Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / KOBİA ilə BP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

KOBİA ilə BP arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

21.12.2018 [09:28]

Dekabrın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP arasında kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. BP bu sənədi əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları adından imzalayıb.
AZƏRTAC xəbər verir ki, anlaşma memorandumu çərçivəsində tərəflər birlikdə yeni biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcəklər.
Tədbirdə çıxış edən BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli yerli biznes sektorunun inkişafına bundan sonra da dəstək vermək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan yaradan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyduğunu bildirib.
B.Aslanbəyli qeyd edib ki, Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birgə 10 ildən artıqdır yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir: “Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet olmaqda davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilk illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün reallaşdırılmasında çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmət göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq”.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, kiçik və orta sahibkarlıq sektorunun inkişafını təşviq etmək və ona dəstək olmaq məqsədilə yerli və xarici özəl şirkətlərlə əməkdaşlıq KOBİA üçün prioritet sahələrdən biridir.
Onun sözlərinə görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi biznes sektorunda fəaliyyət göstərən şirkətlər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəlik götürüb. “Biz inanırıq ki, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatına töhfə verəcək. BP sosial məsuliyyətə xüsusi diqqət ayıran bir şirkətdir və təbii ki, yerli biznes strukturunun inkişaf etdirilməsi öhdəliyinə sadiqdir. Biz kiçik və orta biznesin inkişafına töhfə verilməsini nəzərdə tutan bu anlaşma memorandumunu imzalamaqdan məmnunuq. Əminik ki, bu, Azərbaycanda kiçik və orta biznes sektorunun inkişafı üzrə platformanı gücləndirəcək”, - deyə O.Məmmədov bildirib.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30