Ana səhifə »  İqtisadiyyat »  Bakıda Azərbaycan-Belarus İKT biznes forumu keçirilib
A+   Yenilə  A-
Bakıda Azərbaycan-Belarus İKT biznes forumu keçirilib

Dekabrın 5-də Bakıda dördüncü Azərbaycan-Belarus İKT biznes forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O, bildirib ki, Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi tərəfindən birgə təşkil olunan biznes forum Belarusun öz milli pavilyonu ilə təmsil olunduğu “Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilir. Forumun keçirilməsi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Belarus Respublikasına etdiyi uğurlu rəsmi səfəri xüsusilə vurğulamaq istəyirəm. Bu səfər zamanı əməkdaşlıq sahələri üzrə bir sıra sənədlər imzalanıb ki, onlar arasında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu” da yer alıb. Əminəm ki, bu sənəd ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verəcək, biz isə bütün bunları həyata keçirəcəyik. Yuxarıda qeyd olunanlardan çıxış edərək bizim bugünkü forum əlavə məsuliyyət daşıyır və biz əməkdaşlığımızın inkişafı üçün istiqamətləri müzakirə etməli və müəyyənləşdirməliyik”, - deyə nazir müavini bildirib.
E.Vəlizadə qeyd edib ki, dövlətlərimizin İKT sahəsində intensiv əməkdaşlığı hər iki ölkənin potensialının gücləndirilməsinə və bütün sahələrdə qabaqcıl texnologiyaların, eləcə də, innovasiyaların tətbiqinə xidmət edir.
Belarus Respublikasının Prezidenti yanında Operativ-təhlil mərkəzinin şöbə müdiri Serqey Jernosek çıxış edib. O bildirib ki, tədbirdə İKT sahəsində fəaliyyət göstərən hər iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbir zamanı Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyinin “Tətbiqi proqram sistemləri İnstitutu” respublika elmi-mühəndis unitar müəssisəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumun əsas məqsədi Avropa İttifaqının “EU4Digital” proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal bazarların uyğunlaşdırılması ilə bağlı birgə layihələrin işlənməsi və həmin layihələrin təşviqi üzrə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq çərçivəsində regionlararası proqram çərçivəsində layihələrin planlaşdırılması və “EU4Digital” proqramında olan layihələrin (e-ticarət, e-logistika və s.) həyata keçirilməsi, Belarus Respublikası və Azərbaycan Respublikasında rəqəmli sistemlərin və xidmətlərin təşviqinə həsr olunmuş, etibarlı xidmətlər, elektron ticarət, logistika və rəqəmsal nəqliyyat dəhlizləri üzrə yerli layihələrin fəallığının və marketinq məsələlərinin birgə təşkili, birgə təkliflərin hazırlanması və çoxistiqamətli layihə konsorsiumunun formalaşdırılması daxil olmaqla, “EU4Digital” proqramında olan layihələrin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsinə dair işlərin koordinasiyası və səylərin birləşdirilməsidir.
Həmçinin bir il müddətində qüvvədə olacaq Memoranduma əsasən, tərəflər etibarlı xidmətlər, e-ticarət, e-logistika və s. sahələrdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə tədbirlər və layihələr çərçivəsində müvafiq sahələrdə mövcud normativ sənədlər və texniki standartlar barədə məlumat mübadiləsi, “EU4Digital” seminarlarında sahələr üzrə mütəxəssislərin iştirakının təmini və s. məsələlər üzrə razılıq əldə edib.
Bundan başqa, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Belpoçt” Respublika Poçt Rabitəsi Unitar Müəssisəsi arasında da Əməkdaşlıq Memorandumu imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində əməkdaşlığın inkişafı və möhkəmləndirilməsindən ibarətdir. Qeyd edək ki, “Belpoçt” beynəlxalq poçt mübadiləsi sahəsində “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Belarus Respublikası və Azərbaycan Respublikasının təyin edilmiş poçt operatorları arasında 2017-2018-ci illər üçün göndərilmiş poçtun həcmi Azərbaycandan Belarusa 1987 kiloqram, Belarusdan Azərbaycana isə 1781 kiloqram təşkil edib. Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir beynəlxalq hab layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “BelarusPoçt”u da “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Bu gün “Belpoçt”la əməkdaşlıq haqqında imzalanan sənəd iki ölkənin təyin olunmuş operatorları arasında poçt və maliyyə xidmətlərinin, EMS və logistikanın, elektron ticarət layihələrinin inkişafı, poçt göndərişlərinin beynəlxalq daşınması, izləmə sistemi, elektron məlumatların mübadiləsini sadələşdirən texniki dəstək, daşınmaların optimallaşdırılması, bağlamaların, qeydiyyatlı və qeydiyyatsız poçt göndərişlərinin emal prosedurları, elektron ticarət poçt göndərişlərinin qeydiyyatının sadələşdirilməsi məsələlərində yardım edəcək.
Həmçinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Beltelecom” Respublika Unitar Müəssisəsi arasında İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumun məqsədi “Beltelecom” və “Aztelekom” MMC arasında informasiya və təcrübə mübadiləsi, telekommunikasiya operatorları arasında beynəlxalq telekommunikasiya bazarında artan rəqabət kontekstində birgə tədbirlərin dəstəklənməsi və həyata keçirilməsi yolu ilə kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Memoranduma əsasən, yüksək keyfiyyətli və səmərəli kommunikasiya texnologiyalarının və xidmətlərinin inkişafını təşviq etmək, qarşılıqlı məsləhətləşmələrin həyata keçirilməsi və birgə kommunikasiya layihələri çərçivəsində fəal əməkdaşlıq, mütəxəssislərin və ekspertlərin mübadiləsi, birgə seminarlar, simpoziumlar və sərgilərin təşkili həyata keçiriləcək.
Daha sonra rabitə sahəsinin inkişaf perspektivləri haqda Belarus tərəfindən “Beltelecom”, “Nyulend”, “Milli trafik mübadiləsi mərkəzi”, Azərbaycan tərəfindən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Radiotezliklər İdarəsinin səlahiyyətli şəxsləri çıxış edib.
Rəqəmli transformasiya mövzusunda isə “Belpoçt”, “Milli elektron xidmətlər”, “Giprosvyaz”, “Tətbiqi Proqram Sistemləri İnstitutu”, Məlumat Hesablama Mərkəzi və “Azərpoçt” MMC-nin məruzələri dinlənilib.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  06-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 17:06
“Luxus-Plus” portalı Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26 Mart 15:31
Prezident İlham Əliyev Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA