Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

12.01.2019 [10:44]

Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə yanvarın 11-də Fransa Respublikasının paytaxtı Paris şəhərində BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə keçirilən “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” adlı tədbirdə bildirib.
Rəfiqə Hüseynzadə SOCAR-ın bu təşəbbüsə qoşulduğunu tədbirdə rəsmi şəkildə bəyan edib.
SOCAR 2008-ci ildən Dünya Bankının GGFR (“Global Gas Flaring Reduction”) Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Həyata keçirilən layihələr əsasında 20 ildən artıq müddətdə il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən hazırlanan bu layihələrə Dünya Bankının Ekspert Şurası tərəfindən iki dəfə ali mükafat təqdim edilib.
Bu gün Avropa ölkələri istehlak etdiyi bütün məhsulların ekoloji təmiz mənbədən olmasına ciddi önəm verir. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

Paylaş:
Baxılıb: 693 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30