Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı sosial məsələlərin həllini uğurla təmin edir
A+   Yenilə  A-
Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı sosial məsələlərin həllini uğurla təmin edir

Prezident İlham Əliyev: Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır
Son 15 ildə Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modeli bir sıra spesifik cəhətləri ilə fərqlənir. Bu barədə söhbət açarkən islahatlar aparılması, investisiya təminatının gücləndirilməsi, müxtəlif təşviq tədbirlərinin həyata keçirilməsi yolu ilə ölkənin iqtisadi potensialının davamlı olaraq artırılması və buna adekvat şəkildə sosial məzmunlu siyasətin əhatə dairəsinin daha da genişləndirilməsi amilini xüsusi qeyd edə bilərik. Başqa sözlə desək, respublikamızda iki mühüm istiqamət - iqtisadi və sosial inkişaf paralel şəkildə təmin edilir ki, bu da bütün ölkə miqyasında yüksək vətəndaş məmnunluğunu şərtləndirir, insanlarda sabaha böyük inam yaradır.
İqtisadi-maliyyə müstəqilliyinin təmin edilməsi ölkəmizin imkanlarını əhəmiyyətli dərəcədə artırıb
Bu, bir aksiomdur ki, güclü iqtisadiyyat və geniş maliyyə təminatları hər bir ölkənin inkişafının təməlində dayanan əsas faktordur. Biz forpost Ermənistanın timsalında iqtisadiyyatı tənəzzül yaşayan, investisiya təminatı məhdud olan ölkələrin inkişafla, o cümlədən də sosial məsələlərin həlli ilə bağlı necə böyük çətinliklərlə üzləşdiyinin şahidi oluruq. Ermənistanda səfalət içində yaşayan, hansısa bir perspektivə ümid bəsləməyən insanlar elə ilk imkandaca bu ölkəni tərk etməyə çalışırlar.
Azərbaycanın timsalında isə tamam fərqli mənzərə müşahidə edilir. Son 15 ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan məqsədyönlü siyasət sayəsində respublikamız bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Bəhs olunan dövrdə Azərbaycan əsas daxili inkişaf parametrləri, o cümlədən makroiqtisadi sabitlik, sosial təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və digər göstəricilər üzrə region ölkələri içərisində liderliyini möhkəmləndirib. Ötən dövrdə ölkəmizin mənzərəsi müvafiq Dövlət proqramlarına uyğun olaraq bütün regionların tarazlı şəkildə inkişaf etdirilməsi, genişməzmunlu islahatların həyata keçirilməsi, müxtəlif istiqamətlər üzrə strateji yol xəritələrinin qəbul edilərək reallaşdırılması və bu kimi digər müsbət meyillərlə səciyyələnib. Bəhs edilən dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyatına malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. 2014-cü ilin dekabrında təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ölkəmizin qısa müddətdə orbitə üç peyk çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilməsi qürurverici haldır.
Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. 2003-2018-ci illərdə aqrar sektorun güclü inkişafını təmin etmək üçün meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə artıb. Respublika üzrə 32 iri fermer təsərrüfatı yaradılıb və 45 aqroparkın yaradılması hədəflənib. Artıq respublikamızda bir neçə aqropark uğurla fəaliyyət göstərir. Daha bir aqropark Qaxda yaradılıb. Prezident İlham Əliyev cari il oktyabrın 8-də Qax rayonuna səfəri çərçivəsində “Ulu Aqro” MMC-nin Qax Aqroparkının açılışına qatılıb. Ölkəmizdə ilin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub. Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, ötən 15 ildə respublikamızda qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb.
Respublikamızda müasir infrastruktur quruculuğunun diqqət mərkəzində saxlanması böyük aktuallıq daşıyır. Müxtəlif istiqamətlərdə həyata keçirilən layihələr sayəsində ölkənin elektrik enerjisi, içməli su, “mavi yanacaq” təminatı yüksək səviyyəyə qalxıb. Ötən 15 ildə respublika miqyasında 15 min kilometr yol çəkilib və hazırda kənd yollarının abadlaşdırılması ilə bağlı çoxsaylı layihələr uğurla reallaşdırılır. Prezident İlham Əliyevin bir neçə gün bundan əvvəl Qaxa və Şəkiyə səfərləri çərçivəsində müasir standartlar səviyyəsində inşa edilən yeni yollar sakinlərin istifadəsinə verilib. Dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur həm bütün ölkə boyu iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir, həm də insanların sosial rifahının yüksəlməsində, kommunal rahatlıqlarla təmin olunmasında mühüm rol oynayır.
Ölkə miqyasında genişmiqyaslı infrastruktur quruculuğunun həyata keçirilməsi ilə paralel şəkildə, respublikamızın maliyyə təminatı da güclənir. Son 15 ildə respublikamıza daxili və xarici mənbələrdən 250 milyarddan çox investisiyalar yönəldilib. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları da artır. 2004-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar civarında idi. Hazırda isə bu rəqəm 46 milyard dollara çatıb.
Belə yüksək iqtisadi inkişaf və maliyyə göstəricilərinə malik olan respublikamızın imkanları da əhəmiyyətli dərəcədə genişlənib. Bu gün milli maraqları qətiyyətlə qoruyan Azərbaycan qüdrətli dövlətdir və qarşısında duran istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Respublikamız özünün inamlı siyasətində məhz güclü iqtisadiyyatına arxalanır. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bunu bir daha nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı”.
Respublikamızda güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır
Yuxarıda vurğuladığımız kimi, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq iqtisadi və sosial inkişaf paralel şəkildə təmin edilir, güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın sosial dövlət olduğunu bir daha nəzərə çatdırıb: “Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb”.
Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkədə yoxsulluğun səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda əhalinin əmək bazarına inteqrasiyasının dərinləşdirilməsinə böyük diqqət göstərilir. Son 15 ildə ölkə üzrə 1,9 milyon iş yerinin yaradılması bunu bir daha təsdiqləyir. Respublikamızda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən özünüməşğulluq proqramına start verilməsi də ölkədə insanların layiqli iş yerləri ilə təmin edilməsi baxımından böyük önəm daşıyır. Bu proqram sayəsində aztəminatlı insanlar müvafiq dövlət dəstəyi göstərilməklə layiqli əmək fəaliyyətinə cəlb edilirlər. Prezident İlham Əliyev cari il oktyabrın 29-da Şəkiyə səfəri çərçivəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışına qatılıb. Burada keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Ümumilikdə burada 40-dək vətəndaş daimi işlə təmin ediləcək. Həyata keçirilən bu və ya digər tədbirlər öz müsbət nəticəsini verir. Hazırda respublikamızda işsizlik 5 faiz səviyyəsindədir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir.
Respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Məsələn, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2 milyon manat) tam silinib, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ödənilib.
Respublikamız özünün dərin məzmunlu sosial siyasətini bundan sonra da davam etdirəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasında bildirib ki, sosial sahədə ciddi islahatlar aparılır. Vətəndaşlar aparılan islahatların, o cümlədən şəffaflığın təmin edilməsinin, korrupsiyaya qarşı mübarizənin daha da sərtləşdirilməsinin nəticələrini yaxın vaxtlarda öz həyatlarında hiss edəcəklər. Reallaşdırılan islahatlar çərçivəsində ölkəmizdə 2018-ci ildə əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) yaradılıb. Prezident İlham Əliyev DOST mərkəzlərinin yaradılmasını yüksək qiymətləndirib. “Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq - Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır - DOST mərkəzləri, mənası da yaxşıdır”, - deyə dövlət başçısı qeyd edib.
Respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər
Azərbaycanda sosial sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Belə məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda aztəminatlı ailələr və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar.
Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. İlin sonuna qədər həmin kateqoriyadan olan daha 500 nəfərin yeni mənzillərlə təmin olunacağı nəzərdə tutulub. Prezident İlham Əliyev bildirib ki, bəhs olunan kateqoriyadan olan ailələr üçün yeni evlərin tikilməsi perspektivdə daha sürətlə davam etdiriləcək: “Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin”.
Respublikamızda sosial sferada böyük diqqət göstərilən məsələlərdən biri də qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Dövlət başçısının 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. İndiyədək bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılıb. Respublika miqyasında çadır şəhərcikləri, fin tipli evlər tam ləğv olunub. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb. 2016-cı ilin aprel ayında təhlükəsiz yaşayışı təmin olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddət ərzində bərpa edilib, orada 150 evdən ibarət qəsəbə tikilib və köçkünlər öz doğma yurdlarına qayıdıblar. Eyni zamanda, Tərtər rayonunun işğaldan azad olunmuş Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb.
Ötən il Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsi layihəsinin icrasına start verilib. Layihə çərçivəsində birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanıb. İndiyədək layihə çərçivəsində inşa edilən bir neçə çoxmənzilli bina istifadəyə verilib.
Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2018-ci ildə də intensiv şəkildə davam etdirilib. Təkcə cari ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə yeni fərdi evlərlə və yaxud mənzillərlə təmin ediləcək. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, habelə Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük xidmətlərinə görə Prezident İlham Əliyev 2015-ci ildə BMT-nin “Cənub-Cənub” mükafatına layiq görülüb.
Azərbaycanda bütün ölkə boyu sosial infrastruktur quruculuğu geniş vüsət alıb
Respublikamızda sosial sahənin prioritetliyinin təmin olunmasını həmçinin bütün ölkə boyu yüksək standartlar səviyyəsində sosial infrastruktur obyektlərinin yaradılmasının timsalında izləmək mümkündür. Son 15 ildə respublikanın hər yerində müasir məktəblərin, səhiyyə ocaqlarının, olimpiya-idman komplekslərinin tikilməsi və yaxud əsaslı şəkildə yenidən qurulması, mədəniyyət və istirahət parklarının salınması bütövlükdə Azərbaycanda aparılan siyasətin sosial mahiyyətini əks etdirir.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Son 15 ildə dövlət başçısının təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib və uğurla yerinə yetirilib. Bütövlükdə güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, respublikamızda təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında yeni məktəblərin inşasını təhsil sahəsinə çox böyük töhfə kimi dəyərləndirib: “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.
Ötən 15 ildə bütün ölkə boyu 642 tibb ocağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. 2004-2018-ci illərdə respublika üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatdırılıb, Abşeron, Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev ölkədə yaradılan yeni səhiyyə ocaqlarının əksəriyyətinin açılışında şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Dövlət başçısı regionlara son səfərləri çərçivəsində oktyabrın 11-də Quba rayon Mərkəzi Xəstəxanasının açılışına qatılıb. Prezident İlham Əliyev bəhs olunan səhiyyə ocağının kollektivi ilə görüşündə bildirib ki, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.
Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin hər il pulsuz tibbi müayinədən keçirilməsi kimi geniş proqram reallaşdırılır. Təkcə cari ilin əvvəlindən bəri respublikada beş milyondan çox insan bu imkanlardan bəhrələnib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  10080  |  
  • Tarix:  01-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18