Ana səhifə »  İqtisadiyyat »  Azərbaycan qazı TAP vasitəsilə Avropa ölkələrinə çatdırılacaq
A+   Yenilə  A-
Azərbaycan qazı TAP vasitəsilə Avropa ölkələrinə çatdırılacaq

Prezident İlham Əliyev: Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaqdır
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan şaxələndirilmiş enerji layihələrinə bütün dünyada böyük maraq var. Elə bu günlərdə İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP-la bağlı danışması deyilənləri bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın tərəfdaşları qismində çıxış edən İtaliya və ABŞ rəsmilərinin yüksək səviyyəli görüşündə TAP-ın müzakirəyə çıxarılması layihənin Qərb üçün nə qədər strateji əhəmiyyətə malik olduğunun göstəricisidir.
Azərbaycan özünü dünyaya qaz ölkəsi kimi təqdim edir
Azərbaycan dünyada zəngin resurslara malik neft ölkəsi kimi tanınır. Respublikamızda neftçıxartmanın zəngin tarixi var. Bununla belə, yalnız müstəqillik illərində neft Azərbaycan xalqının mənafeyinə xidmət etməyə başlayıb. 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin səyləri sayəsində dünyada tanınan transmilli şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması ilə respublikamızda neftçıxartmanın, həmçinin milli iqtisadiyyatımızın inkişafında yeni mərhələ başlayıb.
Son illərdə isə Azərbaycanın enerji siyasətində yeni bir səhifə açılıb ki, bu da qaz hasilatı ilə bağlıdır. Hazırda ölkəmizin moderatorluğu ilə nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. Xatırladaq ki, “Şahdəniz” qaz yatağı üzrə kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq Azərbaycan ciddi və praqmatik əsaslandırmalar, həmçinin qazandığı dostlarının dəstəyi sayəsində “Şahdəniz” kontraktının imzalanmasına nail oldu. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də Azərbaycanın dünyaya qaz ölkəsi kimi təqdim edilməsi baxımından tarixi hadisə idi. Kəmərin önəmindən bəhs edən Prezident İlham Əliyev deyib: “2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır”.
Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Avropanın getdikcə artan tələbatını ödəmək üçün yeni enerji mənbələri lazımdır. Azərbaycan isə “qoca qitə”nin bu ehtiyacını qarşılamağa qadir ölkədir. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsündən çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Bununla belə, ölkəmiz güclü siyasi iradə ortaya qoydu və yeni layihəyə tərəfdaşlar cəlb etməyə nail oldu.
TAP-ın da daxil olduğu Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Bütövlükdə Cənub Qaz Dəhlizi 3600 kilometr məsafədə uzanacaq. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 40 milyard dollardan çox sərmayə qoyuluşu nəzərdə tutulub. “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb.
Cari il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
TAP vasitəsilə Avropaya ilk qaz nəqli 2020-ci ildə nəzərdə tutulub
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. İndiyədək Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitin 2,9 milyard avrosu TAP layihəsinə sərf olunub. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-ın Adriatik dənizindən keçəcək hissəsi 2019-cu ilədək başa çatdırılacaq. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.
Xatırladaq ki, ilin əvvəlində Avropa İnvestisiya Bankının İdarə Heyəti TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Hazırda kəmərin inşası intensiv şəkildə davam etdirilir. TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində 538 kilometrlik ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təxminən 524 kilometr boru marşrut xətti boyunca düzülüb. Bu ölkədə boruların 506 kilometrdən çoxu qaynaq edilib. 428 kilometr boru torpağa basdırılıb. TAP-ın Albaniyadan keçəcək 215 kilometrlik hissəsində isə 187 kilometrlik ərazi təmizlənib və qiymətləndirilib, 181 kilometr boru marşrut xətti boyunca düzülüb. Boruların 177 kilometri qaynaqlanıb və onların təxminən 158 kilometri torpağa basdırılıb.
Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır.
Layihə İtaliyada da qrafik üzrə irəliləyir. 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir.
TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Prezident İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında əminliyini ifadə edərək bildirib ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq: “Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Yeni layihələr Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verəcək
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bunu ABŞ Prezidentinin İtaliyanın Baş naziri ilə görüşündə səsləndirdiyi fikirlər də təsdiq edir. Donald Tramp Baş nazirə xitabən bildirib ki, TAP-a gəlincə, rəqabətqabiliyyətli boru kəməri görmək istəyir. Burada diqqət həm kəmərin strateji əhəmiyyətinə, həm də iqtisadi baxımdan onun rəqabətqabiliyyətli olmasına yönəldilir. Təsadüfi deyil ki, TAP-a Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən böyük dəstək nümayiş etdirilir.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
Azərbaycanın şaxələndirilmiş boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki Avropa ölkələri bir neçə il bundan əvvəl soyuq qış aylarında təchizatçı dövlətlərin belə təzyiqləri ilə üzləşmişdi. Cənub Qaz Dəhlizinin və onun mühüm seqmentlərindən biri olan TAP layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur.
Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Mübaliğəsiz demək mümkündür ki, yeni layihələr Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə verəcək. “Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”, - deyə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində bildirib.
Azərbaycan enerji layihələri çərçivəsində uğurlu regional və qlobal əməkdaşlıq formatı yaratmağa nail olub
Yuxarıda bəhs olunan görüşdə ABŞ Prezidentinin ifadə etdiyi fikirlərdə, eyni zamanda, İtaliyanın Baş nazirinə bir çağırış və dəstək var. Bu həm də elə Azərbaycana olan dəstəkdir. Məlum olduğu kimi, TAP-ın inşası məsələsi gündəmə gələndə Avropada bu ideyaya qarşı çıxan qruplar meydana gəlmişdi. Onlar Avropanın enerji təchizatı üçün nəzərdə tutulan alternativ layihənin qarşısını almaqdan ötrü müxtəlif bəhanələr gətirirdilər. Guya TAP regionun ekologiyasını bərbad hala salacaq, belə bir layihəyə, ümumiyyətlə, lüzum yoxdur. ABŞ Prezidentinin TAP-ın tərəfdaşlarından biri qismində çıxış edən İtaliyaya dəstək ifadə etməsi ekspertlər tərəfindən çox haqlı olaraq elə Azərbaycana verilən dəstək kimi dəyərləndirilir. Çünki TAP-ın reallaşdırılması birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Bu gün TAP-ın həyata keçirilməsinə beynəlxalq komanda cəlb olunub. Layihənin reallaşdırılmasında BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagas” (16 faiz) və “Axpo” (5 faiz) kimi transmilli şirkətlər iştirak edirlər.
Ümumiyyətlə, Azərbaycan özünün şaxələndirilmiş enerji siyasətində sıx beynəlxalq əməkdaşlığa istinad edir. Beynəlxalq əməkdaşlıq olmadan “Əsrin müqaviləsi”nin, Cənub Qaz Dəhlizinin, onun tərkib hissəsi olan TAP-ın və digər layihələrin reallaşdırılması da mümkün deyildi. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində Azərbaycanın iştirakı ilə yaranan beynəlxalq əməkdaşlıqdan dərin məmnunluğunu ifadə edib. “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Burada, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq lazım gəlir. Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı layihələrin həyata keçirilməsində həmçinin Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib. Bu baxımdan Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi də istisna təşkil etməyib. “Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynamışdır”, - deyə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki nitqində bildirib.
Böyük Britaniyanı təmsil edən BP şirkəti indiyədək Azərbaycanda reallaşdırılan enerji layihələrinin əsas investorlarından biri qismində çıxış edib. Eyni zamanda, irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında Böyük Britaniya hökuməti həmişə Azərbaycanın yanında olub. Cənub Qaz Dəhlizi və TAP layihələrində Böyük Britaniyanın BP şirkəti ən böyük pay sahiblərindən biridir.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Azərbaycanın enerji layihələrinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Buna ən son nümunə isə Cənub Qaz Dəhlizi və TAP-dır. Avropa İttifaqı bu iki layihəyə xüsusi önəm verir. Azərbaycan qazının Avropaya nəqlinə hesablanan layihənin icrasına qoşulan yeddi ölkənin adını sadalamaq mümkündür. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7020  |  
  • Tarix:  02-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
11:02
16 Noyabr
Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günüdür
10:53
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
10:51
16 Noyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
10:49
16 Noyabr
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
10:47
16 Noyabr
Senator: Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
10:46
16 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
20:15
15 Noyabr
Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
20:12
15 Noyabr
İsveçrə və Azərbaycan arasında yüksək səviyyədə dialoq mövcuddur
20:07
15 Noyabr
XİN: Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviqinə yönələn növbəti uğursuz cəhddir
20:02
15 Noyabr
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti yaxın gələcəkdə artacaq
19:57
15 Noyabr
Nino Çikovani: Azərbaycan ilə Gürcüstan arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir
19:54
15 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Ədliyyə Nazirliyində aksiya keçirib
19:52
15 Noyabr
Vyanada müasir texnologiyaların dəmir yollarında tətbiqinə dair toplantı keçirilib
19:43
15 Noyabr
Siyavuş Novruzov: Müəyyən məsələlərlə bağlı dövlət büdcəsindən Milli Məclisə ayrılan vəsait artırılmalıdır
19:40
15 Noyabr
Əli Hüseynov: Qanunlara müvafiq dəyişikliklərin edilməsi onların normativ hüquqi aktlara uyğunlaşdırılması ilə bağlıdır
17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10