə Yəhudi çarlığı dövründən məskunlaşıb. Odlar Yurdunda müxtəlif iqlim qurşaqlarını, yeniliklə köhnəliyin sintezini görmək olar. Qədim məscidlərin böyründə ultramüasir binalar da görmək olar. Müstəqilliyi bərpa olunandan sonra Azərbaycan Respublikası qısa müddətdə beynəlxalq tədbirlərin, müxtəlif yarışların, “Eurovision” mahnı müsabiqəsinin və Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi üçün həqiqətən möhtəşəm platformaya çevrilib”.
İ.Qorlet yazır ki, 2017-ci ildə bu Cənubi Qafqaz ölkəsində turistlərin sayı 20 faiz artaraq, ümumən 2,6 milyon nəfərə çatıb.
“LeMetayel” veb-saytının redaktoru Yael Kfir deyir: “Biz Azərbaycana turizm axınının 100 faizdən çox artdığını və paytaxt Bakıya marağın daha da gücləndiyini görürük. Başqa sözlə desək, əgər Azərbaycanda istirahətdən və ya bu ölkəyə səyahətdən danışırsınızsa, hazırda diqqət mərkəzində Bakıdır. Hər halda israillilər üçün belədir”.
Qüdsdə yerləşən Yəhudi Universiteti nəzdindəki Trumen İnstitutunun antropoloqu və mühazirəçisi doktor Xen Bram dəhşətli Holokost illərində Avropa yəhudilərinin xilas edilməsində Azərbaycanın böyük rol oynadığını qeyd edərək deyir: “Təqribən on il əvvəl Azərbaycanda turist qruplarına rəhbərlik etməyə başlayanda, turizm xidmətləri, demək olar, yox dərəcəsində idi. Bugünkü Azərbaycan daha əmin-aman olan başqa bir aləmdir. Ölkənin turizm landşaftı sürətlə dəyişir. İndi Azərbaycanda İsraildən gəlmiş çoxlu turist qruplarına təsadüf etmək olar. Azərbaycan israilli turistlər üçün çox təhlükəsiz ölkədir. Azərbaycan xalqı isə çox qonaqpərvər və mehribandır. Bu da turistləri daha çox cəlb edir. Biz bu ölkədə ənənəviliklə müasirliyin gözəl vəhdətini görə bilərik”.
Yerli sakinlərin çox qonaqpərvər və mehriban olduğunu xüsusi vurğulayan məqalə müəllifi yazır: “Azərbaycana gələn israillilər onların təhlükəsizliyinin çox yüksək səviyyədə olduğunu hiss edirlər. Turistlərin İsraildən gəldiyini eşidən yerli sakinlərin sanki gözləri işıldayır, səmimiyyət və fərəhlə baxır”.
Bakıda doğulmuş, hazırda baş aşpaz işləyən, şəxsi kulinariya məktəbi olan Ella Barlev deyir: “İstirahətin kulinariya tərəfi israillilər üçün çox əhəmiyyətlidir. Təl-Əvivdən Bakıya uçuş müddəti çox qısadır, 3 saatdan azdır. Mənim üçün Bakı uşaqlıq dövrümün ən gözəl şəhəridir. Bakı çox təmiz şəhərdir. Burada yeməklər çox ləzzətlidir, insanlar isə çox mehriban və qonaqpərvərdir. Arxitektura da son dərəcə gözəldir. Avropa arxitekturasının, onun inteqrasiya olunduğu qədim milli memarlıq ənənələrinin və ultramüasir arxitekturanın vəhdəti yaranıb. Bu vəhdət şəhərə çox gözəl görkəm verir. Ümumi təhlükəsizlik hissi. İnanılmaz dərəcədə gözəl bulvar. Uzunluğu 25 kilometrə çatan Bakı bulvarı, yəqin ki, dünyanın ən gözəl bulvarıdır. Mən lap balaca olanda onun uzunluğu cəmi 3 kilometr idi. Bulvar çox gözəldir və paytaxtın az qala bütün sahilyanı ərazisi boyunca uzanır. Dünyanın müxtəlif ölkələrindən bura ağaclar gətirilib. Bu da ona müstəsna gözəllik verir. Azərbaycan mətbəxi çox ləzzətlidir. Hər bir evdar qadın mahir aşpazdır, çünki mətbəx Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir”.
İris Qorlet daha sonra yazır ki, Azərbaycan təkcə Bakı şəhərindən ibarət deyildir. Maraqlı və qeyri-adi məkanlar göstərmək üçün bu ölkənin israilli turistə təklif edəcəyi imkanlar xeyli genişdir. “Məsələn paytaxtdan cənubda yerləşən Qobustan qoruğu. Qoruğun ərazisində cırtdan vulkanlar, bulanıq hövzələr, habelə sanki yerin altından dik qalxan bazalt qayalar və üzərində tarixdən əvvəlki dövrdə insan və heyvan fiqurlarının təsvir olunduğu qayalar var.
Böyük Qafqaz dağlarına gedən yolda “dağ yəhudiləri” adı ilə də məşhur olan Qafqaz yəhudilərini görə bilərsiniz. Quba şəhərində, “Qafqazın Qüdsü” adlandırılan Qırmızı Qəsəbədə böyük yəhudi icması məskunlaşıb.
Doktor Bram Azərbaycanda yəhudilərin həyatını hiss etməyə imkan verən başqa yaşayış məntəqəsindən də danışır. Bu, Azərbaycanın şimal-qərbində dağların ətəyində yerləşən Oğuz şəhəridir. Müəllif yazır: “Burada iki sinaqoq qalıb, onlardan biri muzeydir. Yəhudilər bu şəhərdə müsəlman azərbaycanlılarla qardaş kimi dinc yanaşı yaşayıblar”.
İ.Qorlet öz məqaləsində vurğulayır ki, Azərbaycana səfər edən israilli turist əzəmətli və gözəl dağlar, təmiz dağ havası, qumsal çimərliklər, səfalı kəndlər, dadı damaqdan getməyən meyvə-tərəvəz, növbənöv çeşiddə təzə balıq və ət, isti təndir çörəyi və qonaqpərvər insanlar görür. Bütün bunlar Azərbaycana səfər etmək üçün adi səbəblərdir.
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyir: “Azərbaycan təhlükəsizlik nöqteyi-nəzərindən israillilər üçün qeyri-adı məkandır. Odlar Yurdunda özünüzü həqiqətən evinizdə hiss edirsiniz. Azərbaycan xalqı çox mehriban və qonaqpərvərdir. O, yəhudi xalqına və yəhudi dövlətinə böyük hörmətlə yanaşır.
Azərbaycanda maraqlı yerlər, landşaftlar olduqca çoxdur və bütün bunlar bu gözəl ölkəni gəzib-dolaşmaq üçün mühüm səbəblərdir. Amma düşünürəm ki, daha mühüm bir səbəb var, o da Azərbaycan xalqının İsrail xalqına mehriban, səmimi və qayğıkeş münasibətidir. Yəhudilər müasir Azərbaycanın ərazisində 2 min ildən çoxdur yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev dörd il ərzində iki yeni sinaqoq inşa etdirib. İsraillilər Azərbaycanda çox qəribə və unikal bir məkan da görə bilərlər. Bu, yəhudilərin məskunlaşdığı məşhur Qırmızı Qəsəbədir. Burada yığcam şəkildə təqribən 5 min dağ yəhudisi yaşayır. Ukrayna və Rusiya ilə müqayisədə Azərbaycan yəhudiləri antisemitizmin və talanların nə demək olduğunu heç vaxt bilməyiblər. Onlar Azərbaycan xalqından yalnız sevgi, hörmət və mehriban münasibət görüblər.
Bu gün İsraillə Azərbaycan arasında gözəl strateji münasibətlər mövcuddur. Hər iki ölkənin liderlərinin siyasi dialoqu çox yüksək səviyyədədir, ticari-iqtisadi dövriyyə ildə təqribən 5,5 milyard dollardır. Ən başlıcası bu ölkələrin insanları arasında əsl körpü yaranıb”.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan özünü demokratik, parlamentli və dünyəvi respublika elan edən, qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsidir. O yazır: “1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərib. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edib. SSRİ dağıldığı dövrdə Ermənistan və Azərbaycan arasında münaqişə yaranıb. Nəticədə Ermənistan Azərbaycan ərazilərinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib. Amma bu hadisə Azərbaycanın multikultural modelinə əsla təsir göstərməyib. Azərbaycan xalqı nadir humanizmi, mehribanlığı və qonaqpərvərliyi ilə seçilir və siz bu möcüzələr ölkəsinə səfər etməklə, bütün deyilənləri sınaya və yoxlaya bilərsiniz”.

 
  • Oxunub:  3960  |  
  • Tarix:  28-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

14:25
19 Yanvar
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub
13:43
19 Yanvar
MM-in deputatı: Erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir
13:38
19 Yanvar
Fəzail İbrahimli: 20 Yanvar faciəsi Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi
13:36
19 Yanvar
Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
13:26
19 Yanvar
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
12:56
19 Yanvar
Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
12:54
19 Yanvar
Azərbaycan ötən il Gürcüstana 2,5 milyard kubmetrdən çox təbii qaz ixrac edib
12:51
19 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan Memarlıq və İnşaat Universitetində anılıb
11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə-1 +1